Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Pol Qobl: "Moskva və Kiyev arasındakı qaz qalmaqalı Avropa Birliyi və ABŞ-ın gözündə Azərbaycanın əhəmiyyətini artırıb" Aleksey Yeqorov: "Qarabağda yeni müharibə Rusiyanın Cənubi Qafqazdan uzaqlaşdırılması demək olar" ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri, Davosda keçiriləcək iqtisadi forum çərçivəsində prezidentlərinin görüşünün planlaşdırılması fonunda Ermənistanda Qarabağ mövzusu ətrafında müzakirə və bəyanatlar intensivləşib. Hətta aksiya keçirənlər belə var. Bütün bunlardan belə qənaətə gəlmək olur ki, İrəvan danışıqların növbəti mərhələsində hər vəchlə Qarabağdakı separatçı qurumun prosesə qatılmasına nail olmağa çalışır. Hətta buna görə şantaja belə əl atır, bu ərazilərin Ermənistana birləşdirilməsi məsələsini də gündəmə gətirir. Məsələn, ötən gün bu ölkənin Xarici İşlər Nazirliyinin binası qarşısında "Miatsum" ("Birləşmə") hərəkatının üzvləri aksiya keçiriblər. Keçmiş batalyon komandiri Jirayr Sefilyan nazir Edvard Nalbəndyanın onu qəbul etməsini istəyib. Çünki münaqişənin tənzimlənməsiylə bağlı aparılan danışıqlarda ərazilərin verilməsinin gündəmə gəlməsindən narahatdır. Ramiz Mikayıloğlu Görüş baş tutmadığı üçün onlar aksiya keçiriblər. Ermənistan parlamentinin mətbuat xidməti yaydığı pres-relizdə iddia edir ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza spiker Ovik Abramyanla görüşdə Xankəndinin danışıqlarda iştirakının vacibliyini vurğulayıb. Tez-tez Bakıda dediyini İrəvanda, İrəvanda dediyini Bakıda inkar edən amerikalı həmsədrin məsələyə münasibəti də yəqin ki, yaxın günlərdə məlum olacaq. Amma erməni mətbuatının rəsmi İrəvanın istəyini guya "Metyu Brayza belə söyləyib" şəklində təqdim etməsi göz önündədir. Xatırladaq ki, İrəvana getməzdən əvvəl Bakıda olmuş Metyu Brayza azərbaycanlıları və erməniləri öz prezidentlərinə etimad bəsləməyə çağırmışdı: "Biz həmsədrlər görüşdə hiss etdik ki, prezident İlham Əliyev prosesin irəli getməsini arzulayır. İnanırıq ki, eyni əhval-ruhiyyəni Serj Sərkisyanla görüşdə də görəcəyik. Mən hər iki ölkənin ictimaiyyətini prezidentlərinə etimad bəsləməyə çağırıram. Hər iki prezident danışıqlarda ölkələrinin milli maraqlarından çıxış edir. Təbii ki, biz açıq formada danışa bilmirik, müzakirələr məxfi xarakter daşıyır. Əgər müzakirələr istənilən nəticəylə yekunlaşmazsa, bu Minsk qrupu həmsədrlərinin, o cümlədən ABŞ-ın imicinə ciddi ziyan vuracaq". İrəvanda olan Metyu Brayza, o cümlədən digər həmsədrlər, rusiyalı Yuri Merzlyakov və fransalı Bernar Fasye, ATƏT sədrinin şəxsi nümaynədəsim Angey Kasprşik öncə Edvard Nalbəndyanla, sonra prezident Serj Sərkisyanla görüşüblər. Xarici işlər naziriylə görüşdə keçən il noyabrın 2-də imzalanmış Moskva bəyannaməsi və dekabrın 5-də ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında həmsədrlərin verdikləri bəyanata diqqət yönəlib. Görüş iştirakçıları hesab ediblər ki, danışıqlar prosesi məhz bu sənədlərə uyğun aparılmalıdır. Qarabağdakı separatçı qurumun "xarici işlər nazirinin məsləhətçisi" Ruben Zarqaryan bəyanlayıb ki, Qarabağ probleminin açarı nə Bakı, nə İrəvanda deyil, Xankəndindədir. O, separatçı qurumun danışıqlarda iştirakının zəruri sayır və hesab edir ki, Dağlıq Qarabağ ermənilərinin müstəqilliyi müzakirələrin əsas məsələsi olmalıdır. Ermənistanın Dağlıq Qarabağdakı separatçı qurumu danışıqlara tərəf kimi cəlb etmək yönündə səy göstərdiyi bir məqamda Rusiyanın Strateji Mədəniyyə Fondunun eksperti Aleksey Yeqorov diqqət çəkən açıqlama verib. O bildirib ki, Rusiyanın Cənubi Qafqazdakı təsirini zəiflətməkdə maraqlı olan müəyyən güclər müxtəlif ssenarilər üzərində çalışırlar: "Söhbət gözlənilmədən 2008-ci ildə Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah və sursat ötürülməsi xəbərinin yayılmasından gedir. Bu xəbəri həm Rusiyanın, həm də Ermənistanın müdafiə nazirlikləri inkar edib. Bu kimi metodlarla müəyyən güclər antirusiya əhval-ruhiyyəsi yaradır, Rusiyanın regionda sülh və stabilliyin qorunmasına yönəlik səylərini iflasa uğratmağa çalışır. Eyni zamanda millitarizmə zəmin formalaşdırırlar. Qarabağla bağlı yeni müharibə Rusiyanın Cənubi Qafqaz siyasətinin tam iflası, bölgədən uzaqlaşdırılması demək olar". Bəlkə də, rus politoloqu Ermənistanı sürətlə silahlandıran Moskvanın Cənubi Qafqazdakı, o cümlədən Qarabağdakı yeni təxribatlarını başqalarının üzərinə atmaq cəhdində bulunur. Yeri gəlmişkən, Avropanın dövlət və hökumət başçılarının iştirakıyla qaz sammit keçirməyə cəhd göstərən, ancaq buna nail ola bilməyən Rusiya Ermənistanla intensiv məsləhətləşmələr aparır. Putinin sammit adıyla müzakirəyə çağırdığı Serj Sərkisyanla müzakirədən sonra indi də Rusiyanın Xarici İşlər Nazirliyi erməni xarici siyasət idarəsiylə məsləhətləşmələr aparır. Bu dəfə İrəvana departament direktoru Aleksandr Çepurin gəlib. Diaspor məsələləri müzakirə olunduğu bildirilsə də, böyük ehtimalla bu dəfə də əsas müzakirə mövzusu Rusiyanın əvəzsiz olaraq Ermənistana ötürdüyü 800 milyon dollarlıq silah və sursat, Azərbaycanın buna sərt etirazıyla bağlıdır. Həm də Azərbaycanın Xarici İşlər Nazirliyi hazırda Rusiyanın rəsmi cavabını gözləyir. Tanınmış amerikalı politoloq Pol Qobl da diqqət çəkən müsahibə verib. Onun sözlərinə görə, Moskva və Kiyev arasındakı qaz qalmaqalı Avropa Birliyi və ABŞ-ın gözündə Azərbaycanın əhəmiyyətini artırıb. Buna görə də Rusiya və İran cavab addımları atmağa, Azərbaycan hakimiyyəti üçün vəziyyəti mürəkkəbləşdirməyə can atacaqlar. Politoloq hesab edir ki, mövcud durumda Azərbaycan Avropa Birliyinə və NATO-ya inteqrasiya kursunu aktivləşdirməlidir: "Yalnız ona görə yox ki, həmin təşkilatlar Azərbaycanın müstəqilliyini və suverenliyini aktiv dəstəkləyirlər. Həm də ona görə ki, bu kurs Bakının mütləq bu təşkilatlara üzvlüyü şərtini qoymur. Bu da Azərbaycan hakimiyyətinin apardığı balanslaşdırılmış xarici siyasət kursu üçün əlverişli bir şərait yaradır". ABŞ və Gürcüstan arasında strateji münasibətlərə aid xartiyaya da toxunan Pol Qobl hesab edir ki, bu sənədə Barak Obama adminstrasiyası dövründə bir daha baxılacaq. Çünki Xartiya Corc Buş komandasının hakimiyyətdən getdiyi bir dövrdə imzalanıb: "Hər şey Barak Obama adminstrasiyasının Cənubi Qafqazla bağlı yürüdəcəyi siyasətin bəlli olmasından sonra aydınlaşacaq. Əlbətə, bu sənəd Cənubi Qafqazda təhlükəsizliyə dəstəkdir. Ancaq bununla belə, xartiya yeni problemlər də yarada bilər. Məsələn, Rusiya və İran buna qarşı çıxmaq üçün müəyyən addımlar ata, məsələn, Ermənistana Rusiya silah ötürə, İran Ermənistana dəmiryol çəkilişinə sərmayə qoya bilər". Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah və sursat ötürməsi öarədə son xəbərlərə də münasibət bildirən Pol Qobl vurğulayıb ki, bu həcmdə silah və sursat son nəticədə İrəvana təzyiqləri azalda bilər. Status-kvonun dəyişməsinə və tezliklə konfliktin yenidən başlaması ilə nəticələnə bilər: "Mən fikirləşirəm ki, Moskvanın hərəkəti faciəvi səhvdir. Bakı Rusiyayla bir sıra sahələrdə əməkdaşlığını yenidən nəzərdə keçirəcək. Azərbaycan məhz bu gün belə də edir". Barak Obama administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində irəliləyişlərə nail olub-olmayacağına gəlincə, amerikalı politoloq bildirib ki, xüsusi optimizmə nehtiyac görmür: "Ona görə yox ki, ABŞ bunda maraqlı deyil. O səbəbdən ki, regionda çoxlu oyunçular-Rusiya, İran, Ermənistan və digərləri var. Rusiya, İran və Ermənistanın mövqeyi odur ki, tənzimlənməyə nail olunmasın. Moskva, İrəvan və Tehran Qarabağ probleminin qalmasında maraqlıdır. Amma sözdə bu ölkələrin rəsmilərinin əksəriyyəti başqa cür bəyanatlar verirlər".
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio