SON XƏBƏRLƏR

Vladimir Jirinovski : BİZ “NABUCCOY”a İMKAN VERMƏYƏCƏYİK

2021.10.20, 07:36
Vladimir Jirinovski : BİZ “NABUCCOY”a İMKAN VERMƏYƏCƏYİK

Gunaz.tv
“BİZ “NABUCCOY”a İMKAN VERMƏYƏCƏYİK” Vladimir Jirinovski : “Hamınız Rusiyanın subyektinə çevrilin, yoxsa gəbərəcəksiniz” 1207.jpg “Rusiya ”Nabucco" kəmərinin reallaşmasına imkan verməyəcək. Bu xam xəyaldır. Lazım gəlsə Qafqazı gəbərdəcəyik, Türkiyə, İsrail, İran, kim bizə qarşı çıxsa, hamısı gəbərəcək. Bizim Qara və Baltik dənizinin dibi ilə qaz kəməri çəkmək imkanımız var. Belə olan halda Ukrayna da kənarda qalacaq, Polşa da". Bu sözləri Moskvada Ukrayna səfirliyi qarşısında keçirilən piket zamanı RLDP sədri Vladimir Jirinovski deyib. RLDP-nın sədri daha sonra bildirib ki, bu gün Rusiya sağmal inəyə dönüb. Pribaltikadan tutmuş, hamını yemləməklə məşğuldur. “Biz onların qarşısına qəti şərt qoymalıyıq: bundan sonra süd istəyirsizsə, onda Rusiyanın tərkibinə daxil olun. Onsuz da çox az qalıb. Pribaltika respublikaları da, Ukrayna da, Orta Asiya və Cənubi Qafqaz ölkələri də Rusiya ilə birkə yaşamaq istəyir. Sadəcə, indi ikiüzlülük edirlər. Vaxt gələcək onlar Rusiyaya birləşəcəklər” deyə V.Jirinovski bildirib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar