Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına
ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib
Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib
İranda Trampın başına qoyulan mükafata bu qədər pul yığıldı
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
NATO istənilən İran təhdidinə qarşı tədbir görməyə hazırdır
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
Türkiyə gündəmi neçə vaxtdır dalğa-dalğa həyata keçirilən “Ergenekon” həbsləri ilə məşğuldur. Aralarında ordu generalları, PKK-ya qarşı mübarizəyə rəhbərlik edən nüfuzlu zabitlər də olmaqla çoxlu sayda tanınmış insan həbsdədir. Neçə vaxtdır Azərbaycanda da yaxından izlənən bu proseslərlə bağlı Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədr müavini, millət vəkili, Azərbaycanda çoxlarının tanıdığı Atilla Kaya ilə telefon vasitəsilə söhbətləşdik. - Atilla bəy, iki ilə yaxındır Türkiyə gündəmini məşğul edən “Ergenekon” işi ilə bağlı MHP-nin yanaşması necədir? Sizin partiya baş verənləri necə qiymətləndirir və bu prosesin sonunu necə görür? - Türkiyənin hüquq sisteminin prinsipi belədir ki, əgər hər hansı iddia ilə bağlı qanuni proses başlayıbsa və iş məhkəməyə çıxıbsa o zaman bununla bağlı hər hansı şərh vermək, qiymətləndirmələr aparmaq qanunlara ziddir. Yekunda qərarı türk məhkəmələri verməli və hər kəs də bu qərara hörmətlə yanaşmalıdır. “Ergenekon” işi ilə bağlı da bu cür olmalıydı. Lakin olmadı. Bir halda ki, ölkənin baş naziri bu davanın prokuroru olduğunu ictimaiyyət qarşısında deyir, o zaman qanuni prosesə hansı hörmətdən danışmaq olar? Baş nazir bunu edirsə, deməli prosesə müdaxilə edir və qanun pozulur. Digər tərəfdən, bu hadisələr Türkiyə cəmiyyətində ciddi parçalanmalara, qütbləşmələrə də yol açdı. Belə görüntü var ki, bütün bu proses sanki AKP-yə müxalif olanların zərərsizləşdirilməsi məqsədini daşıyır. MHP-nin mövqeyinə görə, əgər keçmişdə və ya indidə dövlətə xidmət edən, vəzifələr tutan şəxslərin əməllərində hansısa qanunsuzluqlar olubsa bunun üzərinə gedilməlidir. Hər kəs qanun qarşısında bərabərdir və etdiyi əmələ görə cavab verməlidir. Bir şərtlə ki, yuxarıda dediyim kimi, qanuni prosesə müdaxilə edilməsin və məhkəməyə təzyiq olmasın. MHP olaraq biz Türkiyədə iqtidarların hər hansı qeyri-demokratik, zorakı yollarla dəyişdirilməsinə qarşıyıq və inanırıq ki, iqtidarlar millətin səsləri ilə hakimiyyət başına gəlməli, millətin səsləri ilə də getməlidir. - Sizin də dediyiniz kimi belə fikirlər formalaşır ki, bütün bu həbslər, müxtəlif yönlü kampaniya sanki AKP-yə müxalifətdə olanları zərərsizləşdirmək, Atatürk cümhuriyyətinin təməl prinsiplərini müdafiə edənləri zəiflətmək məqsədi daşıyır. Saxlanılanların siyahısına nəzər salsaq orada vaxtilə PKK terroruna qarşı ciddi mübarizə aparmış nüfuzlu şəxsləri, habelə cümhuriyyət prinsiplərinin müdafiəçilərini, atatürkçüləri görmək olar. Bütün bunlar Atatürk cümhuriyyətinə təhlükə yaratmırmı? - Əlbəttə, belə təhlükə var. Hətta deyərdim ki, bu təhlükə çox böyükdür. Türkiyə öz tarixi boyu heç vaxt indiki kimi açıq və böyük təhlükə qarşısında qalmamışdı. Bu təhlükə içəridən və xaricdən qaynaqlanır. Ölkədə heç vaxt mümkün görünməyən hadisələr baş verir. Türkiyə Cümhuriyyəti tarixinin ən çətin dönəmini keçirməkdədir. Elə vəziyyət yaranıb ki, özünü “ziyalı” kimi təqdim edən bir qrup qalxıb ermənilərdən üzr istəmək üçün kampaniya başladır. O biri tərəfdən PKK-nın siyasi uzantısı olan partiyadan seçilən bələdiyyə başqanları açıq-aşkar Türkiyə Cümhuriyyətinin bölünməz bütövlüyünə yönələn təhdidlər səsləndirir, “Kürdüstan”dan bəhs edir. Təbii ki, bütün bunların baş verməsində ölkədə iş başında olan AKP iqtidarının təslimçi siyasətinin rolu var. Cümhuriyyəti sarsıtmağa çalışanlar bu siyasətdən ruhlanır, şirniklənir. “Ergenekon” işi ilə bağlı baş verənlər isə ciddi şübhələrə yol açmaqdadır. Gəlin baxaq, bir çox nüfuzlu insanlar şübhəli adı altında, alçaldıcı formada prokurorun əmri ilə yaxalanır, ancaq iki gün sonra elə həmin prokurorun əmri ilə buraxılır. Sual yaranır: əgər bu şəxslərin haqqında ciddi dəlil varsa o zaman nədən buraxılır? Təhlükə yox idisə nədən o cür alçaldıcı formada, cinayətkar və terrorçu kimi yaxalanırdılar? Bəlkə məqsəd onları ictimaiyyətin gözündə aşağılamaq idi? Bu suallara cavab verilməlidir. - Bir çox yerli və xarici təhlilçilərə görə Atatürk Cümhuriyyətinin qoruyucusu olaraq bilinən Silahlı Qüvvələr heç vaxt olmamış kimi nüfuzdan salınır və zəiflədilir. Ona görə də hesab edilir ki, ordu proseslərin bu cür davam etməsinə dözməz və müdaxilə edər, hətta çevriliş həyat keçirər. Bu mümkündürmü və ümumiyyətlə siz baş verənlərə ordunun yanaşmasını necə qiymətləndirirsiniz? - Türkiyə yalnız 1950-ci illərdə çoxpartiyalı demokratik sistemə keçib. 60-cı, 70-ci, 80-ci illərdə ordu çevriliş həyata keçirib, 28 fevral mərhələsi deyilən proses yaşanıb. Amma sübut olundu ki, bu müdaxilələrin heç bir xeyri olmayıb. Çevrilişlər Türkiyəni daha da geriyə salıb. Ona görə də iqtidarların demokratik yolla dəyişməsi ən düzgün yoldur. MHP olaraq biz hər zaman antidemokratik yollara qarşı çıxmışıq və bu gün də həmin mövqedəyik. O ki, qaldı ordunun nüfuzdan salınması kampaniyasına, Silahlı Qüvvələr bu gün Türkiyədə ən çox etibar edilən qurumdur. Bunu ictimai rəy sorğuları da sübut edir. Hər bir dövlət qurumunun, o cümlədən ordunun içərisindən bir sıra qanunsuz əməllərə yol vermiş şəxslər çıxa bilər. Ancaq belələrinin əməllərinə görə bütöv bir qurumun nüfuzdan salınması düzgün deyil. Yəni bu gün keçmişdə və ya indidə Silahlı Qüvvələrdə xidmət edərkən kimlərsə hansısa əməllərə yol veribsə, bunlar bütövükdə orduya aid edilə bilməz. - “Ergenekon” işi ilə bağlı Türkiyənin bəzi media orqanlarında yer alan iddialarda son vaxtlar tez-tez Azərbaycanın da adı çəkilir. İddia edilir ki, bu təşkilatın bir qolu da Azərbaycanda olub. Siz Azərbaycanı kifayət qədər tanıyan biri kimi bu iddialarla bağlı nə deyərdiniz? - Əvvəlcə gəlin baxaq görək “Ergenekon” adında bir qurum varmı və ya olubmu? Şəxsən mənim buna şübhəm var. Əlbəttə ki, bütün iddialara məhkəmə cavab verməlidir. Azərbaycana gəldikdə isə mən bu ölkəni tanıyan biri kimi səslənən iddialara inanmıram. Bir daha deyirəm ki, bu istintaqa inamı azaldan işlər baş verir, mətbuatda davamlı olaraq saysız-hesabsız iddialar yer alır, şübhəli hesab edilən şəxs yaxalanıb istintaqa ifadə verir, cəmi bir neçə saat sonra onun ifadələrinin tam mətni bəlli media qurumlarına ötürülür. Bu isə sanki kimlərinsə istintaqı bəlli hədəfə yönləndirməyə çalışdığını göstərir. İnanıram ki, sonda Türkiyə məhkəməsi öz sözünü deyəcək və kimin günahkar olduğu, kimin olmadığı üzə çıxacaq. Fərhad MƏMMƏDOV musavat
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Ərdəbildə üç məhbus edam edildi
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir