Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
Bu gün Amerikada Azərbaycanın tanıdılması istiqamətində bir cox təşkilatlar fəaliyyət göstərir və belə təşkilatlardan biridə Amerika-Azərbaycan Qadınlar Cəmiyyətidir. Amerikada baş verən siyasi proseslərlə bağlı, Azərbaycan diasporasının fəaliyyəti və bu cəmiyyət haqqında məlumat almaq üçün uzun illərdir Azərbaycanı tanıdılması ilə məşğul olan təşkilatın sədri Gülbəniz Arifqızıya elektron poctu vasitəsi ilə suallarımızı ünvanladıq. -Gülbəniz xanım, neçə ildir Amerikada yaşayırsınız və özünüz haqqında Azərbaycan ictimaiyyətinə məlumat verməyinizi xahiş edərdik? -Bəli, mən 1997-ci ildən Kaliforniyada yaşayıram. Kaliforniyada ilk dəfə Şimali Azərbaycandan AZTV proqramlarını mən hazırlayıb yayınlatmışam. Bu proqrama 1997-ci ildə hardasa 6 milyon tamaşaçı baxırdı. LA-dəki Beynalxalq TV kanalı olan “Canal -18”-də şənbə günü göstərilirdi. Bir necə proqramdan sonra maddi cəhətdən imkan olmadığı ücün proqram dayandı. Lakin sonradan mən öz fəaliyyətimi burda yaşayan azərilər haqqında yazılarla Azərbaycan mətbuatında cıxış etməklə davam etdirdim. Bu gün siz bir çox respublikada nəşr olunan oxunaqlı qəzetlərə nəzər salsanız, 1997-2004 illər arası mənim coxlu yazılarıma rast gələrsiniz. Ancaq sonradan bela qarara gəldim ki, artıq müharibə zamanı gördüklərimi qələmə almaq lazımdır. Ona görədə kitablar yazmaqla məşğul olmağa başladım. 2006-cı ildə “Müharibənin yolları ürəyimdən keçir” və 2008-də isə “Əsirlikdə qalan kəndim” adlı kitablarım çapdan çıxdı. Odur ki, bu müddətdə bir az mətbuatdan uzaqda qalmalı oldum. Həmçinin, yeni kitablar üzərində işləmək istəyirəm, əgər vaxt edə bilsəm. - Siz həmdə Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin sədrisiniz, cəmiyyətiniz nə vaxt yaranıb və indiyə kimi hansı işləri görüb? Cəmiyyətimiz 2008-ci ilin fevral ayından fəaliyyətə başlayıb. Bir necə jurnalistin birləşib yaratdığı bu cəmiyyət hələ ki, geniş fəaliiyət apara bilmir. Səbəbi həmin bacarıqlı qadınlarımızın ailəli və körpələri olmasıdır. Onlar könüllü işləyir. Belə bir qərib ölkədə qadınlarla işləmək cox çətindir, amma maraqlıdır. Çünki onlar elə həvəslə, məsuliyyətlə çalışırlar və onlar cox iş görə bilirlər. Amma maddi imkanımız olmadığı ücün cox çətinliklərlə üzləşirik. Biz artıq internet vasitəsilə ildə 4 dəfə kiçik jurnal hazırlayıb hər yerə göndərmək istəyirik. İlk nömrəmiz kecən ilin sonunda göndərildi, indi 2-ci nömrəmiz hazırlanır, həmçinin saytımızda fəaliyyət göstərir. www.aawausa.org Bizə müraciət edənlər saytımızdakı e-mail adresimizə və ya [email protected]/* */ -la mənə göndərə bilərlər. Saytımıza müxtəlif ixtisaslı xanımların e-maillarini, onların əgər saytları varsa onu yazırıq istənilən qadınlarımız onlarla birbaşa əlaqə saxlaya bilərlər. Və cəmiyyətimiz adından müraciət edərlərsə qiymətlərdə onlara güzəştlər olunacaq. Bizim cəmiyyət siyasi deyildir, amma respublikanın mənafeyi bizim ücün önəmlidir. Bu haqqda müəyyən hadisələrdə buradakı təşkilatlara cəmiyyətimiz adından da məktub göndəririk. -Amerikada yaşayan Azərbaycan qadınları, ümummilli məsələlərdə, diaspor fəaliyyətində fəaldırlarmı və birdə Amerika cəmiyyətinə inteqrasiya oluna bilirlərmi, yoxsa ailə məişət qayğıları əhatələnib bu işlərə vaxt tapa bilmirlər? -Yuxarıda dediyim kimi çox çətindir. Əgər qadınlarımız ailəlidirlərsə onlar ücün fəaliyyət göstərmək çox çətindir. Mənə elə gəlir ki, Azərbaycanda fəaliyyət göstərmək bura nisbətən cox asandır. Mən orda olanda necə qadın təskilatının fəal üzvü olmuşam. 3 qəzetdə və radionun “Ana” və “Ön cəbhəyə doğru” proqramlarında cəbhədən gətirdiyim materialları xalqa çatdırmışam. Eyni zamanda Azərenerji Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəisi olmuşam. İndi düşünürəm ki, bütün bunlara orda eyni vaxtda necə çatdırırdım.Amma burda vaxt azdır. Ən başlıcası da ailəli qadınlarımızın hec bir ailə üzvü yoxdur ki, bir gün ona köməklik etsinlər. Bu cəhətdən çox çətindir. Amma, burada ailəli olmayan gənc qızlarımız var. Bir coxuda fəaldırlar. Onların arasında həkim, vəkil, mühəndis və başqa sahələrdə çalışırlar. Necə deyərlər fəxrimiz olan gənc qızlarımızdır. -Amerikadan Azərbaycana baxış necədir və Amerikalılar ölkəmiz haqqında məlumata malikdirmi? - Bilirsiniz mən bu sualı çox eşidirəm. Bakıda olanda bir cox qəzetlərdə məndən müsahibə götürərkən bu sualları verdi. Amerikada bəzi Azərbaycan təşkilatları Azərbaycanı Amerikada əla tanıtdıqlarını söyləyir. Amerikanın Azərbaycanı tanımasını necə bilmək olar? Onu tanıtmaq uçun təbliğat, televiziya, radio, qəzetlər yayınlanmalıdır. Bu sahədə başqa ştatı bilmirəm, lakin Kaliforniyada vəziyyət cox pisdir. Burdakı diasporanın isə maddi cəhətdən elə gücü yoxdur ki, TV proqramı qoysun. Mən öz cəmiyyətimizi nəzərdə tuturam. Amma ermənilər bütün bu imkanlardan istifadə etdikləri ücün burda hər nüfuza malikdirlər. Odur ki, mənim fikrimcə amerikalılar hələ Azərbaycanı tanımır. Əlbətdəki biznesdə marağı olanlardan başqa. Əgər Amerika küçələrində insanlardan Azərbaycan haradır deyə soruşsan bilməzlər ki, nə haqda danışırsan. Amma eyni sualı ermənilər haqqında soruşsan yəqin ki, 95 faizi bu ölkənin haqqında nəsə eşidiblər. Mən Kaliforniyanı nəzərdə tuturam, bu mənim şəxsi fikirimdir. Bunu istənilən tv kanalında canlı yayımla da yoxlamaq olar. Bəzən mənə deyirlər ki, ermənilərin diasporası bu işləri edir, bəs siz niyə hərəkət etmirsiniz?. Unutmayaq ki, onlar 2-ci ya 3-cu nəsildirlər ki, Amerikada yaşayır və bu ölkənin yaşam tərzini həm qavrayıb, həm də maddi cəhətdən cox gücləniblər. Bizlər isə Amerikaya indi-indi gəlməyə başlayırıq, bu ölkənin adət-ənənəsinə bələd oluruq. Erməni diasporasının pulu var, amma dövlətinin yox, bizdə isə əksinə. Maddi imkanla dünyanın harasına getsən özünü tanıda bilərsən. - Azərbaycan diasporası ilə bağlı sizə sual vermək istərdim. Sizin yaşadığınız şəhərdə nə qədər soydaşımız yaşayır sizin təşkilatdan başqa fəaliyyət göstərən digər cəmiyyətlər varmı? - Bəli burda bir cox cəmiyyətlər var. Amma mən onların icərisində ən başlıca və sağlam təməl üzərində qurulan San Hozedəki “Azərbaycan Ocağı”nın fəaliyyətini xüsusi qeyd edərdim. Orda sözün əsil mənasında əslən coxu Güney Azərbaycan türkləri, Azərbaycansevərlər cəm olunublar. Cəmiyyət var əsil vətənpərvərlik üzərində qurulur, burdakı insanlar yalnız öz vəsaitlərini xərcləyərək bir iş görürlər, cəmiyyət də var müəyyən yerlərdən vəsait alaraq özləri ücün karyera qururlar. Birdə Kaliforniyada deyil, Çikaqodan yayınlanan “GünAz” tv-nin zəhmətini xüsusilə qeyd etmək istəyirəm. “GünAz” TV o taylı, bu taylı dərdlərimizi Amerikada deyən yeganə kanaldır. Bu günlərdə bir yazı oxudum. Bizim cəmiyyət bir il öncə məsələ qaldırdı ki, Azərbaycan musiqi sənətində əvəzsiz xidməti olan Sona xanım Aslanovaya xalq artisti adı verilsin. Hec olmasa ömrünün son çağlarında öz haqqını alsın. Bakıdan rəsmi təşkilatlar bu işə baxıldığını və tezliklə bu məsələnin həll olunacağını söylədilər. Lakin bir il keçməsinə baxmayaraq hələ də bir xəbər yoxdur. Birdə gördük kimlərə xalq artisti verildi. O anda Təzadlar qəzetində verilmiş bir yazıdakı cümlə diqqətimi cəlb etdi. Ad alanlara – Siz Xalq Artistisiniz, xalqın artisti deyilsiniz. Səhv etmirəmsə beləydi, çox gözəl deyilmiş bir söz idi, bizdə də xalqın diasporası və xalq diasporası var. Mən xalqın diasporasına üstünlük verənlərdənəm. -Hansı addımlar atılmalıdır ki, Azərbaycan diasporası güclü və Amerikanın siyasi kuluarlarına təsir imkanlarına malik olsun? - Təbliğat yenədə təbliğat. TV-də radioda və qəzetdə. Yalnız bu yolla Azərbaycan xaricdə tanınar. Diasporaya ayrılan xərc yalnız bu sahəyə sərf olunmalıdır. -Amerikanın yeni seçilmiş prezidenti Barak Obama ermənipərəst mövqeyi ilə tanınır. Obama seçki qabağı erməni diasporasına yazdığı məktubda belə bir ifadə işlətmişdir, prezident seçiləcəyi təqdirdə qondarma soyqırımı tanıyacağını bəyan etmişdir. Siz necə düşünürsünüz Barak Obama bu addımı ata bilərmi? - Nə qədər ki, amerikalilar Azərbaycanı tanımır, bundan sonra 10 prezidentdə gələ həmin fikirdə olacaq. Cunki, burda hara baxırsan erməni tv proqramları bütün günü erməniləri təbliğ edir. Elə gün olmur ki, biz Amerikada erməni haqqında bir xəbər eşitməyək. Vallah belə demək bilmirəm nə dərəcədə doğrudur, mən yalniz 3 ay ermənilər haqqında eşitmədim, o da bu yay Bakıda olduğum müddətdə. Sanki bu ölkənin 20 faizi işğal altında deyil. Hər gün atəşfəşanlıq və bayramdır. Əgər Azərbaycana gələn bir turist bu ölkədə müharibə getdiyini hiss etmirsə bunu xaricdə necə təbliğ etmək olar. -Gülbəniz xanım bildiyim qədər Amerikada türklər çoxdur və Amerikada türk diasporasının təsir imkanları güclü dayaqlara malikdirmi və onların siyasi hakimiyyətə təsiri varmı? - Mənim fikrimcə Kaliforniyaya nisbətən turklər başqa ştatlarda daha coxdurlar. Onların qəzetləri var. TV-proqramları Sattelayt vasitəsilə yayınlanır. Bəzi proqramların ingiliscə verirlər, bu cox yaxşıdır. Erməni turk məsələsilə bağlı. -Amerikada seçkilər zamanı ən yadda qalan hadisələrdən biridə Barak Obamanın İranda yaşayan Azərbaycan türklərinin hüqüqlarının pozulması ilə bağlı fikir işlətdi və prezident seciləcəyi təqdirdə bu məsələ ilə bağlı addımlar atacağını qeyd etdi, uzun müddət Amerikada yaşayan şəxs kimi necə düşünürsünüz, dünya Azərbaycanlılarının ən yaralı yeri olan Güney Azərbaycanla bağlı addım atılacaqmı? - Mənə elə gəlir ki, bu bizim çox yaralı yerimizdir. Dogrudanda onların hüquqları hər addımda pozulur. Təzyiqlər, təqiblər, ölümlər günbəgün artır ki, buda dəhşətdir. Mən Amerikada çoxlu vətənpərvər Azərbaycan türkləri tanıyıram, illərdir öz doğulub boya-başa catdığı yerlərə gedə bilmirlər. Cunki, həqiqət tərəfdarı olduqları uçun həyatları təhlükə altındadır. Mən Qarabağlı olduğum ücün vətəndə vətənsiz olmağın və ondan kənarda yaşamaq necə ağır olduğunu gözəl bilirəm. Neçə illərdir bu ölkədə yaşasamda fikrim, ruhum hər gün Azərbaycandadır. Mənə elə gəlir ki, imza toplamaq azdır, ordakı soydaşlarımız üçün. Azərbaycan dövləti də öz vətəndaşlarının hüquqlarının pozulduğunu açıq olaraq əlaqədar təşkilatlara bildirməlidir. Əgər Amerika xalqının fikirini bilmək istəyiriksə onda təbliğata arxalanaq. Əgər Amerikanın prezidentindən söhbət gedirsə və dövlət səviyyəsində biz 60-70 milyon azərbaycanlı deyiriksə, artıq bu məsələlər beynəlxalq təşkilatlar qarşısında dövlət səviyyəsində qaldırılmalıdır. -Sonda Suallarımızı cavablandırdığınız üçün Gülbəniz xanım, Sizə öz təşəkkürümüzü bildiririk və Azərbaycana arzunuz? - Musahibəyə görə məndə sizə öz səmimi təşəkkürümü bildirirəm. Azərbaycan - arzuma gəldikdə isə arzum coxdur. Millətimi azad görmək, həmişəki milli qürurumuzu saxlamaq, Azərbaycanı həqiqi sevmək - Qarabağı və Cənub Azərbaycanı sözdə yox işdə xilas etmək. Artıq xalq bos vədlərdən yoruldu. Eyni zamanda dünyada yaşayan bütün azərbaycanlılarımıza uzun ömür , can sağlığı yaradıcılıq uğurları arzulayıram. Müsahibəni aldı: Elnur Eltürk Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio