Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Leonid Radzixovski: "Moskva hər şey edəcək ki, "Nabucco"nun tikintisini dayandırsın" Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın notasına bu yanvarın 21-də rəsmi cavab verib. Sənəddə yazılır ki, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Xarici İşlər Nazirliyinin 2009-cu il yanvarın 15-də 5/10-080/04/09 saylı notasına cavab olaraq bildirir ki, Rusiyanın Müdafiə Nazirliyi Ermənistana 2008-ci ildə Azərbaycanda geniş neqativ rezonans doğurmuş "sənəd"də göstərilən sayda və nomenklaturada silah və hərbi texnika verməyib və satmayıb. Rusiya Xarici İşlər Nazirliyi iddia edir ki, çap olunmuş material dezinformasiyadır, açıq antirusiya xarakteri daşıyır və Rusiya-Azərbaycan dostluq münasibətlərinin pozitiv inkişafına xidmət etmir. Ramiz Mikayıloğlu "Yuxarıda göstərilənlər nəzərə alınaraq, Rusiya hesab edir ki, 2009-cu il yanvarın 15-də verilmiş notada qaldırılmış məsələ bitib və əmin olmaq istərdik ki, bu və ya digər narahatlıqlar yarandığı zaman gələcəkdə tərəflər tələsik nəticələr çıxarmayacaq, yarana biləcək şübhələri Rusiya Federasiyası və Azərbaycan Respublikasının bağlayan strateji tərəfdaşlıq ruhunda birgə həll edəcəklər". Ancaq Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah və sursat ötürülməsini təkzib etməyə çalışmasına baxmayaraq, beynəlxalq aləmdə də bu halın baş verdiyinə əminlik var. Məsələn, Gürcüstanın populyar "Georgian Times" qəzeti işğalçı ölkəyə verilən silah və sursatın şəkillərini məqaləylə birlikdə dərc edib. Qəzet yazır ki, bu şəkilləri və sənədi mətbu orqana məlumatlı hərbi mənbə çatdırıb: "Baxmayaraq ki, Rusiya və Ermənistan rəsmi formada silah ötürülməsini təkzib edirlər, fakt mövcuddur. Sənədi Şimali Qafqaz Hərbi Dairəsinin komandir müavini, general-leytnant V. Qolovçenko imzalayıb. 69 adda hərbi hücum xarakterli silah və sursatdan söhbət gedir. Təbii olaraq sual çıxır ki, niyə Rusiya məhz indiki məqamda Ermənistana 800 milyon dollar dəyərində silah və sursat ötürmək qərarı verib. Əgər kiçik ekskursiya etsək, Rusiya bütün səviyyələrdə bəyanlayıb ki, Qafqazdan çıxıb getmir. Hərbi ekspertlərə görə, Abxaziya və Cənubi Osetiya kimi gürcü torpaqlarının işğalı bu planın birinci mərhələsiydi. Əgər Moskvaya Azərbaycanın həyata keçirdiyi enerji layihələrini nəzarətə götürmək müyəssər olsa, bu artıq ikinci mərhələ olacaq. Müstəqil ekspertlər arasında belə bir rəy mövcuddur ki, rus qırıcıları Tiflis, Qori və Zuqdidini bombalayarkən neft və qaz kəmərlərinə də zərbə endirilib. Ancaq o vaxt məqsəd onları məhv etmək olmayıb. Bu, sadəcə, Azərbaycana mesaj idi ki, Bakı alternativ marşrutlar məsələsində daha yumşaq davransın". "Georgian Times" xatırladır ki, Gürcüstanla avqustda baş verən müharibədən sonra "Qazprom"un prezidenti Aleksey Miller iki dəfə Bakıda olub. Təklif də ondan ibarətdir ki, Azərbaycan qazının hər min kubmetri "Qazprom"a 400 dollara satılsın. Beləliklə də Rusiya Avropanın qaz bazarında inhisarçı mövqeyə malik olaraq qalsın: "Məlumdur ki, Azərbaycan bu təklifi rədd edir. Mövqeyini də belə əsaslandırıb ki, neft və qazının Gürcüstan üzərindən nəqliylə bağlı öz proqramı var: "Rusiya artıq əmindir ki, Azərbaycan özünün neft və qazını ona satmayacaq. Ona görə də planının ikinci mərhələsinə daxil olub və Azərbaycan torpaqlarının işğalıyla nəzarəti öz əlinə almağı qarşısına məqsəd qoyub. Moskvanın Ermənistana silah ötürməsi faktı da bunu təsdiqləyir. Rusiyanın İrəvana verdiyi silahlar hücum üçündür". Qəzet məlumatlı hərbi mənbəni də verilən silahların təyinatıyla bağlı danışdırıb. Hərbi mənbə bildirib ki, ötürülən silah və sursatın sayı təsadüfi deyil: "Məsələn, onların arasında 21 tank və 27 BMP var. Rusiya Silahlı Qüvvələrinin ştat strukturuna baxsaq, görərik ki, hər tank bölüyü 10 tankdan ibarətdir. Beləliklə, iki tank bölüyü və bir komandir tankı ortaya çıxır. 27 BMP-yə gəlincə, motoatıcı bölükdə 13 BMP olur. Komandir üçün də bir BMP ayrılır. Beləliklə, iki motoatıcı bölük yaranır. Ermənistana 12 ədəd BTR 70/80 də verilib. Bu, quru BTR bölüyüdür. Bu ştat mexanikləşdirilmiş batalyon strukturuna uyğundur. Artileriyaya baxsaq, 10 ədəd "Akasiya" özüyeriyən qaubitsa topları və 14 ədəd SAU 152 "Qvozdika" var. Bu kəmiyyət və kefiyyətinə görə iki özüyeriyən artilleriya dviziyası deməkdir. Ermənistana reaktiv sistemə malik 9 ədəd BM-21 "Qrad" qurğusu da verilib. Bu, reaktiv sistemə malik bir dviziya deməkdir. 11 ədəd 122 mm-lik qaubitsa D-30-u da bura əlavə etsək, qaubitsa artileriya diviziyası alınır. 5 ədəd tank əleyhinə "Rapira" sistemi tank əleyhinə bir bataeriyadır... Bunların hamısı da hücum xarakterlidir". Qəzet az əvvəl Rusiya rəhbərliyinin Azərbaycan və Ermənistan prezidentlərini Moskvaya çağırdığını və bəyannamə imzalandığını da xatırladır: "Ancaq bu addımlarıyla Rusiya tək razılaşmanı pozmur, eyni zamanda araqarışdıran rolunda çıxış edir". Rusiyada isə hələ də düşünənlər var ki, ölkələrinin rəhbərliyi Qafqazda silahlanmaya və yeni müharibənin başlamasına çalışmır. Məsələn, teleşərhçi Leonid Mleçin düşünür ki, ABŞ-ın yeni prezidenti Barak Obamanın postsovet ölkələrinə münasibətdə xarici siyasətində aydın xətt hələ ki, yoxdur. Barak Obama admnistrasiyası ilk növbədə Əfqanıstan, İraq və Pakistan problemləriylə məşğul olacaq. Leonid Mleçin düşünmür ki, Barak Obama Ukrayna və Gürcüstanın NATO-ya qəbuluna diqqət yönəldəcək: "Ancaq yeni prezident və onun admnistrasiyasının bu ölkələri dəstəkləməyəcəyini düşünmək də sadəlövlük olardı. Ancaq hər şey əvvəlki səviyyədə qalacaq, qəfil hərəkət qeydə alınmayacaq". Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah və sursat ötürməsi məsələsinə gəlincə, Leonid Mleçinə görə, bu fakta Moskvanın anti-Azərbaycan demarşı kimi baxmaq olmaz: "Moskvaya keçmiş sovet respublikalarıyla artıq problem gərək deyil. Bizi onsuz da Gürcüstan, Ukrayna, Pribaltika ölkələrinə təzyiq göstərməkdə günahlandırırlar. Bu fonda bizə Azərbaycanla bağlı problem lazım deyil. Mümkündür ki, Rusiyayla Ermənistan arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, digər təşkilatlar çərçivəsində hərbi-siyasi əlaqə var. Ancaq bildiyim qədər Rusiyanın Azərbaycanla münasibətləri çox yaxşıdır. Ona görə də düşünmürəm ki, Moskva Bakıyla öz münasibətlərini kormalaq istəsin". Amma digər rus politoloq Leonid Radzixovski fərqli düşünür. Onun sözlərinə görə, hətta konflikt dondurulsa da belə, münaqişənin həllində vasitəçi kimi iştirak edən Rusiya tərəflərdən birinə bu miqdarda silah ötürməməlidir. Politoloq deyib edib ki, Cənubi Qafqazda Rusiyanın yalnız bir müttəfiqi var və o da Ermənistandır: "Gürcüstanla münasibətlər hər kəsə məlumdur. Rusiyanın Azərbaycanla münasibətləri isə kənardan yaxşı görünür. Ancaq bəllidir kr, Moskva və Bakı arasında ziddiyyətlər Gürcüstanla müqayisədə daha dərindir. Moskvanın Tiflislə ziddiyyətləri, qarşıdurması səs-küylüdür, ancaq mahiyyətdə Rusiya Gürcüstana heç nə etmir. Ancaq Azərbaycan neft və qazı Rusiyanın enerji resursları ilə rəqabət aparır. Sonuncu qaz böhranından sonra Avropa rus qazına daha ciddi şəkildə alternativ axtarmağa başlayacaq. Azərbaycan qazının da nəqlini nəzərdə tutan "Nabucco" layihəsi Avropa üçün məqbul, Rusiya üçün qeyri-məqbuldur. Azərbaycanda da hazırda həyat səviyyəsi yüksəlir və çoxları öz vətəninə geri qayıdır. Rusiyada qorxu var ki, Şimali Qafqaz və Krosnadar diyarından Azərbaycana iş axtarmağa gedənlər çoxalsın. Güclü iqtisadiyyata, neft-qaz ehtiyatlarına malik Azərbaycan Rusiyanın təbii rəqibidir. Ona görə də sözsüz ki, Rusiya Cənubi Qafqazda dayağı olan Ermənistanla daha çox maraqlanır. Ortaya belə mənzərə çıxır ki, "Nabucco" layihəsi nə qədər real görünürsə, Ermənistan-Azərbaycan müharibəsinin yenidən başlanması yönündə təhlükə də bir o qədər artır. Rusiya üçün "Nabucco" qaz kəmərinin işləməsi ən pis fakt olardı. Rusiya neft-qaz ölkəsidir. Mən demirəm ki, Moskva Qafqazda müharibəyə başlayacaq. Ancaq hər şey edəcək ki, "Nabucco"nun tikintisini dayandırsın".
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio