Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Türk ordusunun komandanlığı generalların həbsinə qarşı çıxdı İlkər Başbuğun və ordu komandanlarının xanımları həbs olunmuş generalın ailəsini ziyarət etdilər Türkiyədə istefada olan generallar və hazırda orduda xidmət edən bəzi zabitlərin terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı istintaq çərçivəsində həbs edilməsi komandanlığın narahatlığına səbəb olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yanvarın 7-də yerli vaxtla saat 17.30-da Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında ordu rəhbərliyinin fövqəladə toplantısı keçirilib. Baş Qərargah rəisi İlkər Başbuğun sədrliyi ilə 6,5 saat davam edən toplantıda Quru Qüvvələrinin komandanı İşıq Koşanər, Hava Qüvvələrinin komandanı Aydoğan Babaoğlu və Jandarma Qüvvələrinin komandanı Atilla İşıq iştirak edib. Dəniz Qüvvələrinin komandanı Mətin Ataç paytaxtda olmadığı üçün görüşə qatılmayıb. İclasa Baş Qərargahın hüquqşünas zabitləri də çağırılıb. Ordu komandanlığı terror təşkilatı quraraq hökuməti devirmək cəhdində ittiham olunan zabitlərin məsələsini müzakirə edib. Yığıncaqla bağlı rəsmi açıqlama verilməyib. Yığıncağın keçirildiyi saatlarda İ.Başbuğun xanımı Sevil Başbuğun təşəbbüsü ilə ordu komandanlarının xanımları həbs olunmuş Təhlükəsizlik Şurasının keçmiş katibi Tuncər Qılıncın evinə gedərək, onun həyat yoldaşı ilə görüşüblər. İlkər Başbuğ Ərdoğan və Güllə görüşdü Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlkər Başbuğ dünən gözlənilmədən baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, prezident Abdulla Güllə ənənəvi həftəlik görüşə yollanan İ.Başbuğun avtomobili qəflətən yolunu dəyişərək baş nazirin iqamətgahına doğru yönəlib, daha sonra A.Güllə görüşüb. Eyni vaxtda daxili işlər naziri Bəşir Atalay prezident A.Güllə görüşə çağırılıb. Görüşlərin yanvarın 7-də aparılan hay-küylü həbslərlə bağlı olduğu şübhə doğurmur. Tuncər Qılıncın vəkili də tutuldu “Ergenekon”un 10-cu dalğasında həbs olunan Türkiyə Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi, istefada plan general Tuncer Qılıncın vəkili Mustafa Hüseyn Buzoğlu da saxlanılıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Buzoğlunun vəkili Həsən Gürbüz bildirib. General Vəli Kiçik: “Türkiyənin ən dəyərli insanlarını həbs etdirənlər tarix qarşısında cavab verəcəklər” “Dünən həyata keçirilən həbslər hamımızı ciddi şəkildə təəssüfləndirib. Bu hadisələr təkcə mənim deyil, burada olan insanların hamısının gözlərini doldurub”. APA-nın məlumatına görə, həbsdə olan türk generalı Vəli Kiçik “Ergenekon” işi ilə bağlı həyata keçirilən son həbslərə münasibətini belə açıqlayıb. İşçi Partiyasının sədri Doğu Perincək də məhkəmədə çıxışı zamanı dünən həyata keçirilən həbslərə münasibət bildirib: “Türkiyədə iqtidarı qanunsuz olaraq mənimsəyənlər dövlət çevrilişini sona çatdırmaq məqsədilə bir çox hörmətli generalları, professorları, Türkiyənin fəxri baş prokurorunu həbs etmək fikrinə düşüblər. Bu həbslər ABŞ və İsrailin Türkiyə dövləti və ordusuna qarşı həyata keçirdiyi əməliyyatdır. Türkiyə Silahlı Qüvvələri öz generallarını düşmən ordusuna təslim edib”. Baş Qərargah: “İlkər Başbuğ həbslərlə bağlı mövqeyini prezident və baş nazirə çatdırıb” Türkiyənin müdafiə naziri Vecdi Könül son həbslərlə bağlı ondan icazə alınmadığını bildirib. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı isə qurumun rəisi İlkər Başbuğun prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyip Ərdoğanla planlaşdırılmayan görüşünə dair açıqlama yayıb. Açıqlamada görüşlərin baş qərargah rəisinin tələbi ilə keçirildiyi, danışıqlarda son günlər ölkədə baş verən hadisələr ətrafında fikir mübadiləsi aparıldığı bildirilir: “Baş qərargah rəisi keçirdiyi görüşlərdə xüsusilə dünən baş verən hadisələrlə bağlı fikir və mövqeyini baş nazir və prezidentə çatdırıb”. 1 saat 20 dəqiqə sürən Ərdoğan-Başbuğ görüşünə dair baş nazirin mətbuat xidməti də açıqlama yayıb, amma bir cümləlik: «Baş Qərargah rəisinin tələbi ilə keçirilən görüşdə gündəmdəki son gəlişmələr dəyərləndirilmişdir». Nə baş verir? Qeyd edək ki, yanvarın 7-də Türkiyədə Ali Məhkəmə və Baş Prokurorluq funksiyalarını yerinə yetirən, Yarğıtay adlanan məhkəmə instansiyasının fəxri baş prokuroru Sabih Kanadoğlunun, professor və jurnalist Yalçın Kiçiyin evlərində, İstanbulun ən məşhur ali məktəblərindən biri sayılan Yedditəpə Universitetinin rektoru, professor Bədrəddin Dalanın başçılıq etdiyi universitetdə və İstək Vəqfində (qeyri-hökumət təşkilatı) axtarış aparılıb. Həm adı çəkilən bu üç şəxs, həm də həbs olunan generallar və digərləri Ədalət və İnkişaf Partiyası (AKP) hökumətinə qarşı kəskin müxalif mövqeləri ilə tanınırlar. Abdulla Gülün birinci dəfədən Böyük Millət Məclisində prezident seçilməsini məhz sabiq baş prokuror Sabih Kanadoğlu əngəlləmişdi. Onun müraciəti əsasında Konstitusiya Məhkəməsi prezidentin parlamentdə seçilməsi üçün 367 səs gərəkdiyinə dair qərar vermişdi. Yəni son həbslər artıq hüquqi araşdırma müstəvisindən çıxaraq, siyasi hesablaşma təəssüratı doğurur və böyük ehtimalla cəmiyyətdə bir partiyanın hakimiyyətinin möhkəmlənməsinə xidmət edir. Ekspertlərin fikrincə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının son açıqlama həbslərlə razı olmadığını əyani şəkildə ortaya qoyur. İ.Başbuğun xanımının həbs olunan generalın evinə gedib xanımı ilə görüşməsi də türk ordusunun son həbslərlə razılaşmadığını göstərir. Bu isə onu deməyə əsas verir ki, yaxın vaxtlarda Türkiyədə siyasi böhran dərinləşə bilər. Təbii ki, bu sırada ordunun çevriliş etməsi də istisna olunmur. Siyasət şöbəsi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio