Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
Bu il İran İslam Respublikasında keçiriləcək prezident seçkisində daha bir azərbaycanlının namizədliyi irəli sürülə bilər. Söhbət İranın keçmiş baş naziri Mirhüseyn Musəvidən gedir. Bu barədə “Media forum” saytı xəbər verib. Məlumata görə, yanvarın 12-də İranın İlam əyalətinə səfər edən keçmiş prezident Məhəmməd Xatəmi əhali qarşısında çıxış edərkən deyib ki, qarşıdakı prezident seçkisində iki nəfərdən birinin - ya özünün, ya da digər islahatçı Mirhüseyn Musəvinin namizədliyi hökmən irəli sürüləcək. “Mən üzümü bütün islahatçılara və islahatçı olmayan, lakin ölkənin hazırkı durumunda dəyişiklik edilməsini arzulayan şəxslərə tutaraq, ölkə prezidentliyinə namizədliyini irəli sürəcək başqa adamlara hörmətimi izhar edərək bildirirəm ki, Allahın köməyilə ya mən, ya da Musəvi prezidentliyə namizəd olacağıq” - deyə, Xatəmi bildirib. Mirhüseyn Musəvi 1941-ci ildə İranın Şərqi Azərbaycan vilayətinin Xamnə şəhərində doğulub. O, İran İslam Respublikasının beşinci, eyni zamanda sonuncu baş naziridir. 1969-cu ildə İran Milli Universitetini (hazırkı şəhid Beheşti Universiteti) bitirərək memarlıq ixtisasına yiyələnib. İslam inqilabından sonra bir müddət Ali Mədəni İnqilab Şurasının üzvü olub. 1981-1989-cu illərdə, İranın hazırkı dini rəhbəri ayətullah Xamneyinin prezidentliyi dövründə baş nazir vəzifəsində işləyib. 1989-cu ildə dini rəhbər ayətullah Xomeyni vəfat edəndən sonra ölkə konstitusiyasında dəyişiklik edilib və baş nazir postu ləğv olunub. Nəticədə M.Musəvi hökumət vəzifələrindən uzaqlaşaraq fəaliyyətini əsasən Tehran İncəsənət Akademiyasında davam etdirib. Hazırda bu akademiyanın rəhbəridir. İngilis və ərəb dillərini mükəmməl bilir. Xatırladaq ki, ötən ilin 16 oktyabrında təbrizli keçmiş deputat, Azərbaycan türkü Əkbər Ələmi də prezidentliyə namizədliyini irəli sürəcəyini bəyan edib. Ə.Ələminin iqtisadiyyat, beynəlxalq iqtisadi əlaqələr və hüquq ixtisasları üzrə ali təhsili var. Siyasətə 1979-cu il islam inqilabından əvvəl qoşulub. İnqilabdan sonra İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) Tehran bölməsində mədəniyyət və siyasət işləri üzrə məsul olub. Tehran aeroportunun mühafizə xidmətinə başçılıq edib. 33 ay hökumət tərəfdarı olan könüllülər dəstəsinin - “Bəsic”in üzvü kimi İran-İraq müharibəsində vuruşub. Cəbhədə bir neçə dəfə yaralanıb. Ələminin bir qardaşı isə İran-İraq savaşında şəhid olub. Daxili İşlər Nazirliyində bir neçə idarədə rəis müavini olub. 8 il jurnalist kimi fəaliyyət göstərib. İki dəfə İran parlamentinin deputatı seçilib. Əlavə edək ki, 2004-cü ildən İran prezidenti postunu tutan Mahmud Əhmədinejadın səlahiyyət müddəti bu ilin yayında bitəcək. İranda prezident seçkisi iyunun 12-də keçiriləcək. 40 milyona yaxın Azərbaycan türkünün yaşadığı İranda azərbaycanlının prezident olması ehtimalı nəzəri cəhətdən mümkün görünür. Ona görə də bunun mümkün olub-olmadığını araşdırdıq. Sabiq dövlət müşaviri Vəfa Quluzadə azərbaycanlının İranda prezident seçilməsinə inanmadığını bildirdi: “Çünki farslar heç vaxt imkan verməz ki, azərbaycanlı prezident olsun. İkincisi, əgər azərbaycanlı prezident seçilsə, elə prezident olacaq ki, Azərbaycan türklərinə qarşı farslardan da sərt münasibət bəsləyəcək. Məsələn, İranın dini rəhbəri Xameneyinin azərbaycanlı olduğu deyilir. Ancaq onun azərbaycanlılara nə xeyri dəyib? İranda dini dövlət sistemidir. Hakimiyyətə gələn şəxs həmin dini dövləti təmsil edəcək adam olacaq və İranın prioritetlərindən heç vaxt kənara çıxa bilməyəcək”. GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlı bildirdi ki, əgər Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın dəstəklədiyi şəxs prezidentliyə namizəd olsa, onun seçilməsi şansı böyükdür: “Ancaq Azərbaycan türkü prezident seçilsə də, onun bizə bir xeyrinin dəyəcəyini zənn etmirəm. Necə ki, İranın dini rəhbəri Seyid Əli Xameneyi türk olsa da, bu günədək hələ ki azərbaycanlılar üçün heç bir iş görməyib. ”Sepah" könüllü qüvvələri məhz ona tabedir. Milli hərəkatçıları ən çox sıxışdıran da elə “Sepah”çılardır". Bəs güneyli həmvətənimiz prezidentliyə namizəd kimi adı hallanan soydaşlarımızdan hansını azərbaycanlılara daha yaxın sayır? A.Qaradağlı: “Əkbər Ələmidən fərqli olaraq Musəvinin prezident seçilməyə daha çox şansı var. Əgər Ələmini deputat seçilməyə imkan vermədilərsə, deməli, heç prezident olmağa da qoymazlar. Məncə, məhz Musəvi daha yaxşı namizəddir, nəinki Ələmi”. İran hakimiyyətində təmsil olunan azərbaycanlıların kimliyi də maraqlı məsələdir. A.Qaradağlının sözlərinə görə, Cənubi Azərbaycan şəhərlərinə rəhbərlik edən məmurların demək olar ki, hamısı türkdür. Həmçinin Şərqi, Qərbi Azərbaycan, eyni zamanda Ərdəbil vilayət başçıları da türklərdən ibarətdir: “Nazirlər arasında da azərbaycanlılar var. Lakin onlar azərbaycanlılar, yoxsa İran hakimiyyəti arasında seçim qarşısında qalanda ikinciyə üstünlük verirlər”. Cavid TURAN musavat
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio