Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
“Azərbaycan tərəfi Samur çayının suyunun yalnız 6 faizindən istifadə edə bilər. Yerdə qalan suyun həcmi üçün isə mütləq pul ödənilməlidir. Özü də dünya qiymətləri ilə”. Bu barədə Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov akvaekspert.ru saytının müxbiri ilə söhbətində bildirib. B.Qrızlov onu da deyib ki, hazırda Azərbaycan yeni su kəməri çəkilişini həyata keçirir. “Bu kəmər Bakının su ilə təchiz edilməsini nəzərdə tutub. Güman edirəm ki, Azərbaycan bundan sonra Samurun suyunu daşıyıb aparmayacaq”- deyə B.Qrızov əlavə edib. Xatırladaq ki, Rusiya ilə Azərbaycan arasında ilk baxışda nəzərə çarpmayan problemlərdən biri də Samur kanalının suyunun istifadəsi ilə bağlıdır. Hələ bir müddət öncə Rusiyanın kənd təsərrüfatı naziri Dağıstana səfəri əsnasında Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunun əhalisi ilə görüşərkən yerli sakinlər bu məsələni onun diqqətinə çatdırmışdılar. Dağıstan prezidenti Muxu Əliyev də ötən il Azərbaycana səfəri zamanı problemin həlli ilə bağlı rəsmi Bakının da mövqeyini öyrənəcəyini, bundan sonra məsələnin güzəşt yolu ilə həll olunacağını bildirmişdi. Lakin məsələnin həlli ilə bağlı hər iki dövlət arasında hələ heç bir danışıq aparılmayıb. Rusiya mətbuatı isə bu problemi hələ də gündəmdə saxlayır. Məsələn, “Nezavisimaya qazeta”nın yazdığına görə, Azərbaycan Samur su qovşağında tikinti işləri aparır və suyun 80 faizini özünə götürür, bununla da Cənubi Dağıstanda torpaqdan istifadə edən insanların hüquqlarını pozur: “Belə ki, Samurun 90 faizi Dağıstanın ərazisindədir, 213 kilometrindən yalnız 38 kilometri qonşu respublikanın sərhədindən axır. Rəsmi Bakı müvafiq olaraq kanalın 6 faizindən istifadə etmək hüququna malikdir. Yerdə qalanlarından isə danışıqlar yolu ilə əldə olunan nəticələrə əsasən məbləğ ödəməlidir”. Buna baxmayaraq, Rusiya Bakı və Sumqayıtın suya tələbatını və Xəzərin ekoloji vəziyyətini nəzərə alır. Qeyd edək ki, hələ 1998-ci ildə Rusiyanın “Press-panorama” qəzeti Bakının Samur kanalının 75 faizinə sahib olduğunu yazmışdı. Yazıda bildirilirdi ki, bu məsələ Azərbaycanla Dağıstan arasında növbəti münaqişənin yaranmasına səbəb ola bilər. Rəsmi Moskva Azərbaycanın indi maddi cəhətdən korluq çəkmədiyini bildirir. Rusiya belə qənaətdədir ki, Azərbaycan MDB-də iqtisadi göstəricilərinə görə digər ölkələri geridə qoyur. Son 5 ildə Azərbaycanın dövlət büdcəsi 10 dəfə artıb: “Görünür, burada başqa məqamlar var. Azərbaycan sadəcə pul vermək istəmir”. Bu arada Rusiya mətbuatı Samur çayının axın istiqamətini dəyişmək məqsədilə tezliklə yeni kanalların tikintisinə başlanılmasının vacibliyini qeyd edib. Belə olan halda isə Azərbaycan ciddi su qıtlığı ilə üzləşə bilər. Çünki Azərbaycanın ən böyük kanallarından olan Samur-Abşeron məhz adıçəkilən çaydan qidalanır. Bundan əlavə, o da məlum olub ki, 1998-ci ildə Məhərrəmkənd rayonuna məxsus 160 hektar torpaq Samur-Abşeron kanalının tikintisinə ayrılıb. Bu rayonun əhalisi su qovşağının aşağı hissəsində qalaraq bütün imtiyazlardan məhrum olub. Onlara heç bir kompensasiya ödənilməyib. Ekspertlərin fikrincə, Bakı ilə Moskva arasında 160 hektar ərazi nə vaxtsa danışıqlar predmeti ola bilər. Rusiyalı ekspert Şıxsəfi Səfixanov “Press-panorama”ya açıqlamasında bildirib ki, Azərbaycan hər il 5 milyard rubl (təxminən 170 milyon dollar) dəyərində pulsuz su işlədir: “Bu isə su üçün nəzərdə tutulan qiymətdən 0,20 dollar aşağıdır. Dünya bazarlarında isə 1 kubmetr suyun qiyməti 60 sentə çatıb. Əgər Moskva bu məsələdə Bakı ilə danışıqlara getsə, qiymətləri də nəzərə almalıdır”. Xatırladaq ki, indi dünyada kəskin su problemi yaşanır. Hətta bəzi analitiklər üçüncü dünya müharibəsinin başlamasına da məhz su probleminin səbəb olacağını proqnozlaşdırır. Yerli ekspertlər isə Rusiyanın su məsələsini ortaya atıb bundan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmasının arxasında iri geopolitik oyunların olduğunu düşünür. Onların qənaətincə, su məsələsinin Azərbaycan qazını Qərb bazarlarına daşıyacaq “Nabucco” qaz kəməri layihəsinin reallaşması ərəfəsində ortaya atılması təsadüfi deyil. Xatırladaq ki, Rusiya “Nabucco” layihəsinə sərt şəkildə etiraz edir və bu kəməri özünün bütün Avropada şəriksiz qaz hegemonluğu ambisiyalarına ən real təhlükə sayır. Mövzuya qayıdacağıq. Səbuhi MƏMMƏDLİ
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio