Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
"Şimal qonşumuz bu canfəşanlığıyla özünü bitərəf, Azərbaycana düşmən olmayan ölkə kimi göstərmək istəyir" Rusiya Xarici İşlər Nazirliyi Ermənistana ötürülən 800 milyon dollarlıq silah qalmaqalıyla bağlı Azərbaycanın notasına verdiyi cavabı ikinci dəfə təqdim edib. Xatırladaq ki, birinci dəfə rəsmi cavab yanvarın 21-də Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Baxış Zeynalova təqdim olunub. Yanvarın 22-də isə Rusiyanın ölkəmizdəki səfiri Vasili İstratov Azərbaycan Xarici İşlər Nazirliyinə gəlib. Xarici işlər naziri səfiri qəbul edib. Nazirliyin yaydığı pres-relizdə bildirilir ki, səfir Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı Rusiya hərbi bazasından Ermənistana təxminən 800 milyon dollar həcmində hərbi silah və sursatın verilməsinə dair məlumatla əlaqədar yanvarın 15-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin verdiyi rəsmi notaya Rusiyanın cavab notasını təqdim edib. Ramiz Mikayıloğlu Hələ yanvarın 21-də mətni məlum olan cavab notasında yazılır ki, Rusiyanın Müdafiə Nazirliyi 2008-ci ildə Ermənistana Azərbaycanda geniş neqativ rezonans doğurmuş "sənəd"də göstərilən sayda və nomenklaturada silah və hərbi texnika verməyib və satmayıb. Rusiya iddia edir ki, çap olunmuş material dezinformasiyadır, açıq antirusiya xarakteri daşıyır və Rusiya-Azərbaycan dostluq münasibətlərinin pozitiv inkişafına xidmət etmir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Eldar Sabiroğlu bildirib ki, nazirlik Rusiyanın Ermənistana 800 milyon dollar dəyərində silah-sursat ötürməsilə bağlı məlumatları araşdırmaqda davam edir. Rusiya Xarici İşlər Nazirliyinin cavab notasında silah ötürülməsi xəbərlərini dezinformasiya adlandırmasına gəlincə, Eldar Sabiroğlu deyib ki, Azərbaycanın Müdafiə Nazirliyi hələ ki, Xarici İşlər Nazirliyinin yanvarın 15-də yaydığı rəsmi bəyanatla kifayətlənir. Bəs birinci dəfə Rusiyadakı səfirliyimizin müşavirinə təqdim olunmuş notanın ikinci dəfə səfir Vasili İstratov Elmar Məmmədyarova çatdırması nə anlam verir? Məsələylə bağlı fikirlərini öyrəndiyimiz Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadəyə hesab edir ki, şimal qonşumuz bu canfəşanlığıyla özünü bitərəf, Azərbaycana düşmən olmayan ölkə kimi göstərmək istəyir. Çünki silah və sursat ötürməklə Moskva yenidən tərəf, Azərbaycana düşmən imicini qazanır. Onun sözlərinə görə, əslində Rusiyanın Ermənistana silah verməsi mütəmadi baş verir. Məsələn, prezident Boris Yeltsinin dövründə işğalçı ölkəyə 1 milyard dollar dəyərində silah və sursat əvəzsiz olaraq ötürülüb: "Ola bilər ki, Gürcüstan hadisələri, yaxud Azərbaycanın sərt bəyanatları bu silah və silah ötürülməsinin məhz həmin məqamda baş verməsini şərtləndirib. Digər tərəfdən, bu, "Nabucco" qaz layihəsinin aktuallaşmasıyla da bağlı ola bilər. Çünki Rusiya bu layihəni istəmir. Moskva çalışır ki, neft-qaz ölkəsi kimi özü üçün məqbul şərait yaratsın". Politoloqa görə, onu da istisna saymaq olmaz ki, bu silah və sursat üçüncü ölkələr-Rusiyanın müttəfiqləri olan İran, Suriya, yaxud hər hansı ərəb ölkəsi üçün nəzərdə tutulub: "Adətən, belə silah ötürmələriylə Moskva məsələni malalayır. Guya kiməsə verir, o da kiməsə ötürür. Bu ehtimal da var". Ermənistana 800 milyon dollar dəyərində silah və sursat ötürülməsinə münasibət bildirən Beynəlxalq Böhran Qrupunun Qafqaz üzrə proqram direktoru Lorens Şits düşünür ki, tələsik nəticə çıxarmamaq və informasiyanı yaxşı araşdırmaq lazımdır. Onun sözlərinə görə, əgər məlumat təsdiqlənsə, bu, Rusiyanın Ermənistanı silahlandırması sülh danışıqlarını pozan və Moskvanın münaqişədə vasitəçilik rolunu sual altında qoyan addım kimi dəyərləndirilə bilər. Həm də Ermənistana silah ötürülməsi bu ölkəylə Azərbaycan arasında silahlanma yarışının başlanmasına və sosial sahə üçün zəruri vəsaitlərin hərbi xərclərə yönəldilməsinə yol açar. Moskva bəyannaməsinə toxunan Lorens Şitsə görə, bu, Gürcüstanla avqust müharibəsindən sonra Rusiyanın Cənubi Qafqazda güclənmək, beynəlxalq aləmə özünü sülhpərvər statusda təqdim etmək cəhdi olub. Silah qalmaqalından sonra Azərbaycanda Rusiyanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmasının gərəkliyi yönündə fikirlər daha tez-tez səslənməyə başlayıb. Buna da münasibətini bildirən Beynəlxalq Böhran Qrupunun Qafqaz proqram direktoru vurğulayır ki, Minsk qrupundan uzaqlaşdırılmaq Rusiyanın maraqlarına cavab vermir: "Azərbaycan faktiki olaraq Rusiyanı danışıqlardan uzaqlaşdıra bilmir. Rusiya Qafqazda öz maraqları olan güclü region dövlətidir. O da doğrudur ki, Azərbaycan və Ermənistanın konfliktin davam etdirilməsində məsuliyyəti nəzərə alınmasa, Qarabağ probleminin açarı Kremldədir. Moskva həqiqətən tarixən və coğrafi baxımdan təsirində olmuş ölkələrin suverenliyini məhdudlaşdırmağa yönəlik xarici siyasət həyata keçirir. Həm də Rusiya beynəlxalq oyunçu statusuna yiyələnməyə can atır. Ən yaxşı variant ABŞ, Avropa Birliyi və Rusiyanı regionda adekvat siyasət yürütməyə çağırmaqdır. Cənubi Qafqazda stabillik Rusiyanın maraqlarına uyğundur. Stabil və sülhün olduğu Cənubi Qafqaz həm də Rusiyanın Şimali Qafqaz regionundakı situasiyaya təsir edə bilər".
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio