Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
Ermənistanda vəziyyət yenidən gərginləşməyə başlayıb. Belə ki, bu düşmən dövlətdə cərəyan edən ölkədaxili siyasi proseslərin növbəti dəfə intensivləşməyə başladığı müşahidə edilməkdədir. Hər halda, Ermənistanda siyasi qüvvələr arasında qarşıdurmanın yüksələn xətt üzrə inkişaf etməkdə olduğu açıq-aşkar nəzərə çarpır. Ona görə də, bu düşmən dövlətdə hər an siyasi toqquşmaların baş verə biləcəyi qətiyyən istisna deyil. Bu baxımdan, Ermənistanda yaranmış ölkədaxili vəziyyətlə bağlı ziddiyyətli mülahizələrin ortaya çıxması o qədər də təəccüblü görünmür. Onu da qeyd etmək lazımdır ki, Ermənistanda əslində, siyasi böhran hökm sürür. Düzdür, rəsmi İrəvan bu siyasi böhranı hələlik nəzarətdə saxlaya bilir. Ancaq bununla belə, bu cür davam edəcəyi təqdirdə, siyasi böhranın ümumiyyətlə, nəzarətdən çıxaraq təhlükəli səviyyəyə qədər dərinləşə biləcəyi qətiyyən istisna deyil. Bu isə, o deməkdir ki, Ermənistanı yaxın gələcək üçün kifayət qədər ciddi ölkədaxili kataklizmlər gözləyir. Məsələ ondadır ki, Ermənistan üçün hazırda bir neçə önəmli problem mövcuddur. Həmin problemlərin sırasında Ermənistanın maliyyə-iqtisadi vəziyyəti xüsusilə ciddi xarakter daşıyır. Ən azından ona görə ki, Ermənistan iqtisadi cəhətdən zəif dövlətlərin sırasına daxildir. Hətta Ermənistanı iqtisadiyyatı inkişafdan dayanmış dövlət də hesab etmək mümkündür. Bəzi mülahizələrə görəsə, Ermənistan iqtisadiyyatı hazırda çöküş mərhələsini yaşayır. Və yaxın vaxtlarda bu düşmən dövlət dərin iqtisadi böhranın girdabına düşə bilər. Bu baxımdan, Ermənistanın gələcək taleyinin ciddi təhlükələr qarşısında olduğu da qətiyyən şübhə doğurmur. Təbii ki, iqtisadiyyatı çökmə mərhələsində olan dövlətin maliyyə vəziyyəti barədə danışmaq da bir qədər çətindir. Ən azından ona görə ki, yerli iqtisadiyyat dağılma həddinə çatıbsa, deməli, belə dövlətin daxili maliyyə gəlirləri də əhəmiyyətli göstəricilərə sahib ola bilməz. Çünki həmin maliyyə gəlirlərini təmin edə biləcək iqtisadi mənbələr mövcud deyil. Buna Ermənistanın dövlət büdcəsinin formalaşdırılmasında xüsusi rol oynayan faktorları nəzərə almaqla da tam şəkildə əmin olmaq mümkündür. Hər halda, Ermənistanın dövlət büdcəsinin formalaşdırılmasında xarici faktorların həlledici rol oynaması hər kəsə məlum olan inkaredilməz reallıqdır. Ən azından ona görə ki, rəsmi İrəvan Ermənistanın dövlət büdcəsini formalaşdırmaq üçün ilk növbədə bu düşmən dövləti himayə edən bəzi ermənipərəst dövlətlərin əvəzsiz maliyyə yardımlarından yararlandığını gizlətməkdə açıq-aşkar çətinlik çəkir. Eyni zamanda, xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporunun könüllü ianələri də Ermənistanın dövlət büdcəsinin mövcudluğunu hələlik təmin edən əsas maliyyə mənbələrindən sayılır. Onu da qeyd edək ki, burada "hələlik" sözü boşuna işlədilməyib. Belə ki, yaxın illərdə Ermənistanın öz dövlət büdcəsini formalaşdırmaq üçün xarici dövlətlərdən və erməni diasporundan maliyyə yardımları alması o qədər də asan olmayacaq. Hər halda, qlobal maliyyə böhranının rəsmi İrəvanın böyük ümidlər bəslədiyi bu gəlir mənbələrinə təsirsiz ötüşməyəcəyi o qədər də ciddi şübhə doğurmur. Ən azından ona görə ki, qlobal maliyyə böhranı həm bəzi ermənipərəst dövlətlərin, həm də erməni diasporunun Ermənistana əvvəlki kimi səxavətlə maliyyə yardımı göstərmək imkanlarını ciddi şəkildə məhdudlaşdırmağa başlayıb. Çünki indi həmin dövlətlər və erməni diasporu da kifayət qədər iriməbləğli maliyyə itkilərinə məruz qalmaqdadır. Hətta hazırda həmin ermənipərəst dövlətlərin özlərinin də maliyyə yardımlarına ehtiyacı olduğu qətiyyən diqqətdən yayınmır. Yəni indi həmin dövlətlər öz problemləriylə uğraşmaq məcburiyyətində qalıblar. Və Ermənistan bu dövlətlər üçün heç də əsas narahatlıq mənbəyi rolunu oynamır. Bütün bunlar onu göstərir ki, Sarkisyan hakimiyyəti üçün "qara günlər" hələ qarşıdadır. Belə ki, rəsmi İrəvan yaxın illərdə Ermənistanın maliyyə-iqtisadi problemlərini daha çox Ermənistanın daxili imkanları hesabına nizamlamaq məcburiyyətində qala bilər. Halbuki Ermənistanın daxili imkanları bunun üçün qətiyyən əlverişli deyil. Hətta Ermənistanın belə imkanlarının olmadığını da iddia etmək üçün müəyyən əsaslar mövcuddur. Təbii ki, belə situasiyada rəsmi İrəvanın ölkədaxili təzyiqlərlə üzləşmək məcburiyyətində qala biləcəyi də qətiyyən şübhə doğurmur. Hər halda, maliyyə çatışmazlığının istər-istəməz Ermənistanda yerli əhalinin sosial vəziyyətinin daha da ağırlaşmasına yol açacağını sübut etməyə belə, ciddi ehtiyac yoxdur. Çünki yerli əhalinin sosial-iqtisadi vəziyyəti onsuz da ağırdır. Və bundan sonra daha da ağırlaşaraq dözülməz həddə çata biləcəyi qətiyyən istisna olunmur. Bu isə, o deməkdir ki, Sarkisyan hakimiyyətinə qarşı daha sərt kütləvi etiraz dalğasının baş qaldıra biləcəyi təhlükəli siyasi dövr əslində, o qədər də uzaqda deyil. Maraqlıdır ki, həmin təhlükəli siyasi dövrün ilkin əlamətləri artıq özünü biruzə verməyə başlayıb. Belə ki, erməni müxalifətinin yenidən fəallaşmağa başladığı müşahidə edilməkdədir. Son məlumatlara görə, erməni müxalifəti Sarkisyan hakimiyyətinə qarşı sərt ittihamlar irəli sürməkdədir. Eyni zamanda, həmin ittihamların hədələyici xəbərdarlıq məzmunu daşıdığı da açıq-aşkar nəzərə çarpır. Məsələ ondadır ki, erməni müxalifətinin lideri Levon Ter-Petrosyan Sarkisyan hakimiyyətini Ermənistanın sərvətlərini talan etməkdə suçlayır. L.Ter-Petrosyan hesab edir ki, indi Sarkisyan hakimiyyəti daxilində sərvət uğrunda mübarizə başlayıb. Müxtəlif klanlar arasında ciddi qarşıdurma yaşanmaqdadır. Onu da qeyd edək ki, bir müddət öncə keçmiş prezident Robert Köçəryana yaxın olan bəzi oliqarxların müflis edilməsi barədə müəyyən xəbərlərin yayılması da bunu təsdiqləyir. Hər halda, eks-prezident R.Köçəryanın Ermənistanın hakim klanına daxil olduğu qətiyyən şübhə doğurmur. Bu isə, o deməkdir ki, Ermənistanın indiki və keçmiş prezidentləri arasında müəyyən ziddiyyətlərin, hətta qarşıdurmanın mövcudluğu barədə danışmaq o qədər də yersiz görünməməlidir. Göründüyü kimi, Ermənistanda vəziyyət kifayət qədər qəlizdir. Üstəlik, erməni müxalifəti bu vəziyyətdən yararlanmaq niyyətində olduğunu da qətiyyən gizlətmir. Hər halda, erməni müxalifətinin lideri L.Ter-Petrosyanın Sarkisyan hakimiyyətinin 2009-cu ilin sonuna qədər devrilə biləcəyinə eyham vurması kifayət qədər sərt xəbərdarlıq mesajıdır. Çünki L.Ter-Petrosyan Sarkisyan hakimiyyəti dəyişdirilməyəcəyi təqdirdə, ümumiyyətlə, Ermənistan dövlətçiliyinin məhv olma təhlükəsi qarşısında qalacağını vurğulayır. Bu isə, o deməkdir ki, yaxın aylarda Ermənistan həddindən artıq sərt siyasi qarşıdurma məkanına çevarilə bilər.Elçin XALİDBƏYLİ
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio