Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Sədrin avtoritarizmi partiyanın parçalanmasına səbəb olacaq Rəhbərlik nizamnaməni pozur Klassik Xalq Cəbhəsi Partiyasında yaranmış böhran dərinləşir. Sədrlə Ali Məclisin sədri arasındakı qarşıdurma günü-gündən böyüyür. Qeyd edək ki, tərəflər arasında ziddiyyətlər ötən ilin oktyabrında başlanmışdı. Ali Məclisin sədri Zəlimxan Məmmədli partiyanın əsas müxalifət qüvvələrinə qoşulamasını, idarəetmədə islahatların keçirilməsini, Cəbhənin qeyri-ciddi qüvvələrdən, cırtdan partiyalardan uzaq olmasını, rəhbər strukturların fəalliyyətinin çevik hala gətirilməsini təklif etmiş, təkliflər paketi halında bunun konkret yollarını göstərmişdi. AM sədri tezliklə rəhbərlikdə özünə tərəfdarlar qazanmış, sədrin mövqeləri zəifləmişdi. Sədr müavini Mehriban Vəzir, Yusif Sevdimalı, Aydın Mədətoğlu, İdarə Heyətinin üzvü Zahir Əlisoy, İsmayıl Məmmədov mətbuata açıqlamalarında KXCP sədrinin siyasətinin yanlış olduğunu göstərmiş, islahatların vacib olduğunu bildirmişdilər. Gözlənilirdi ki, partiyada və cəmiyyətdə böyük nüfuza malik ziyalıların təlkifləri nəzərə alınacaq, sədr islahatlara məcbur olacaq. Amma əksinə oldu. Partiyanı böhrandan çıxarmaq niyyətilə səslənmiş ağıllı, rasional təkliflərə sədr qaragüruh təmsilçiləri: siyasi təcrübəsi olmayan Elman Bayraqdar və Bəybala Əbilin dililə cavab verdi. Noyabr ayında bu məsələ, təkliflər və qaragüruhun fəalliyyəti sonuncu dəfə İdarə Heyətinin iclasına çıxarıldı. Gözlənildiyi kimi iclasda sədrin mövqeyi tənqid olundu, ona təkliflərlə razılaşmaq tövsüyyə edildi. Amma İdarə Heyətindəki məğlubiyyət də KXCP sədrini ayıltmadı. Bu gedişlə növbəti qurultayda demokratik seçkilərdə Zəlimxan Məmmədliyə uduzacağını anlayan sədr qara piarı davam etdirdi. KXCP-dəki mənbəmiz bununla bağlı maraqlı faktlar açıqlayır. Mənbə bildirir ki, sədrin çaşqınlığı, qəzəbi o həddə çatıb ki, özü də bilmədən artıq Nizamnaməyə zidd hərəkətlərə yol verir: "Ali Məclisin bloklara qoşulmamaq haqqında qərarı ola-ola sədr sırf narazılara inad DUİ-ni genişləndirdi, blok olduğunu bəyan etdi, Xalq Cəbhəsini daim dağıtmağa çalışmış Pənah Hüseynlə müttəfiq oldu. Noyabr iclasında Zəlimxan bəyə məğlub olandan sonra İdarə Heyətinin iclasları çağırılmır. Partiya ilə bağlı mühüm qərarları artıq avtoritarizmə meyylənmiş sədr özü çıxarır. İnanın ki, əgər Ədliyyə Nazirliyi araşdırma aparasa, nizamnamə pozuntusu ilə bağlı onlarla fakt üzə çıxar və partiyanın qeydiyyatı ləğv edilər". Mirəlioğlu parçalanmaya rəvac verdi Ağıllı təklifləri nəzər alıb idarəetmədə yeniliklər etməkdənsə, sədr dar düşüncəli ətrafının təkidilə parçalanmaya rəvac verib. İki həftədir ki, idarəetmə və siyasi kursla bağlı tənqidi fikirlər səsləndirən funksionerlərin fəalliyyəti təftiş edilir. "MNTK dura-dura funksionerlərin fəalliyyətini təşkilat məsələləri üzrə müavin təftiş edir. Halbuki onun buna səlahiyyəti yoxdur. Məndə olan məlumata görə, nizamnamədən xəbəri olan partiya funksionerləri bunu sədrin diqqətinə çatdırıblar. Amma o, "burada rəhbər mənəm, mən deyən olacaq" deyərək təftişin davam etdirilməsini əmr edib. İş o yerə çatıb ki, sədrin yaxın adamlarından biri sayılan təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu da "təftiş ediriksə, bunu nizamnaməyə uyğun edək" deyə iradını bildirib. Amma onun idarı da qulaqradına vurulub. Ancaq təftiş məsələsi sədrin komandasını da parçalayıb. Mənbə məlumat verir ki, narazılara qarşı əvvəlki qəzəb və nifrət yoxdur. Hətta sədr müavini Bəybala Əbil Ali Məclis sədrinin açıqlamalarını təftiş etməyə sonda razılıq verib. Sədr bu işin məhz onun tərəfindən görülməsini vacib sayıb: "Sədr hesab edir ki, Ali Məclis sədrinin qarşısına Bəybala Əbili çıxarsa, özü kənarda qalacaq və arbitr rolunu oynayacaq. Amma partiyada artıq onu arbitr sayan yoxdur. Mirmahmud ağanın müvəqqəti olduğunu artıq hamı yəqin edib". Xətai rayon şöbəsinin fəalı, "Bayraq" Milli Dəyərlərin Təbliği Təşkilatının sədri Şahin İsabəyli fevraldan etibarən rayon şöbələrində qurultayla bağlı təbliğata başlayacaqlarını deyib: "Biz 20 ildir ki, Xalq Cəbhəsindəyik. Elçibəyin vaxtında təşkilat tam demokratik idi. Kimsə söylədiyi fikrə görə təftiş olunmurdu. Bəyin özü belə sərt tənqidlərə məruz qalırdı. Amma əsəbləşmir, adamları cəhzalandırmaq fikrinə düşmürdü. Cəbhədə mənim kimi yüzlərlə veteran var, kənara çəkilib partiyanı bunlara tapşırmışıq. Amma indi görürük ki, təşkilatı yanlış yola aparırlar. Biz o vaxt "Yurd"dan ayrılanda öndə Əli Məsimlini, Zəlimxan Məmmədlini, Mirmahmud ağanı, Fazil Qəzənfərolunu gördük, onların ardınca getdik. Bəziləri partiyanı tərk edib getdilər, biz getmədik. Çünki qabaqda Mirmahmud ağa ilə Zəlimxan bəy vardı. Amma indi onları üz-üzə qoymaq istəyirlər. Biz buna qarşıyıq. Sədr olmaq növbəsi Zəlimxan bəyindir. Qurultaya qədər bu istiqamətdə təbliğat aparacaq, qurultayda namizəd irəli sürəcəyik. Kim seçilsə, əlini sıxacaq, onunla işləyəcəyik. Demokratik sistem uğrunda mübarizə aparan KXCP demokratik seçimlərdən qorxmamalıdır. Ağa sədr olmaz, Ali Məclisin sədri olar, nə olar ki". Bu, Şahin İsabəylinin timsalında aşağıların fikridir. Amma belə görünür ki, sədrliyi əldən vermək istəməyən və buna görə nizamnamə pozuntularına belə gedən Mirəlioğlu sonadək KXCP-də demokratiyanın boğulması siyasətini aparacaq. Sədrin fəalliyyəti təftiş olunmalıdır Mirəlioğlunun göstərişi ilə Bəybala Əbilin başladığı təftişçilik fəalliyyəti KXCP-də böyük narazılıq doğurub. Zəlimxan Məmmədliyə qarşı əsl "Yurd" metodlarının tətbiq olunmasına etirazlar başlanıb. Yaxın günlərdə MNTK sədr müavininin bu qurumun səlahiyyətlərini mənimsəməkdə suçlayan açıqlama verəcəyi bildirilir. Qeyd edək ki, MNTK üzvü Alı İsmayıl artıq qaragüruhun əleyhinə çıxıb. Komissiya sədrin fəalliyyətinə də nəzər yetirə bilər. Bu sırada Ali Məclisin qərarlarının yerinə yetirilməməsi, İdarə Heyətinin toplantılarının çağırılmaması və funksionerlərin üz-üzə qoyulması məsələləri yer alır. Mənbə bildirir ki, sədrin KXCP-ni parçalanmaya gətirən siyasətinin təftiş olunması da vacib hala gəlib: "Bəybala Əbil onu təftiş etsin ki, niyə partiya bu hala düşüb. Niyə KXCP-nin Qərb təşkilatları yoxdur. Nizami, Yasamal şöbələri mövcud deyil. Bu məsələ birbaşa onun funksiyasına aid olan məsələdir. İki ildir qərargaha gəlməyən sədr müavini Yusif Sevdimalı, İlqar Səldoğlunun fəaliyyəti niyə təftiş olunmurğ Təftiş olunsun ki, niyə sədr partiyanı siyasi qüvvələrdən təcrid edir, qeyri-ciddi siyasətçilərlə müttəfiq edir. Ağıllı təklifləri süngü ilə qarşılayır, İdarə Heyətini tam tərkibdə toplaya bilmir, ziyalaları partiyadan incik salır. Qoy, bu təftiş olunsun. Bəlkə bu adam partiyanı bilərəkdən dağıdır". Mənbə bildirir ki, sədrin dağıdıcı fəalliyyəti dayandırılmasa, KXCP-nin parçalanması labüd olacaq. Sədr və ətrafı narazıların partiyadan istefa verib sakitcə getməsini arzulasalar da, bu, realalşmayacaq. Partiyanı bu cür görmək isməyənlər, gerçək Elçibəyçi təşkilata çevrilməsin istəyənlər geriçəkilmək niyyətində deyil və qurultayda sədr dəyişikliyi reallaşdırmaq əzmindədirlər. Aslan olaylar
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio