Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına
ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib
Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib
İranda Trampın başına qoyulan mükafata bu qədər pul yığıldı
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
NATO istənilən İran təhdidinə qarşı tədbir görməyə hazırdır
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
Üzeyir Cəfərli: "Son illər Silahlı Qüvvələrimizin gücləndirilməsi baxımından nəzərə çarpacaq addımlar atılır" Emin Həsənli:"Rusiya Azərbaycanın öz torpaqlarını azad edəcəyindən narahatlıq keçirir, buna görə də Ermənistanı silahlandırır" Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Ermənistana 800 milyon dollar dəyərində hərbi texnika və sursat verməsi barədə məlumatlarla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanır ki, ötürülmüş silah-sursat Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini işğal edən ölkənin hərbi potensalını əhəmiyyətli dərəcədə gücləndirəcək. Bu BMT TŞ-nın Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdiyi müvafiq qətnamələrin və BMT Baş Assambleyasının 14 mart 2008-ci il tarixdə qəbul olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsinin bilavasitə pozulmasıdır. Burada söhbət Rusiyanın Azərbaycanın ərazilərinin işğalının davamına və güclənməsinə hər hansı addımları ilə yardım etməməyə dair öhdəliyinin pozulmasından gedir. Ramiz Mikayıloğlu Rəsmi Bakının etirazı başa düşüləndir. Bəs bütün bunların fonunda ordumuzun potensialını, ötən il görülən işləri necə qiymətləndirmək olar? Həm də Rusiya niyə məhz indi Ermənistana bu miqdarda silah və sursat ötürüb? Hərbi ekspert Üzeyir Cəfərli deyir ki, Silahlı Qüvvələrin potensialını real döyüş əməliyyatlarında, tapşırıqları yerinə yetirən zaman qiymətləndirmək lazımdır. Ona görə də indi Azərbaycan Silahlı Qüvvələrinin hansı vəziyyətdə olmasına qiymət vermək çox çətindir: "Biz istəyərik ki, ordumuz güclü, mobil, çevik və qarşıya qoyulan tapşırığı yerinə yetirmək iqtidarında olsun". Hərbi ekspert dedi ki, dünyanın güclü dövlətlərinin ordularının stasionar və döyüş şəraitində ortaya qoyduğu göstəricilər bəzən ziddiyyət yaradır. ABŞ ordusunun İraqdakı, Rusiya ordusunun Şimali Qafqazdakı döyüş əməliyyatlarına diqqət yetirilsə, onların müəyyən çətinliklərlə, itkilərlə üzləşdiyini görmək olar: "Ona görə də ordumuzun təhlükələri önləməyə hazır olub-olmadığı yönündə fikir söyləməyə çətinlik çəkirəm. Amma son illərdə Silahlı Qüvvələrimizin gücləndirilməsi baxımından nəzərə çarpacaq addımların atıldığı görünür. Bununla belə, orduda kifayət qədər nöqsanlar, problemlər çətinliklər qalır. Elə keçən il 80 nəfərə yaxın hərbi qulluqçumuzun dünyasını dəyişməsi, buna görə bir nəfərin də məsuliyyətə cəlb olunmaması bizi çox narahat edir". Üzeyir Cəfərli nəzərə çatdırdı ki, Rusiya həmişə işğalçı Ermənistanı silahlandırıb və silahlandırmaqda davam edir. Ona görə də biz bir dövlət və xalq olaraq şimal qonşumuzun addımlarını pisləməliyik. Rusiya 1993-1996-cı illərdə işğalçı ölkəyə 1 milyard dollarlıq silah və texnika bağışlayıb.: "Rusiya məsələ aşkarlanandan sonra əl-ayağa düşüb, müvafiq komissiya yaradılacağını bildirib. Ancaq ortada inkarolunmaz fakt var. Bu oyunlar ona hesablanıb ki, vaxt udsunlar və vəziyyətdən çıxış yolu axtarsınlar. Rəsmi qurumlarımız çeviklik göstərməlidir". Üzeyir Cəfərli hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı artırılmalı, təlimlər keçirməli, hərbçilərimiz başqa dövlətlərin hərbçiləriylə birgə təlimlərə qatılmalıdır: "Azərbaycan Silahlı Qüvvələrinin nüfuzu, inkişafı naminə müəyyən təbliğat xarakterli işlər də görməliyik". Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirdi ki, "Gülüstan" və "Türkmənçay" müqavilələri imzalanandan sonra Rusiya Azərbaycan torpaqlarında "Ermənistan dövləti" yaradıb, ermənilərin işğalçı-terrorçu əməllərinə birbaşa dəstək verib, torpaqlarımızı işğal edib: "Birinci Qarabağ müharibəsi zamanı, atəşkəs sazişi imzalanandan sonra da Rusiya milyonlarla dollar dəyərində silah-hərbi texnika bağışlayıb, üstəlik, işğalçı ölkədəki rus hərbi bazalarını gücləndirib. Son iki ildə Gürcüstandan çıxarılan rus bazaları da Ermənistanda yerləşdirilib: "Bu gün Ermənistan ordusunun faktiki olaraq Rusiya saxlayır. Hətta Gümrüdəki 102 saylı bazada şəxsi heyətin 75 faizi erməni hərbçiləridir. Bu kifayət qədər təhlükəli məqamlardır. Qeyd edim ki, rus rəcmiləri həmişə bildirirdilər ki, Ermənistandakı bazalardan başqa dövlətlərə qarşı istifadə olunmayacaq. Amma ötən ilin avqust hadisələri zamanı Ermənistandakı rus bazalarından qalxan təyyarələr Gürcüstanın şəhər və kəndlərini bombaladılar. Qarabağ müharibəsi yenidən başladığı təqdirdə, 1991-1994-cü ildə olduğu kimi Rusiya qoşunlarının birbaşa Ermənistana dəstək verməyəcəyinə heç kəs zəmanət verə bilməz". Emin Həsənlinin sözlərinə görə, Azərbaycan Rusiyayla münasibətləri strateji əməkdaşlıq səviyyəsində qurur, iki ölkə arasında ciddi iqtisadi, mədəni, siyasi əməkdaşlıq mövcuddur. Amma imperialist düşüncəli rus dairələri hələ də Cənubi Qafqazı, xüsusən, böyük iqtisadi-geosiyasi potensialı olan Azərbaycanı əsarətdə saxlamaq xəyallarıyla yaşayırlar. Zaman-zaman müstəqilliyimizə, ərazi bütövlüyümüzə zərbə vurmağa çalışırlar". Emin Həsənliyə görə, qlobal böhran nəticəsində ciddi çətinliklərlə üzləşən Rusiyanın yenidən Ermənistana 800 milyon dollarlıq silah-sursat-texnika verməsi Moskvanın təlaşından irəli gəlir. Çünki, Kremlin Azərbaycana təzyiq imkanları azalır, zəifləyir. "Onu da xatırladım ki, Rusiya və İranın təzyiqlərinə baxmayaraq, ən ağır iqtisadi, siyasi və hərbi durumda belə Azərbaycan rəhbərliyi ərazi bütövlüyü, hərbi və geopolitik məsələlərdə heç bir güzəştə getməyib"-deyən İB sədrinin fikrincə, hazırda Azərbaycan iqtisadiyyatı, ordusu güclənir, ölkəmiz Qərblə birgə nəhəng enerji layihələri həyata keçirib və keçirməkdədirr. Bu gün Azərbaycanın ABŞ, Avropa ölkələri, NATO ilə əlaqələri genişlənir: "Təzyiqlərlə, işğalla üzləşdiyimiz zaman ordumuz çox zəif idi. İndi Silahlı Qüvvələrimiz NATO standartlarına uyğunlaşır, kadr, maddi-texniki bazası gücləndirilir. Keçən il iyunun 26-da Silahlı Qüvvələrimizin yaranmasının 90 illiyi münasibətiylə "Azadlıq" meydanında hərbi parad keçirdik. Bu, hərbi parad Azərbaycanı istəməyən dövlətləri narahat etdi. Bundan başqa, Azərbaycanda keçən il hərbi idman yarışları keçirildi, 6 boksçumuz birinci yeri tutdu. Bu, Azərbaycan Silahlı Qüvvələrinin döyüş ruhunun, nizam-intizamın yüksək olmasının göstəricisidir". İşğalçı Ermənistan isə məhz yürütdüyü siyasət nəticəsində regiondakı layihələrdən kənarda qalıb. Bu gün iqtisadiyyatı çox zəif olan Ermənistan Rusiyanın bir vilayəti, forpostudur. Bu ölkədə əli Azərbaycan xalqının qanına batmış terrorçu-separatçı rejim hakimiyyətdədir. Ötən ilin martında Köçəryan-Sərkisyan rejimi öz xalqının da qanını tökdü". Emin Həsənli bildirdi ki, bu cinayətkar rejimi Rusiyada müəyyən siyasi-hərbi dairələr dəstəkləyir, milyonlarla dollar dəyərində silah- hərbi texnika verirlər. Bu dəstəklə Rusiya terrorçu Sərkiyan rejiminin arxasında dayandığını birinci növbədə narazı erməni ictimaiyyətinə göstərmək istəyir: "Təəssüf ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər də ikili startlardan çıxış edir, işğalçının adını çəkmirlər, Rusiyanın Ermənistana silah hədiyyə etməsindən danışmırlar. ABŞ Gürcüstandakı Abxaziya və Cənubi Osetiyanı separatçı sayır, Dağlıq Qarabağdakı sepaatçı ermənilərə isə hər il yardım göstərir". TOHGMİB sədri vurğuladı ki, Azərbaycanın iqtisadi-siyasi, geopolitik cəhətdən yüksəlişi, Silahlı Qüvvələrimizin güclənməsi işğalçı Ermənistanı və onun himayədarı Rusiyanı, eləcə də erməni lobbisinin təsir dairəsində olan beynəlxalq təşkilatları ciddi şəkildə narahat edir. Ona görə də Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün hərbi yola əl atacağı barədə informasiyalar, məqalələr xarici mətbuatda əksini tapır. Bu ermənilərin təlaşının bir sübutudur. Eyni zamanda, Dağlıq Qarabağ danışıqlarının dalana dirənməsində xüsusi rolu olan Rusiya təxribat xarakterli informasiyalar yaymaqla Ermənistana külli miqdarda silah və hərbi texnika verməsi üçün özü üçün "əsaslar" yaradır. Onu da qeyd edək ki, qlobal iqtisadi böhranın get-gedə daha çox çökdürdüyü Rusiya forpost Ermənistanı Azərbaycanın təzyiqlərindən qorumaq üçün onu təpədən-dırnağadək silahlandırmaqdan başqa yol görmür. Qarabağ münaqişəsinin müəllifi olan Kreml Ermənistanı silahlandırmaqla faktiki olaraq, aparılan danışıqları növbəti dəfə əngəlləmək niyyətindədir. Bununla da işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyini stumullaşdırmağa çalışır: "Azərbaycan Silahlı Qüvvələri bircə dəfə atəşkəsi pozacaq. Bu da onun qanuni, hüquqi haqqıdır və hərbi əməliyyatlara başlayıb, torpaqlarını işğaldan azad edəcək. Bizə belə atəşkəs pozmaq lazım deyil. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etməyə mənəvi-psixoloji cəhətdən də hazırdır. Erməni ordusunda isa çaxnaşma var. Belə bir durumda Azərbaycanın torpaqlarını azad etmək üçün hərəkətə keçəcəyini düşünən və təlaşlanan Rusiya Ermənistana dəstək olmağa çalışır, ona silah və sursat ötürür. Bir sözlə, "silah-sursat bağışlama" əməliyyatı göstərdi ki, işğalçı Ermənistanın arxasında duran qüvvə Azərbaycanın, Silahlı Qüvvələrimizin güclənməsindən ciddi şəkildə narahatdır".
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Ərdəbildə üç məhbus edam edildi
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir