SON XƏBƏRLƏR

Türkiyə Avropa Birliyinə şərt qoydu

2021.10.20, 07:36
Türkiyə Avropa Birliyinə şərt qoydu

Gunaz.tv
Türkiyə Avropa Birliyinə şərt qoydu ap_turkey_recep_tayyip_erdogan_150_24jul07.jpg Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsinin Avropa Birliyinə üzvlük danışıqları bərpa olunmasa, Ankara Avropanın Rusiyadan qaz asılılığını azaldaraq «Nabucco» kəmərinə verdiyi dəstəyə yenidən baxa bilər. Brüsselə üçğünlük səfəri zamanı çıxış edən cənab Ərdoğan deyib ki, Türkiyə Avropa Birliyinə üzvlüklə bağlı danışıqlarda ədalətli və eyni hüquqlar əsasında rəftarı istəyir. O əlavə edib ki, bu məsələ hələ də ölkəsi üçün üstünlük təşkil edir. «Nabucco» kəməri Xəzər regionundan təbii qazın Türkiyə vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur. Türkiyənin baş naziri bu il ölkəsinin Avropa Birliynə qoşulmaq səylərində irəliyə doğru böyük addım atacağına ümid etdiyini bildirib. Türkiyənin Avropa Birliyinə üzvlük danışıqları 2005-ci ildə başlamışdı. Amma sonradan Kipr problemində Avropa ilə anlaşılmazlıq üzündən danışıqlar dayandı.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar