Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
İran xüsusi xidmət orqanları bu ölkədə “məxməri inqilab” planının Bakıda hazırlanması iddiası ilə çıxış edib. Onlar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni agentura şəbəkəsinin ifşa olunduğunu açıqlayıblar. Xüsusi xidmət orqanlarından bildiriblər ki, ölkədə islam rejimini devirmək istəyən bu şəbəkə Bakıdan idarə olunub. “Tehran Times” qəzetinin İranın əks-kəşfiyyat xidmətinin yüksək səlahiyyətli şəxslərindən birinə istinadən yaydığı xəbərdə bildirilir ki, MKİ bu planı həyata keçirmək üçün 32 milyon dollar ayırıb. İranın rəsmi KİV-ləri Amerika kəşfiyyatının işləməkdə ittiham olunan dörd nəfərə hökm kəsildiyi haqda məlumat yayıblar. Məlumata görə, istintaq müəyyən edib ki, bu şəxslər ABŞ-ın İrana qonşu ölkələrdəki kəşfiyyat şəbəkəsi vasitəsilə idarə olunublar. İran rəsmilərinin sözlərinə görə, çevriliş hazırlamaq planında onlarla adamın adı keçir. Həbs edilənlərdən yalnız ikisinin adını açıqlanıb. Bunlar İran həkimləri Araş və Kamiyar Alayidir. Onlar QİÇS virusunun təhqiqatı ilə məşğul olublar. İranın “Fars” agentliyi isə bu plana dəxli olan konkret Amerika rəsmisinin adını çəkib. Bu, dövlət katibinin müavini Uilyam Berns, dövlət katibinin mədəniyyət işləri üzrə köməkçisi Qoli Ameri və ölkənin Dubaydakı konsulluğunun əməkdaşı Ramir Asqardır. ABŞ kəşfiyyatının Bakıda şəbəkəsinin olması nə dərəcədə ağlabatandır? Buna rəsmi səviyyədə icazə verilibmi? Bu cür əməliyyatları Azərbaycanda hazırlamaq bizim ölkəmizi təhlükə qarşısında qoymur ki? Dünyada bu tipli şəbəkələrin fəaliyyəti üçün həmin ölkəyə pul ödənilirmi? Bunun başqa bir formada qarşılığı olurmu? Bu və digər suallarımıza cavab almaq üçün sabiq MTN zabiti İlham İsmayılla danışdıq. Ekspert ilk növbədə onu qeyd etdi ki, əgər bu şəkildə əməliyyat planı varsa, onunla bağlı informasiyanın səhihliyinə dair konkret fikir yürütmək çətindir: “Bircə onu deyə bilərik ki, belə bir şey mümkündür. Amma məsələ ondadır ki, adətən bu tipli hər hansı bir plan mahiyyəti üzrə başqa bir ölkənin ərazisində hazırlanmır. Belə bir şey praktikada yoxdur. Yəni indiki halda, MKİ-yə məxsus olduğu bildirilən bu plan yalnız ABŞ-da hazırlanıb. Burada sadəcə, Azərbaycanla bağlı nüans ola bilər. Hətta Azərbaycanla bağlı olan hissənin hazırlanması, buradakı hər hansı şəbəkədən istifadə etmək planı da Amerikanın özündə tərtib edilir. Azərbaycan hökuməti buna razılıq veribsə, deməli, burada hansısa vasitədən söhbət gedə bilər, başqa bir şey ola bilməz. Sadəcə, İran Azərbaycanı gözdən salmaq, növbəti dəfə düşmən elan eləmək üçün bütün məsuliyyəti Azərbaycanın üzərinə atmağa cəhd edir. Məsələ ondadır ki, İran Amerikanın bu ölkədə insan haqlarının qorunması, nüvə planının dayandırılması istiqamətində səylərin gücləndirilməsinə ”məxməri inqilab" adı verə bilər. Bu mənada, hansısa məqamda Azərbaycandan istifadə olunması mümkündür. Amma bu planın ana xətti Amerikada cızılıb. Belə bir planın başqa ölkədə hazırlanması məntiqli deyil. Onun həyata keçirilməsində Azərbaycanın hər hansı formada iştirak etməsi isə dövlətlərarası münasibətlərin incəlikləridir. Bunu hər hansı bir ekspert sözü ilə dəyərləndirmək çətin işdir. Əgər İranda deyilən o inqilab baş verəcəksə, bu, Azərbaycanın da xeyrinə olan məsələdir. Ona görə də İran bu cür ittihamlar irəli sürür". İ.İsmayıl söylədi ki, hakimiyyətin bu planın Azərbaycanla bağlı olan hissəsinə razılıq verməsinin qarşılığında Amerikanın hansı addımlar atmasını söyləmək də çətindir: “Məsələ ondadır ki, Azərbaycan hər hansı bir razılığı ancaq dövlət maraqları naminə verə bilər. Tutaq ki, Amerika İranda hər hansı bir əməliyyat hazırlayırsa, Azərbaycanın bununla bağlı hər hansı bir mövqeyi ancaq dövlət maraqları çərçivəsində olur. Çünki bu elə bir məsələdir ki, istənilən bir hakimiyyət burada dövlət maraqlarını mütləq nəzərə almalıdır. Başqa cür mümkün deyil”. Orxan QARAÇAYLI musavat
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio