Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
Bir tərəfdən Bizans-gürcü-erməni feodallarının hücum obyektinə, digər tərəfdən ərəb-xəzər qarşıdurmasından əzab çəkən əhali evlərinə yerləşdirəcəkləri müsəlman əsgərini yedirtmək gücündə deyildi. Əksinə, «Allah» kəlamı ilə yerli əhalinin evinə gələn həmin əsgər özünün azuqəsini həmin ev sahibi ilə bölüşürdü. Məhz bununla bağlı Borçalı türklərinin dilində «Qonaq Allah qonağıdır», «Gec gələn qonaq öz kisəsindən yeyər» kimi atalar sözləri yarandı. R.A.Açaryanın fikrincə, hazırda erməni dili 3 qola və 36 dialektə, A.S.Qəribyanın fikrincə, 7 qola və 51 dialektə, Q.B.Caukyanın fikrincə isə 11 qrup və 44 dialektə ayrılır. Dialektlər arasındakı fərq həddindən artıq çoxdur. Andranik Malxasyan isə erməni dilində 62 dialekt olduğu qənaətinə gəlmişdir. Onun fikrincə "əgər bu erməniləri bir yerə yığmaq mümkün olardısa, onlardan heç kəs bir-birlərinin dilini başa düşməzdilər". Bəs necə olmuşdur ki, qədim ənənlərə və tarixi keçmişə sahib olan türklər öz yazılarında erməni əlifbasından istifadə etmişlər? Problemə aydınlıq gətirmək üçün 2 məsələyə diqqət yetirmək lazımdır: İndiki erməni etnosunun formalaşması. Türk xalqları və xristianlıq. Özlərini «hay» adlandıran ermənilər Yer kürəsinə yayılma baxımından qaraçıları da geridə qoyurlar. Həm antropoloji (balkan-qafqaz, ponto-zaqros, assiroid, armenoid, Ön Asiya və s.), həm də dini baxımdan (müsəlman hamşin, qriqoryan, katolik, protestant və s.) müxtəlif qollara bölünürlər. Ermənilərin iddia etdikləri ərazilərdə yaşayan xalqların heç birinin nə linqvistik, nə də antropoloji baxımdan indiki ermənilərlə heç bir bağlılığı yoxdur. Tarix boyu ermənilər bəzi tayfalardan öz adlarını (semit mənşəli haylardan və türk mənşəli ərmənlərdən), bəzilərindən fiziki quruluşlarını (Qara dəniz sahillərində yaşamış Qafqazdilli etnoslar), bəzilərindən öz dillərini (İrandilli Əhəmənilər, parfiyalılar, türklər və s. ), habelə mədəniyyətlərini (türklər, yunanlar, gürcülər və s.) əxz etmişlər. Ermənilər özlərinin ilk dövlətləri hesab etdikləri Hayas, sonra Əhəməni nəslindən olan Yervand, daha sonra isə Selevkilər nəslindən olan Zariadr tərəfindən idarə olunmuşlar. Selevkilərin zəifləməsindən istifadə edən Zariadr öz əmoğlusu III Antioxa dönük çıxaraq romalıların tərəfinə keçdi. Miladdan əvvəl II əsrdə Parfiya bölgənin ən nüfuzlu dövlətinə çevrildi. Miladdan əvvəl 53-cü ildə müttəfiqi Romanın parfiyalılar tərərfindən Karra döyüşündə ağır məğlubiyyətə uğradılmasından dərhal sonra Arminiya hakimi öz qızını Parfiya şahzadəsi Pakora ərə verir. Romada vətəndaş müharibəsinin bitməsi və onun Orta Şərqdə güclənməsiylə Arminiya hakimi romapərəst mövqeyə keçir. Miladdan əvvəl 36-cı ildə Fraaspa yaxınlığında Roma ordusu və onlara qoşulmuş Arminiya dəstələri darmadağın edildikdən sonra Roma sərkərdəsi Antoni bu məğlubiyyətin səbəbkarı hesab etdiyi Arminiya hakimi Artavazdı da özü ilə Misirə apardı. 3 il sonra onun kəsilmiş başı Arminiyanı idarə edən Atropatena hökmdarına göndərildi. 34-60-cı illərdə Arminiyanı İberiya hökmdarı Farsmanın qardaşı və onun oğlu Radamist idarə etmişdir. 63-cü ildən başlayaraq Arminiyada hakimiyyət Parfiya Arşakilərinin əlində olmuşdur. 226-cı ildə Sasanoğulları parfiyalıların İrandakı hakimiyyətinə son qoydular. Bu hadisə Arminiyada hakimiyyətdə olan Parfiya Arşakilərinin yan budağı ilə Roma arasında ümumi düşmənə - Sasanoğullarına qarşı ittifaqın yaranmasına səbəb oldu. IV əsrdə Arminiyada xristian dininin yayılması parfiyalıların mənşə cəhətdən qohum olduqları digər iranlı toplumdan - Sasanoğullarından ayrılmasına səbəb oldu. İrandilli xalqlar arasında xristianlığın möhkəmlənməsi onların zərdüştçü iranlılardan ayrılmasına və indiki erməni etnosunun nüvəsinin yaranmasına gətirib çıxardı. 451-ci ildə Xalkedon kilsə məclisində monofizit təriqətli İrandilli xristian ünsürlərin bidətçilikdə ittiham olunaraq kilsədən qovulmaları onların müstəqil etnos kimi formalaşmasına şərait yaratdı. Xristianlığın monofozit təriqətini qəbul etmiş bu tayfalar içərisində türklər də var idi. Erkən orta əsr mənbələri xristianlığı qəbul etmiş türk tayfalarından sabirlərin (sevordikləri - qara sabirlərin), hunların bir qisminin adlarını çəkir. *** Qədim türklərin İslamı qəbul etmiş hissəsi nəinki öz türklüklərini qoruyub saxlamış, eyni zamanda bu din uğrunda ən fədakar mübarizə aparmışlar. Belə ki, indi İslamın rəmzi sayılan hilal (aypara) əslində qədim türk simvolu olmuşdur. Müsəlmanların ilk hərbi hissələri Borçalıda Həbib ibn Məsləmin başçılığı altında 642-643-cü illərdə olmuşlar. 654-cü ildə yerli əhali ilə ərəblər arasında bağlanmış «Əhdnamə»yə əsasən «cizyə ödəyən yerli əhali müsəlmanlara cihad zamanı hərbi dəstək verməli, ehtiyac olarsa, mücahidləri yemək və mənzillə təmin etməli idilər». Əlbəttə, bir tərəfdən Bizans-gürcü-erməni feodallarının hücum obyektinə, digər tərəfdən ərəb-xəzər qarşıdurmasından əzab çəkən əhali evlərinə yerləşdirəcəkləri müsəlman əsgərini yedirtmək gücündə deyildi. Əksinə, «Allah» kəlamı ilə yerli əhalinin evinə gələn həmin əsgər özünün azuqəsini həmin ev sahibi ilə bölüşürdü. Məhz bununla bağlı Borçalı türklərinin dilində «Qonaq Allah (Tanrı deyil, məhz Allah) qonağıdır», «Gec gələn qonaq öz kisəsindən yeyər» kimi atalar sözləri yarandı. Müsəlmanların Cənubi Qafqazda möhkəmlənməsinə xəzərlər və onların müttəfiqi Bizans ciddi-cəhdlə mane olurdular. 685-ci ildə Bizans sərkərdəsi Leonti Cənubi Qafqaza, o cümlədən Borçalıya yürüş etsə də, yerli əhalidən dəstək ala bilmədiyindən burada möhkəmlənə bilmədi. VII yüzilliyin sonlarında Borçalıda möhkəmlənən müsəlmanlar Qərbə doğru fəthlərini davam etdirirdilər. 697-ci ildə abxaz hakimi, Xəzər xaqanının qızının oğlu Leon Bizans ağalığına qarşı üsyan qaldıraraq, kömək üçün müsəlmanlara müraciət etdi. Nəticədə indiki Gürcüstanın qərb hissəsi də Xilafətə qatıldı. VIII əsrin 30-cu illərində Borçalı əhalisinin əksəriyyəti nəinki İslam dinini qəbul etmiş, hətta Cənubi Qafqazda ilk müsəlman məbədi sayıla biləcək Tiflis məscidini inşa etmişdilər. 764-cü ildə Bizansın təhrikilə Tiflisi tutan xəzərlər şəhəri dağıtsalar da, o, müsəlmanlar tərəfindən tezliklə bərpa edildi. Xürrəmilər hərakatı nəticəsində zəifləmiş mövqelərini bərpa etmək məqsədilə xəlifə Azərbaycan Şirvanşahlar dövlətinin qurucusu olmuş Şeybanilər (Məzyədilər) nəslinin nümayəndəsi Xalid ibn Yezidi Cənubi Qafqaza canişin təyin etdi. Xalid ibn Yezidin Borçalıya gəlməsilə qonşu erməni və gürcü feodalları ona öz tabeçiliklərini bildirdilər. Əli ibn Şeybanini Tiflisə əmir təyin edən Xalid ibn Yezid Xilafətin Azərbaycandakı iqamətgahı olan Bərdəyə döndü. Tiflisdə hakimiyyəti ələ alan İshaq ibn İsmayıl Xilafətə qarşı qiyam qaldırdı. Onu Cavaxetiyaya sıxışdıran Xalid ibn Yezid xəstələnib öldu. Onun oğlu Məhəmməd ibn Xalid Tiflisdə hakimiyyəti ələ almış İshaq ibn İsmayılı və onun müttəfiqləri olan xristian feodallarını geri oturtdu. Qiyamın əsas təşəbbüskarlarından olan Aşot Kuropalatın oğlu Baqrat Məhəmməd ibn Xalidin tərəfinə keçdi. Məhəmməd ibn Xalid gürcü mənbələrində qədim buntürk şəhərlərindən biri kimi adı çəkilən Uplis Sixeni də tutdu. Xəlifə Cənubi Qafqaza tam nəzarət etmək məqsədilə öz sərkərdəsi Buğa Türkü də göndərdi. Birlikdə hərəkət edən Buğa Türk və Məhəmməd ibn Xalidin qüvvələri tərəfindən İshaq öldürülsə də, xəlifə Tiflis əmirliyini tabe edə bilmədi. Əslində Buğa Türkün əsas məqsədi də Borçalını Xilafətə tabe etmək deyil, Bizansın köməyilə buranın müsəlman-türk əhalisinə divan tutmuş Abxaz hökmdarı Feodisini cəzalandırmaq idi. İlk döyüşdəcə darmadağın edilən Feodisi (bəzi tarixçilər onun II Demetre olduğunu bildirirlər) Dvalet yolu ilə qaçıb canını qurtara bildi. Başkeçidi abadlaşdıran Buğa Türk xəlifənin göstərişilə Şeybanilər (Məzyədilər) nəslindən olan Məhəmməd ibn Xalidi (853-870) Tiflisə əmir təyin edərək xəzərlər üzərinə yeridi. Məhəmməd ibn Xalidi İsa ibn Əş-Şıx (Şeyxi) Əş–Şeybani əvəz etmişdir. Onun ölümündən sonra hakimiyyətə əmir İbrahim gəldi. Tiflis müsəlman əmirliyinin Şeybanilər nəslindən olan sonuncu nümayəndəsi Habil (gürcü mənbələrində Qabulos) Şeybani (878-882) olmuşdur. Artıq X yüzilliyin əvvəllərindən Tiflis əmirliyini Cəfərilər nəslindən olan əmirlər idarə etməyə başladılar. Bu sülalənin əsasını Cəfər ibn Əli (909-914) qoymuşdur. Başkeçid müsəlman əmirliyinin də bu nəsildən olan hakimlər tərəfindən idarə olunduğu güman edilir. Məlum olduğu kimi, VIII yüzilliyin sonlarından başlayaraq Xilafətdə real hakimiyyət müsəlman türklərin əlinə keçməyə başladı. Abbasi xəlifələri, xüsusilə də anası TÜRK qızı olan Mötəsim, Xilafət ərazisində bir çox üsyanları, o cümlədən Xürrəmilər hərəkatını yatırtmış müsəlman türklərlə hesablaşmağa məcbur idilər. Xəlifə sarayında TÜRK sərkərdələrinə hörmətlə yanaşılır və ən məsul vəzifələr onlara həvalə olunurdu. Belə sərkərdələrdən biri də Əbu Sac Divdadoğlu idi. O, Məkkə yolunun rəisi, Əhvaz, Kufə, Mədain kimi strateji əhəmiyyətli şəhərlərin hakimi vəzifəsində çalışmışdı.
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio