Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına
ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib
Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib
İranda Trampın başına qoyulan mükafata bu qədər pul yığıldı
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
NATO istənilən İran təhdidinə qarşı tədbir görməyə hazırdır
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
Əkrəm Rəhimli: "Məşrutə hərəkatı 20-ci yüzildə azadlıq və demokratik inqilablar üçün ilk cığır açmışdı". Tariximizin şanlı səhifələri az deyil. Amma çox təəssüf ki, milli tariximizin əksər çağlarında özümüz olmamışıq, yəni tarixi taleyimizə sahiblik etməmişik. Bir xalq olaraq böyüklüyümüz bizi sevməyənləri dəhşətə gətirsə də, bunun fərqində olmamışıq, sürətlə özümüzdən ayrılmışıq. Millətin yaşamağa, sabaha ardıcıl, aramsız, inadlı, inamlı münasibəti olmadıqca onun özünü təsdiqi çətinləşir. Dünyanın indiki gərgin çağında millətin özünü təsdiqi daim mübarizə tələb edir. Ötən yüzildə Güney Azərbaycanda baş verən tarixi hadisələri dönə-dönə öyrənməyimiz, sabahımız üçün yaşarı qənaətlərə gəlməyimiz bu mənada çox gərəklidir. Tanınmış araşdırmaçı Əkrəm Rəhimli ilə söhbətimizdə ötən yüzilin əvvəllərində baş vermiş Məşrutə hərəkatı, hərəkatın yaradıcısı olmuş soydaşımız, yenilməzlik rəmzi Səttarxanın ömür yolu, mübarizəsi barədə söhbətləşdik. İlk öncə hərəkat barədə qənaətlərini bölüşən Əkrəm Rəhimli deyir ki, 1905-1911-cı illərdə baş vermiş Məşrutə hərəkatı təkcə İran üçün yox, həm də Yaxın və Orta Şərq ölkələrində azadlıqsevər insanlar üçün də tarixi və çox önəmli hadisə olmuşdu: "Məşrutə hərəkatı 20-ci yüzildə baş vermiş azadlıq və demokratik inqilablar üçün ilk cığır açmışdı. Bu mənada Məşrutə hərəkatını Yaxın və Orta Şərq ölkələrində keçən yüzillikdəki milli azadlıq və demokratik hərəkatların "pioneri" adlandırmaq olar. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatının məqsəd və məramı yolunda canlarını qurban verənlərin sayı çoxdur. Əslində bu hərəkata pak vicdanla qoşulanlar, onu uğurlu qələbəyə çatdırmaq istəyənlərin hamısı qəhrəmandır, tariximizdə və yaddaşımızda həmişəyaşar insanlardır. Məşrutə qəhrəmanları sırasına milli qəhrəmanlarımızla yanaşı müxtəlif millətlərin - farsların, kürdlərin, ərəblərin, talışların, rusların, gürcülərin, polyakların, bolqarların, hətta uzaq Amerikadan məşrutəçilərə köməyə gəlmiş insanların da xatirələrini minnətdarlıqla yad etmək gərəkdir. Bu, bir daha göstərir ki, Məşrutə hərəkatı bir ölkə çərçivəsindən çıxıb beynəlxalq ictimaiyyətin nəzər-diqqətini özünə yönəldə bilmiş xalq hərəkatı, müstəbid rejimə və onun söykəndiyi əcnəbi müdaxilələrə qarşı mütərəqqi insanların mübarizəsi və həmrəyliyi idi. Bu yolda canlarını fəda etmiş Sərdari-milli Səttarxan, Salari-milli Bağırxanla yanaşı onların vəfalı silahdaşları Əli Müsyonun, Heydər Əmioğlunun, Şeyx Məhəmməd Xiyabaninin, yadların əli ilə dara çəkilmiş din xadimi Siqətülislam Təbrizinin, Məmmədtağı xanın, canını və bütün sərvətini Məşrutə yolunda qoymuş Hacı Mehdi Kuzəkünaninin, son nəfəsə qədər Məşrutə bayrağını yerə qoymayan Həsən xan Bağbanın, onun qardaşı Hüseyn xan Bağbanın, "Mərkəzi qeyb"in rəhbərləri, fəallarının (Hacı Rəsul Sadiqan, Hacı Əli Davafiruş, Seyid Həsən Şərifzadə, Məhəmmədəli Tərbiyət, Cəfərağa Gənceyi, Mir Bağırağa, Mirəli Əsgəri, Ağanağı Şücai, Məhəmməd Sadiq Xameyni və s.) və minlərlə məşrutə qəhrəmanlarının adlarını çəkib əziz xatirələrini yad etmək borcumuzdur". Ötən yüzilin əvvəllərində Rusiyada çıxan "Novaya Vremya" dərgisinin "Xalq qəhrəmanı", İtaliya mətbuatının "İranın Hannibalı" adlandırdığı, Məşrutə hərəkatının rəhbəri Səttarxanın həyatı, onun keçdiyi mübarizə yolu, xüsusən Məşrutə hərəkatındakı tarixi rolu, sərkərdəlik məharəti və ömrümün faciəli sonluğu barədə danışan Ə.Rəhimli deyir: "Tehranın yaxınlığında, Həzrət Əbdüləzimin "Tuti" adlanan bağında adına və qəhrəmanlığına layiq olmayan çox sönük bir məzarda uyuyan Səttar Hacı oğlu 1867-ci il avqustun 16-da Qaradağda anadan olub. Atası Hacı Həsən ailəsini şəxsi təsərrüfatı və xırda alverlə dolandırarmış. Hacı Həsənin vəfat etmiş əvvəlki arvadından bir qızı və bir oğlu, sonrakı evləndiyi arvadından isə Səttar, İsmayıl və Qafar adlarında üç oğlu, bir qızı dünyaya gəlir. Səttar üçüncü oğlan uşağı idi. O, ilk təhsilini mollaxanada almış, erkən yaşlarında mədrəsəni tərk edərək təsərrüfat işlərində atasının köməkçisi olmuşdu". Səttar uşaqlığından zirək imiş: "Çevik, uşaq oyunlarında belə məğlub olmağı sevməyən imiş, bu fərqləndirici cəhətlər onu öz yaşıdları arasında fəxri "xan" titulu ilə məşhurlaşdırmışdı. Səttarxanın böyüyüb boy atdığı ailə çarizmin, həm də şahlıq istibdadının barışmaz düşməni idi. Hər iki zülmkar rejimin əleyhinə çıxanlar çox vaxt Hacı Həsənin komasında sığınacaq tapırdılar. Çar məmurlarının zorakılığı əleyhinə olduğu üçün Arazın o biri sahilinə - Qaradağa keçən Fərhad adlı şəxs Səttarxanın qardaşı İsmayıl tərəfindən himayə olunmuşdu. Fərhadı himayə edib gizlətdiyi üçün Təbriz vəliəhdinin əmrilə İsmayıl dara çəkilmişdi. Oğlunun dərdinə dözə bilməyən, həm də yerli məmurlar tərəfindən təqib olunub izlənilən Hacı Həsən Qaradağdan Təbrizə köçmək məcburiyyətində qalır. O, Təbrizdə uzun müddət yaşaya bilmir, xəstələnir və yenidən Qaradağa qayıdır. Az sonra burada vəfat edir və Ağyazı kəndindəki qəbiristanlıqda dəfn olunur". Təbrizə köçdükdən sonra şəhərin sosial-siyasi mühiti və Səttarxanı əhatə edən insanlar onun dünyagörüşünün formalaşmasında, vətənə, xalqa bağlılıqda müstəsna rol oynayır: "Rejimin əleyhinə çıxan şəxsi müdafiə etdiyinə, həmin şəxsin tərəfini saxladığına görə 1898-ci ildə Səttarxan Təbrizdə həbs olunur və Ərdəbilin "Narın qala" zindanında iki ilə yaxın məhbus həyatı keçirməli olur. Səttarxan həbsxanada tanış olduğu bir məhbusu gizli yolla azad etməyə gələnlərin köməkliyilə zindandan qaçır. Bir müddət Təbrizdə və ətraf bölgələrdə gizli şəkildə yaşayan Səttarxan rejim əleyhinə, onun yerlərdəki məmurlarının xalqa etdikləri zülm və özbaşınalığına qarşı mübarizə aparan dəstələrə qoşulur. Bu haqda Seyid Əhməd Kəsrəvinin, İsmayıl Əmirxizinin, Kərim Tahirzadənin, Səməd Sərdariniyanın, Rəhim Rəisniyanın, Məmmədrza Afiyətin, rus şərqşünası S.M.İvanovun və başqa müəlliflərin əsərlərində dəyərli faktlar var. S.Ə.Kəsrəvinin yazdığından bəlli olur ki, Səttarxan məşrutəçilərə qoşulmazdan xeyli əvvəl dövlətin "qaçaqçı" adlandırdığı partizan dəstələri yaratmış, iqtidar nümayəndələrinə, zülmkar məmurlara və mülkədarlara qarşı hücumlar təşkil etmişdi. Rejim əleyhinə silahlı dəstələr təşkil etməzdən əvvəl Səttarxan Mərəndə gəlir və atasının tanışı Rzaqulu xanın vasitəsilə bir müddət Mərənd-Xoy-Salmas xətti üzrə yol mühafizəçisi vəzifəsində çalışır, çox keçmədən bu işi tərk edib əvvəl Tehrana, sonra isə Xorasana gedir və orada çox davam gətirə bilməyib yenidən Təbrizə dönür". Səttarxan Təbrizə dönən vaxt artıq Təbriz rejimi əleyhinə ayağa qalxmış və onun bütün siyasi sütunlarını silkələməyə başlamışdı: "Xalq hərəkatının xofu qarşısında millətə məşrutə azadlıqları vəd edən Müzəffərəddin şahdan fərqli olaraq taxt-taca gələn Məhəmmədəli şah atasının millətə verdiyi vədləri yerinə yetirmək əvəzinə əcnəbi silahına söykənib xalqa divan tutmağa başlayır. Üstəlik İranı nüfuz dairəsinə çevirmək haqda 1907-ci il İngiltərə-Rusiya sövdələşməsinə razı oldu. Bunun ardınca 1908-ci il iyun ayının 23-də xalq elçilərinin toplandığı məclis top atəşinə tutuldu. Ölkədə kütləvi həbslər və təqiblər başlandı. Məşrutə hərəkatına ağır zərbə endirildiyi, verilmiş nisbi azadlıqların əldən alındığı, Əncümənlərin qapılarına qıfıl vurulduğu ağır günlərdə Azərbaycan, onun baş şəhəri Təbriz ayağa qalxdı. Kütləni mübarizəyə qaldırmaqda və mütəşəkkil hücumu təşkil etməkdə Səttarxan və onun silahdaşları başda olmaqla "Mərkəze-Qeyb"in, Müdafiə Şurasının və Təbriz əncüməninin böyük və danılmaz xidmətləri olmuşdu. Bu tarixi xidmət həm İranda, həm də onun hüdudlarından kənarda obyektiv tarixçilər və tədqiqatçılar tərəfindən dönə-dönə qeyd edilib. Məmmədəli şahın Məşrutə hərəkatına xəyanət etməsinə, rejimin işə saldığı zorakılığa və amansız cəza tədbirlərinə qarşı təbrizlilərin etirazı əvvəlcə bazar-dükanın bağlanması və kütləvi nümayişlərlə başlamışdı. Hakimiyyət orqanları və qoşun xalqa qarşı zor tətbiq etmək istədikdə məşrutəçilər zora zorla cavab vermək məcburəyyətində qalmışdılar". Əkrəm Rəhimli deyir ki, bu Təbriz üsyanın ilk mərhələsi hesab edilir: "Faktiki olaraq 1907-ci ilin əvvəlində İranda, o cümlədən Azərbaycanda siyasi qüvvələrdə ciddi qütbləşmə getmişdi. Siyasi həyatın bir qütbündə şahlıq rejimi, onun ətrafında toplaşmış mürtəce dəstələr və onlara müxtəlif formalarda köməklik göstərən əcnəbi dövlətlər, digər qütbdə isə mövcud rejimin zülmünə və haqsızlığına qarşı çıxan, xalqın azadlığını və ölkənin müstəqilliyini istəyən qüvvələr dayanmışdılar. Qütbləşmədə siyasi qüvvələrin üz-üzə dayandığı və ölkədə vəziyyətin gərginləşdiyi belə bir dövrdə ümumiran miqyasında Məşrutə hərəkatının azadlıq mərkəzi Azərbaycana - Təbrizə keçdi".
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Ərdəbildə üç məhbus edam edildi
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir