Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İraq Ceyhan istiqamətində neft ixracının həcmini artırmağı planlaşdırır
Vens: İranın ABŞ-ın iqtisadi təzyiqinə nə qədər tab gətirəcəyini proqnozlaşdırmaq çətindir
Danimarka iranlı mollanın ölkəyə girişinə qadağa qoydu
ABŞ maliyyə naziri: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ehtimalı azdır
Təbrizdə nəqliyyat problemi - Köhnə taksilərin sayı açıqlandı
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına
ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Qabil Hüseynli: "Azərbaycan Silahlı Qüvvələri gücləndirilməli, sürətlə NATO stantartlarına uyğunlaşdırılmalı və Qərb ölkələriylə əlaqələr möhkəmləndirməliyik" Cəsur Sümərinli: "Moskvadan izahat tələb edilməli, Minsk qrupunun digər həmsədrlərinə məlumat verilməli, Rusiyanın həmsədrliyinin əhəmiyyətsiz olduğuna işarə vurulmalıdır" Ermənistan Müdafiə Nazirliyinin sərəncamına 2008-ci ildə Gümrü şəhərindəki 102 saylı rus hərbi bazasından 69 adda silah, hərbi sursat, texnika və avadanlıqlar verilib. Ekspertlər 102 saylı bazanın silahlanma üzrə rəisi, Şimali Qafqaz Hərbi Dairəsi komandanının silahlanma üzrə müavini, general-leytenant Vyaçeslav Qolovçenkonun imzasıyla ötürülən silahların ümumi dəyərinin 800 milyon ABŞ dolları civarında olduğunu bildirirlər. Siyahıda 21 ədəd T-72 tankı, 27 ədəd BMP-2, 12 ədəd BTR 70/80, 5 ədəd BMP-1 bazasında hazırlanmış BREM-2 döyüş maşınları, 4 ədəd ZSU 23-4 "Şilka" raketi, müxtəlif markalı "Strela" raketləri, 120 ədəd QP-25 lüləaltı qumbaraatanı və s. var. Qeyd edək ki, bu, birinci dəfə deyil. 1997-ci ildə də Rusiyanın əvəzsiz olaraq Ermənistana 1 milyard dollarlıq silah və texnika ötürdüyü məlumdur. Ramiz Mikayıloğlu Bəs yaranmış durumda Azərbaycan nə etməli, hansı addımları atmalıdır? Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq Qabil Hüseynli deyir ki, çıxış yollarından biri Azərbaycanın sürətlə silahlanma yarışına qoşulmasıdır. Amma bu, yeganə çıxış yolu deyil. Politoloqa görə, ən mühüm çıxış yolu Qərb oriyentasiyalı siyasəti daha da genişləndirməkdir. Qərbin ölkəmizdə iri sərmayələri var: "Bildiyimə görə, ABŞ Gürcüstanla strateji əməkdaşlıq haqqında imzaladığı müqavilə kimi Azərbaycana anoloji sənəd təklif edir. NATO da bu quruma qəbul üçün Bakının ərizəsini gözləyir. Azərbaycan NATO-ya doğru istiqamət götürməli və Qərb ölkələriylə əlaqələrini möhkəmləndirməlidir. Paralel Azərbaycan hərbi xərclərini, özünün hərbi qüdrətini artırmalı, ordunu möhkəmləndirməlidir. Bir sözlə, hər cür gözlənilməz hala hazır olmaq lazımdır". O bu məsələ ilə əlaqədar Rusiyanın özünə də müraciət etməyi mümkün sayır. Çünki Moskva sözsüz ki, bədnam qonşumuza bu qədər silah və texnikanı pulsuz verir, onların bu qədər pulu vermək imkanı yoxdur: "Düzdür, Rusiya deyə bilər ki, siz də məndən, Ukraynadan və digər ölkələrdən pulla silah alırsınız. Amma bunu beynəlxalq təşkilatlarda müzakirə obyektinə çevirmək olar. Bu qədər silah və texnika Avropada Adi Silahlı Qüvvələr Haqqında Sazişin müddəalarına ziddir. Həmin sazişdə Cənubi Qafqaz ölkələri üçün silah kvotası ayrılıb. Əgər Ermənistandakı Rusiya hərbi bazalarını, üstəlik, vaxtilə verilmiş 1 milyard dollarlıq pulsuz silah və texnikanı, Gürcüstandan çıxarılan hərbi bazanın silah və sursatının işğalçı ölkədə yerləşdirilməsi, ikinci rus hərbi bazanın açılmasını nəzərə alanda, Ermənistanın cinah sazişini pozduğunun şahidi oluruq. Bunu da beynəlxalq qurumlar qarşısında qaldırmaq olar". Politoloq Zərdüşt Əlizadə düşünür ki, Rusiya həqiqətən də Qafqazda sabitlik istəyir: "Amma hansı sabitliyi? Rusiyanın istədiyi sabitlik odur ki, Azərbaycanın işğal olunmuş torpaqları Ermənistanın tərkibində qalsın. Bu sabitliyi təmin etmək üçün Rusiya hər iki ölkənin prezidentini dəvət edərək, heç bir mənası olmayan, boş sözlərlə dolu bir sənədə imza atdırıb. Həmin sənədə görə, Azərbaycan regionda bu sabitliyi pozarsa, çox ciddi təhlükələrlə qarşılaşacaq. Ona görə düşünürəm ki, bu fakt Rusiya siyasətinə uyğun addımdır. Silahın çeşidi, həcmi bir o qədər əhəmiyyətli deyil". "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli Ermənistanla Rusiyanın hərbi-texniki əməkdaşlığının hamıya məlum olduğunu söylədi. İndiyə kimi Ermənistan Rusiyadan çox silah, döyüş texnikası, təyyarə, vertolyot alıb. Bundan başqa, hərbi təhsil sisteminin və hazırlığın lazımınca formalaşmasıyla əlaqədar olaraq erməni kiçik zabit heyəti Rusiya hərbi institutlarında və məktəblərində, böyük zabit heyəti hərbi akademiyalarında, texniki heyət isə xüsusi mərkəzlərdə təhsil alır. Ermənistan hökumətinin və hərbi rəhbərliyinin yeritdiyi hərbi-siyasi kurs zəmin yaradır ki, bölgədə hərbi-siyasi tarazlıq dəyişsin. Rusiya silahlarının göndərilməsi nəticəsində Ermənistan Azərbaycan üzərində üstünlük qazanmaq istəyir, bununla da problemlərini hərbi yolla həll etməyə cəhd göstərir. Ekspert xatırlatdı ki, Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığı 1997-ci il avqustun 27-də imzalanmış "Dostluq, əməkdaşlıq və qarşılıqlı müdafiə barədə" sazişlə tənzimlənir. Hələ saziş imzalanmazdan öncə Rusiyanın Ermənistana 1 milyard dollar həcmində silah bağışlaması faktı yaddaşlardan silinməyib. Yayılmış məlumatlara görə, 1993-1996-cı illərdə Moskva İrəvana əlavə olaraq böyük miqdarda silah və sursat-9,5 min ədəd raket-artilleriya vahidi, 72 zirehli tank, 600 vaqon sursat verilib. Həm də bu silah Ermənistana sazişsiz-filansız, qeyri-leqal yolla verilib. Rusiyanın Ermənistana 21314 ədəd hərbi texnika, 64 min ton yanacaq, 15977 ədəd rabitə vasitəsi, 41003 metr rabitə kabeli verməsi də sənədləşdirilməyib. 1992-1994-cü illərdə Mozdok aerodromundan İrəvana İl-76 və AN-12 təyyarələrilə 130 min ton sursat daşınması üçün 660 reys həyata keçirilib. "The International İnstitute for Strategic Studies" təşkilatının məlumatlarına görə, 2006-cı ildə Ermənistan Rusiyadan 8 ədəd P-17 markalı operativ-taktiki raket kompleksi qurğusu və onun üçün 500 kilometr məsafəni vura bilən 32 raket, çoxlu sayda minaatan aldığını bəyan etməyib. Bundan başqa, Ermənistanın Rusiyadan hazırda dünyada analoqu olmayan hərbi texnika-"gözəgörünməz tank" alması faktı da geniş ictimaiyyətə məlum deyil. Verilən məlumata görə, Ermənistan Müdafiə Nazirliyi Rusiya Elmi-Tədqiqat İnstitutundan hər birinin qiyməti 2675 dollar olan tank örtüyü alıb. Maraqlıdır ki, Ermənistan Cənubi Qafqaz regionunda bu cür texnika alan yeganə ölkədir. Bu örtüklər radiodalğalara təsir göstərərək tankı hədəf üçün görünməz edir. Bununla da bu cür örtüyə malik tank hədəfə yaxınlaşana qədər onun yerini müəyyənləşdirmək mümkün olmur. 2008-ci ildə Rusiya 102-ci bazasını və Ermənistanın hava hücumundan müdafiə qoşunlarını əlavə olaraq daha bir neçə "S-300" zenit kompleksilə təchiz edib. Fevralın 17-də Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının müavini Ermənistana gəlib və səfər ərəfəsində bu komplekslərin təqdimatı keçirilib. Onun sözlərinə görə, ötən il Azərbaycan Müdafiə Nazirliyinin İnformasiya İdarəsi bəyan edib ki, Silahlı Qüvvələrin təchizatı və yenidən silahlanması məqsədilə qanunsuz hərbi layihələr həyata keçirən, regionu sürətlə silahlandıran Ermənistan Avropada Adi Silahlı Qüvvələr Haqqında Sazişlə müəyyənləşmiş balansı kobud surətdə pozur. Bu isə öz növbəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli və Cənubi Qafqazda sabitlik üçün təhlükə törədir. Bundan bir qədər əvvəl Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov açıqlama vermişdi ki, Azərbaycan Ermənistanın sürətlə silahlanmasına biganə qalmayacaq. O eyni zamanda vurğulamışdı ki, Avropada Ermənistana silah satan dövlət və yaxud şirkət az olacaq, ya da heç olmayacaq. Ona görə də Ermənistan bu məsələ üçün məcburi olaraq Rusiyaya üz tutacaq. Amma bu, Rusiyanı seçim qarşısında qoyacaq və bu ölkə də belə vəziyyətdə düzgün qərar verməlidir. Xarici işlər nazirinin müavini demişdi ki, Rusiya doğrudan da münaqişənin sülh yolu ilə həlli üçün addım atmaq istəsə, onda silahlanma siyasətinə son qoyulacaq. Bunun əksi isə böhranın növbəti mərhələsinin başlanmasına şərait yarada bilər. Cəsur Sümərinliyə görə, hazırda Kremlin əsas məqsədi Ermənistanı Cənubi Qafqazın hərbi baxımdan ən güclü dövlətinə çevirməkdir. Moskvada düşünürlər ki, yalnız bununla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "regional qorxusu" dəf oluna bilər. Rusiyanın avqust ayında Gürcüstana hücumundan sonra Moskvanın İrəvanla daha sıx hərbi əməkdaşlıq qurmaq niyyətində olması şübhə doğurmur. Artıq Ermənistan Rusiyanın Cənubi Qafqazda hər cəhətdən yeganə forpostu olduğunu təsdiqləyir. Belə görünür ki, Rusiya Ermənistanı bundan sonra daha da intensiv silahlandıracaq. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr 2008-ci ildən Rusiya silahı və texnikasını Rusiyanın daxili qiymətlərilə alır. Rusiyanın Ermənistanı intensiv silahlandırması fonunda Azərbaycanın nə etməli olduğuna gəlincə, ekspert düşünür ki, birincisi, məsələ ilə bağlı Moskvadan izahatı tələb edilməlidir. Rusiya Azərbaycanla münasibətlərində nə dərəcədə səmimi olduğuna aydınlıq gətirməlidir. İkincisi, ATƏT-in Minsk qrupunin digər həmsədrlərinə məsələ ilə bağlı məlumat verilməli, Rusiyanın Ermənistanla sıx hərbi əməkdaşlığının münaqişənin nizamlanmasına ciddi maneə olduğu bəyanlanmalıdır. Bunun ardınca Rusiyanın Minsk qrupunda həmsədrliyinin əhəmiyyətsiz olduğuna işarə edilməlidir. Üçüncüsü, problemin Avropada Adi Silahlı Qüvvələr Haqqında Saziş iştirakçılarının Vyanada keçirilən ənənəvi iclasının gündəliyinə salınması üçün cəhdlər göstərilməlidir.
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Ərdəbildə üç məhbus edam edildi
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
Təbrizli rejissor Babək Xurrəmdinə görə qınanıldı
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəlişlə bağlı bildiriş göndərib
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
Qətər üç iranlı pilotun əsir götürülməsi iddiasını rədd etdi