Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
Cənubi Qafqazdakı forpostunu silahlandıran Kreml Xəzər və Orta Asiya qazının Köhnə Dünyaya yolunu kəsmək niyyətindədir Təxminən iki il əvvəl Gürcüstandakı rus bazaları sürətlə çıxarılanda ATƏT-in 1999-cu ildə keçirilən İstanbul sammitinin qərarlarının axır ki, yerinə yetirildiyini düşünürdük. Amma "dalağımız sancmışdı" ki, "sən saydığını say, gör fələk nə sayır". Çünki oxşar hadisə 1993-cü ilin iyunun 4-də Azərbaycanın başına gəlmişdi. Həmin ilin may ayında ölkəmizdəki hərbi bazalarını çıxaran Rusiya iyun qiyamını həyata keçirmiş, ermənilərinin adıyla Azərbaycan torpaqlarının işğalını genişləndirmişdi. İki il əvvəl isə "bir gülləylə iki doşan vuran" Kreml həm Gürcüstanın işğalına hazırlaşıb, həm də bazalarını Ermənistana köçürərək forpostunu silahlandırıb. Amma heç kəs inana bilmirdi ki, onsuz da faktiki olaraq separatçı Abxaziya və Cənubi Osetiyanı işğal altında saxlayan Rusiya Federasiyası yenidən Gürcüstana qarşı hərbi təcavüzə əl atar. Bayram Nəticədə isə Cənubi Qafqazda nəhəng iqtisadi-siyasi maraqları olan Qərbin əsəbləriylə oynamaq fikrinə düşər, hərbi gücünü nümayiş etdirməyə çalışar. Maraqlıdır ki, bəziləri avqustun 8-də Xənubi Osetiyada baş verən hərbi əməliyyatlara görə Mixail Saakaşvili hökumətini günahlandırırdı, hətta onun Birləşmiş Ştatların təhrikilə separatçı Cənubi Osetiyaya hücum etdiyini düşünənlər var idi. Həmin günlərdə faktiki olaraq Rusiyanın hücumunu qabaqlamaq istədiklərini deyən Mixail Saakaşvili isə belə düşünənlərə hələ bir il əvvəldən Rusiyanın separatçı bölgəyə silah-sursat yığdığını, qoşun gətirdiyini xatırladıb. Qeyd edək ki, avqust olaylarına qədər Rusiyanın hərbi dəmir yol qüvvələrinin Abxaziya və Cənubi Osetiyada fəaliyyət göstərməsi iki ölkə arasında ziddiyyətlərə yol açmışdı. Bundan başqa, rus qırıcılarının Gürcüstanın hava sərhədlərini pozması halları intensivləşmişdi. Yuxarıda sadaladığımız faktlar Rusiyanın yeni bir işğala başlayacağından xəbər verirdi. *** İndi də növbəti dəfə Rusiyanın Ermənistana 69 adda, ümumi məbləği 800 milyon dollar dəyərində olan silah-sursat, hərbi texnika verməsi məlum olub (Sanki indiyədək forpostuna verdiyi silah az imiş). Silah və texnika Gümrüdəki 102 saylı bazanın silahlanma üzrə rəisi, Şimali Qafqaz Hərbi Dairəsi komandanının silahlanma üzrə müavini, general-leytenant Vyaçeslav Qolovçenkonun imzasıyla Ermənistana verilib. Silah-sursat və texnikanın siyahısında yüngül atıcı silahlardan, T-72 tanklarından, ZTR-lərdən tutmuş "Qrad" qurğularının, "Akasiya", "Qaubitsa" qaubitsalarının, "Rapira" toplarının, "Kub" raketlərinin adı var. Srağagün yayılan məlumatda isə Rusiya Müdafiə Nazirliyinin Ermənistana S-125 və "Peçora-2M" zenit-raket kompleksi verəcəyi xəbər verilib. Göründüyü kimi, adları çəkilən silah-sursat və hərbi texnikanın təyinatı Ermənistanın adı ilə Rusiyanın Cənubi Qafqazda "yaxın və uzaq mənzilli müharibəyə" hazırlaşdığını deməyə əsas verir. Əgər Rusiyanın daim Cənubi Qafqazda həyata keçirilən qlobal iqtisadi layihələrin əleyhinə çıxdığını nəzərə alsaq, Moskvanın sifarişiylə Ermənistanın indi də hər hansı təxribata əl atmasını istisna etmək mümkün deyil. Məncə, avqust olaylarından əvvəl Gürcüstanın hava sərhədini pozub rəsmi Tiflisin əsəblərini və sayıqlığını yoxlamağa çalışan Rusiya ermənilərin əliylə atəşkəsi tez-tez pozmaqla Azərbaycan Silahlı Qüvvələrinin dayanıqlığını yoxlayır. Xatırladaq ki, 1997-ci ildə Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Lev Roxlin Ermənistana bir milyard dollar silah-sursat və texnika bağışlanması faktlarını üzə çıxarıb, həmin iş üzrə cinayət işi qaldırılıb. Həmin faktlar açıqlanandan bir müddət sonra ictimai rəydə Lev Roxlinin öldürülməsində məhz ermənilərin əlinin olması haqqında fikir yaranmışdı. Fikrimizcə, həmin vaxt Ermənistana silah bağşlanması faktının üzə çıxmasına imkan verən Kreml buna Azərbaycana təzyiq, hədə, qorxutmaq vasitəsi kimi baxırdı. Amma 1997-ci ildən 2003-cü ilədək rəsmi Bakı Rusiyanın Ermənistana 1 milyard dollarlıq silah və texnika verməsini faktından Moskvaya təzyiq vasitəsi kimi yararlana bildi. Yalnız 2003-cü ildə Bakıya səfərə gələn RF-nın müdafiə naziri Sergey İvanov 1 milyardlıq silahla bağlı işin "cinayət tərkibi olmadığından qapadıldığını" açıqlamışdı. Ümumiyyətlə, Rusiyanın Ermənistanda silah verməsi haqqında danışmağın özü belə qəribə səslənir. Axı Qarabağ münaqişəsinin müəllifi elə Rusiya özüdür. Azərbaycanın 20 faiz torpaqlarını erməni adıyla rus ordusu işğal edib. Bir sözlə, Azərbaycan həm insan, həm iqtisadi-mənəvi gücünə görə özündən xeyli zəif Ermənistanın işğalıyla deyil, özündən qat-qat güclü, dunyanın bir qütbü olmağa iddialı, nüvə silahına malik Rusiyanın təcavüzünə məruz qalıb. *** Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah verməsi, üstəlik, S-125, "Peçora" zenit-raket kompleksləri bağışlaması haqqında xəbərlərin yayılmasında Moskvanın özünün maraqlı olmasını düşünmək mümkündür. 1997-ci ildə olduğu kimi Kreml yenə də rəsmi Bakıya təzyiq etmək, hədələmək fikrinə düşüb. Srağagün bildirildi ki, Azərbaycan Xarici İşlər Nazirliyi RF səfiri Vasili İstratovu dəvət edərək məsələyə aydınlıq gətirilməsini istəyib. RF-nın müxtəlif mənbələri Azərbaycan mediasına Ermənistana silah verilməsini təsdiqləyir, erməni mediasına isə elə söz demədiklərini bildirirlər. Düşünürük ki, rəsmi Bakı, Azərbaycanın siyasi dairələri Rusiyanın qorxutmaq məqsədiylə "Ermənistana silah verilməsi" oyununu 1997-ci ildə olduğu kimi öz əleyhinə çevrilməsinə çalışmalıdır. Guya Rusiyanın daim Ermənistana silah, hərbi texnika verməsi aydın deyil? Nə oldu ki, bu məlumatlar indi ortaya çıxdı. Yuxarıda qeyd etdiyimiz kimi Rusiyanın Ermənistanın adı ilə Azərbaycana qarşı təxribata, təcavüzə əl atması ehtimalı həmişə gündəlikdədir. Amma "Ermənistana 800 milyon dollarlıq silah verilməsi"nın medianın gündəminə gəlməsində Moskvanın rəsmi Bakıya təzyiq göstərməsi niyyətilə bağlı olması da tam inkar edilə bilməz. Bəs səbəb nədir? Rusiya niyə məhz indi Azərbaycanı qorxutmaq, hədələmək niyyətinə düşüb. Axı rəsmi Tiflisdən fərqli olaraq, rəsmi Bakının yürütdüyü balans siyasəti Rusiyanın əsəblərinə o qədər də toxunmur, onu qıcıqlandırmır? *** Ən mühüm məsələlərdən biri budur ki, ötən ilin payızında Rusiya, Ermənistan, Azərbaycan prezidentlərinin Moskva bəyannaməsini imzalamasıyla Kreml Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini təmamilə öz nəzarətinə götürmək istədi. Amma ABŞ-ın yeni adminstrasiyasının fəaliyyətə başlamasıyla Qərbin yenidən Qarabağ danışıqlarında aktivləşməsi qaçılmazdır. Ermənistana 800 milyon dollar silah verdiyini gündəmə gətirən (prosesləri qabaqlamaq istəyən) Moskva Cənubi Qafqazda şərtləri diqtə edən həmsədr olduğunu göstərməyə çalışır. Üstəlik, Moskva və Kiyev arasında bir anın içində pik nöqtəsinə çatan "qaz müharibəsi" avtoritar Putin-Medvedyev cütlüyünün nə qədər etibarsız tərəfdaş olduğunu bir daha sübuta yetirdi. Dünyada enerji daşıyıcılarının qiymətinin ucuzlaşmasının tezliklə təbii qazın qiymətinin aşağı düşməsinə gətirib çıxaracağı birmənalıdır. Qışın ortasında Ukrayna ilə "qaz davasını" şiddətləndirən Moskva yenə də Avropa dövlətlərini çətin vəziyyətdə qoydu. Rusiyanın satdığı qazdan asılı olan (az və çox) Avropa dövlətləri isə "Qazprom"un qarşısında qazın qiymətinin ucuzlaşdırılması tələbini qaldıra bilmirlər, ehtiyatlanırlar. Yeri gəlmişkən, Ukrayna prezidentinin enerji təhlükəsizliyi üzrə nümayəndəsi Boqdan Sokolovski bildirib ki, Rusiyanın Avropatakı istehlakçıların ehtiyaclarını ödəmək üçün kifayət qədər təbii qaz ehtiyatları yoxdur. Ona görə də Ukraynanı 75 milyon kubmetr "qaz oğurluğunda" günahlandırır, yaranmış problemin həllini uzadır. Əgər Boqdan Sokolovskinin sözlərini nəzərə alsaq, avropalı istehlakçıların tələbatını ödəyə bilməyən "Qazprom"un Orta Asiya və Azərbaycan qazına nə qədər ehtiyacı olduğunu başa düşmək mümkündür. Yalnız tranzitə görə milyonlarladollar qazanan Putin-Medvedyev oliqarxiyası qazanclarını əldən buraxmaq istəmir. Yəqin ki, təsadüfi deyil ki, rus politoloqu Aleksey Vlasov Rusiya və Ukrayna arasında qaz böhranından Azərbaycanın qazandığını söyləyir. *** Alman qəzetləri isə bildirirlər ki, Ukrayna ilə "qaz müharibəsinə" başlayan Vladimir Putin Avropaya Baltik dənizinin altıyla qaz nəqlini nəzərdə tutan "Şimal axını" layihəsinə marağı artırmağa çalışır. Artıq bu layihənin qiyməti 7,5 milyarda çatdığından Rusiya avropalı investorların layihədə aktiv iştirakını təmin etmək arzusundadır. Putin ümid edir ki, vəziyyət bir qədər gərginləşsə, "Şimal axını" layihəsinin qarşısında ciddi əngəl olan Baltik dənizinin ekoloji vəziyyəti ikinci dərəcəli məsələyə çevrilər. Amma baş verənlərin Avropanın Xəzər regionuna, Orta Asiyaya, "Nabucco" layihəsinə marağını artırdığını da faktdır. Maraqlıdır ki, rus politoloqları ehtiyatla Astana, Aşqabad və Bakının Moskvanın iradəsinin əleyhinə gedərək Avropaya qaz satmaq, yəni "Trans-Xəzər" layihəsini gerçəkləşdirmək haqqında razılığı yaxın vaxtlarda əldə edə bilməyəcəklərini vurğulayırlar. Əksinə, rusları narahat edən məhz Astana, Aşqabad, Bakının və Daşkəndin öz təbii qazını birbaşa Avropaya satmaq planının reallaşması ehtimalının gündən-günə artmasıdır. Ötən ilin avqust ayında Rusiyanın Gürcüstana hücumu ərəfəsində bir zamanlar rusların yaratdığı (və rusların sifarişiylə) PKK terror təşkilatının Türkiyə ərazisində Bakı-Tiflis-Ceyhan neft kəmərində partlayış törətməsi Moskvanın əsl niyyətinin üzə çıxması idi. Cənubi Qafqazdakı münaqişə ocaqlarının yaradıcısı olan Rusiya bu gün də nəhəng iqtisadi layihələrin həyata keçməsinin qarşısını bölgədəki forpostunu, separatçı rejimləri silahlandırmaqla, münaqişələri yenidən alovlandırmaqla nail olmağa çalışır. Bu dəfə də Ermənistana 1 milyard dollara yaxın silah-sursat, zenit-raket kompleksləri bağışlayan və informasiyanın mətbuata çıxmasında maraqlı olan Moskva həyata keçirilməsi ehtimalı gündən-günə artan "Trans-Xəzər", "Nabucco" kimi layihələrə əngəl olmaq niyyətindədir. Düz 18 il əvvəl, 20 Yanvar faciəsini törədən Kreml indi də hər an, hər cür təxribata əl ata bilər. Hər dəfə öz daxilində vəziyyət kəskinləşəndə rus rəhbərliyi qonşularının üzərinə hücuma keçir ki, imperiyapərəst cəmiyyətinin diqqətini yayındırsın. İndi də qlobal iqtisadi böhran şimal qonşumuzu aclığa düçar etməkdədir. ...Deyilənə görə, qış fəslində aclıqdan mağarasından çölə çıxan ayı həddən artıq təhlükəli olur.
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio