SON XƏBƏRLƏR

Ermənistan və Türkiyə yığma komandalarının cavab oyunu Abdulla Gülün doğma şəhərində keçirilə bilər

2021.10.20, 07:36
Ermənistan və Türkiyə yığma komandalarının cavab oyunu Abdulla Gülün doğma şəhərində keçirilə bilər

Gunaz.tv
Ermənistan və Türkiyə yığma komandalarının cavab oyunu Abdulla Gülün doğma şəhərində keçirilə bilər turkiye_a_milli.jpg Bu barədə Kayseri şəhərinin bələdiyyə başçısı Mehmet Ozhaseki bildirib Futbol üzrə Ermənistan və Türkiyə yığma komandalarının cavab oyunu Türkiyə prezidenti Abdulla Gülün doğma şəhərində -Kayseridə keçirilə bilər. ANS PRESS-in “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Kayseri şəhərinin bələdiyyə başçısı Mehmet Ozhaseki bildirib. Onun sözlərinə görə, 2009-cu ilin oktyabr ayında Kadır Haş stadionunda Türkiyə və Ermənistan milli komandaları arasında cavab oyunu keçirilə bilər. Ozahasekinin qeyd edib ki, matçın Kayseridə keçirilməsi bu hadisəyə xüsusi məna verəcək. Xatırladaq ki, Türkiyə və Ermənistan milli komandaları arasında görüş sentyabrın 6-da İrəvanda keçirilib. Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə Türkiyə prezidenti Abdulla Gül də Ermənistana gedərək futbol matçını seyr etmişdi. Daha sonra Abdulla Gül Serj Sarkisyanı Türkiyədə keçiriləcək cavab oyuna birgə baxmağa dəvət etmişdi. Oyun 2-0 Türkiyənin xeyrinə nəticələnmişdi. /ANS PRESS/

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar