Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
İnternational Herald Tribune: "Moskva bu ölkədəki qaz kəmərlərini qorumaq adıyla təcavüzə al ata bilər" Rusiya ilə Ukrayna arasında qaz alqı-satqısı və qazın Avropaya çatdırılması üstündə mübahisələr Sovet İttifaqının dağılmasından bəri davam edir. Moskva Yeni ildə yığılıb qalmış borc və yeni qiymətlər üstündə mübahisələrə görə yanvarın 1-də Ukraynaya verdiyi qazı kəsib. Ondan da bir az sonra Ukraynanı öz ərazisindən Avropaya gedən qaz kəmərlərindən oğurluq etməkdə günahlandıraraq, Avropaya qaz nəqlini dayandırıb. Ukrayna isə ittihamları rədd edib qazı Rusiyanın özünün azaltdığını bəyanlayır. Tural Bu arada Rusiya prezidenti Dmitri Medvedyev və Ukraynanın dövlət başçısı Viktor Yuşşenko arasında telefon söhbəti olub."Neftoqaz"ın rəhbəri Oleq Dubina bildirib ki, Ukrayna və Rusiya prezidentləri telefon danışıqlarında qaz oğurluğu barədə ittihamların araşdırılması üçün müştərək komissiya yaradılmasına razılaşıblar. Rusiyanın qaz nəhəngi "Qazprom"un rəhbəri Aleksey Miller də bildirib ki, Avropaya qaz nəqli bərpa oluna bilər, amma bundan əvvəl müstəqil müşahidəçilər qazın oğurlanmayacağını təminat altına almalıdırlar. Moskva ilə Kiyev arasında aparılan qaz danışıqları yanvarın 8-də Brüssel və Praqanın da gündəliyində ilk yerdə olub. Brüsseldə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində, Praqada isə Avropa Birliyi xarici işlər nazirlərinin toplantısında problem müzakirəyə çıxarılıb. Avropa Parlamentində çıxışında Ukraynanın "Neftoqaz" şirkətinin rəhbəri Oleq Dubina bildirib ki, hazırda Rusiya ilə danışıqlarının əsas predmeti Avropaya qaz nəqlinin bərpasıdır: "Bizim Moskvada müzakirə etdiyimiz ilk məsələ qaz alqı-satqısı barədə şərtlər deyil, Avropaya qaz nəqlinin təcili bərpa edilməsidir. Ukrayna aldığı qazın hamısını Qərb sərhədinə çatdırmağa söz verib. Amma eyni zamanda qaz ötürən sistemin özü, kompressor stansiyaları üçün də müəyyən qədər qaz lazımdır". Avropa Komissiyasının enerji təchizatı üzrə direktoru Heinz Hilbret bildirib ki, "Qazprom"la "Neftoqaz" arasında qaz nəqlinə dair razılaşmada Ukraynaya müəyyən həcmdə qazın verilməsi nəzərdə tutulur. O əlavə edib ki, "Qazprom" Çexiya, Slovakiya kimi digər tranzit ölkələrinə də texniki istifadə üçün əlavə qaz lazım olduğunu nəzərə almalıdır. Avropa rəsmiləri həm də deyiblər ki, qazın oğurlanmasına dair Rusiyanın iddialarını araşdırmaq üçün müstəqil qaz ekspertləri göndərməyə hazırdırlar. Avropa Komissiyasının prezidenti Joze Barrosso deyib ki, Rusiya və Ukraynanın baş nazirləri ilə söhbət zamanı onlar da belə bir mütəxəssis qrupunun göndərilməsinə razılaşıblar. Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Jaçek Saryuz-Volski söyləyib ki, Avropa mübahisə edən tərəflərdən hər hansı birini müdafiə etmək niyyətində deyil, sadəcə özünün enerji təhlükəsizliyini təminat altına almaq istəyir: "Əvvəldən də kommersiya mübahisəsi kimi xarakterizə olunan bu mübahisə sonradan ciddi enerji böhranına çevrilib. Avropa Birliyinin üzvlərindən yarısından çoxu artıq bundan ziyan çəkib". Avropa özünün qaza tələbatının dörddə birini Rusiyadan alır və bu qazın da demək olar 80 faizi Ukrayna ərazisi ilə Avropaya çatdırılır. "İnternational Herald Tribune" qəzeti isə yazır ki, hazırda Rusiyanın qonşularına elədikləri Avropa və ABŞ-a, yeni prezident Barak Obamaya siqnaldır: "Rusiya zəif qonşuların üstünə şığıyıb, Sovet İttifaqı zamanındakı itaəti qaytarmaq istəyir". Müəllifin fikrincə, avqustda baş verənlər, yəni Rusiyanın Gürcüstana hücumu göstərdi ki, Moskva hər an ordudan istifadə etməyə hazırdır. Dekabrın 24-də Rusiya prezidenti Dmitri Medvedyev deyib ki, ölkəsi maraqlarını qorumaq üçün bütün vasitələrə əl atacaq. Bir az əvvəl isə o, Rusiyanın qərbində Polşa əleyhinə raket quraşdıracaqlarını bəyan etmişdi. Dekabrın 31-də isə baş nazir Vladimir Putin dillənib: "Ukrayna Avropaya qaz nəqlinə mane olmasın, bunun Kiyev üçün ciddi nəticələri olar". Əslində Rusiyanın Ukraynaya müdaxiləsi üçün bəhanələri çoxdan görünür. "Herald Tribun" belə bəhanələri sadalayır. Rusiya Ukraynaya oradakı kəmərlərini qorumaq adıyla girə bilər. Bundan başqa Rusiya Krımdakı ruslara pasport paylayır, bir gün onları qorumaq bəhanəsiylə Ukraynaya təcavüz edə də bilər. Avqustda da Rusiya Gürcüstana ordakı vətəndaşlarını qorumaq üçün qoşun yeritdiyini deyirdi. İndi də Gürcüstanın separatçı regionlarında - həm Abxaziya, həm də Cənubi Osetiyada əsgərlərinin sayını artırmaqdadır. Nəticədə rus ordusu Xəzər neftini daşıyan kəmərlərin və dəmir yollarının bir addımlığındadır. Rusiyanın potensial hədəflərini də görmək mümkündür. Neftlə zəngin olan Qazaxıstanda xeyli rus yaşayır. Düzdür, Qazaxıstan liderləri Moskvanı narazı salmamağa çalışırlar. Amma Qazaxıstanın Qərbə Cənubi Qafqaz vasitəsilə enerji göndərməyi Moskvanı təngə gətirib. Azərbaycan və Türkmənistanın da enerji ehtiyatları Rusiyanı qıcıqlandırır, amma bu ölkələrin rəhbərlikləri Moskvaya qarşı mübarizə aparmırlar. Belarusa gələndə onsuz da Rusiyadan asılı olan bu ölkə asanlıqla qaytarıla bilər. "Herald Tribune" yazır ki, Belarusda da rəngli inqilab cəhdi olsa, Rusiya müdaxilə edə, Belarusu özünə birləşdirə bilər. Onsuz da Rusiyayla ittifaq məsələsi müzakirə olunur. Bütün bunlar isə Amerika və Avropanın maraqlarına təhlükədir. Rusiya orduyla hərəkət edib Xəzər ehtiyatlarına nəzarəti ələ keçirsə, Qərbin Xəzərə qoyduğu milyardlarla sərmayə heç olar. Həm də Qərbin Rusiyadan enerji asılılığı artar. Qəzet yazır ki, Qərbin iki strategiyaya ehtiyacı var. Birincisi, Rusiyanı yumşaldacaq dialoq, bir də Rusiyanın qonşularının təhlükəsizliyinə yardım strategiyası. Dialoqla Qərb Rusiyaya iqtisadi böhrandan çıxmağa kömək edə, bununla Moskvanı yumşalda bilər. Müəllifin fikrincə, ABŞ və Avropa Rusiyayla Gürcüstanı iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpasına həvəsləndirər, bunun Ermənistana da xeyri ola bilər. Təhlükəsizliklə bağlı danışıqların hədəfi isə bunlar ola bilər: "Rusiya Gürcüstanla barışa, qonşularını arxayın etməklə öz təhlükəsizliyini təmin edər. Regional əməkdaşlıq nüvə terrorçuluğu, epidemiyalar kimi təhlükələrlə mübarizəyə kömək olar. O biri tərəfdən Amerika da, Avropa da Rusiyanın qonşularının müdafiə sisteminin və sənayesinin inkişafına yardım etməlidir. Amma yardım proqramları separatçı regionlara girməmək şərtiylə həyata keçirilməlidir. Yalnız dialoq və qonşulara yardım Rusiyayla müharibənin qarşısını ala bilər. Məsələ ilə bağlı fikirlərini öyrəndiymiz politoloq Leyla Əliyeva Kremlin qaz siyasətini sərtləşdirməsini təsadüfi saymadı. Onun sözlərinə görə, Ukraynanın Rusiyaya əyilməməsinin də bu məsələdə rolu olub. Bunun müqabilində Qərbin bu məsələdə daha çox rəsmi Kiyevi tənqid etməsi isə başadüşülən deyil. Ukraynaya Avropadan dəstəyin gəlməməsi Kremli daha da araxayın salır və sərt qaz siyasəti yürütməyə vadar edir: "Dünya bu gün ağır maliyyə böhranıyla yanaşı, ciddi siyasi oyunlara da şahidlik edir. Elə maliyyə böhranını doğuran əsas səbəblər də siyasi oyunlar oldu. Rusiyanın qışın əvvəlində Avropanı donduracağı barədə proqnozlar ötən ilin əvvəllərində də səslənirdi. Rəsmi Moskva qaz siyasətini kəskinləşdirməklə Avropa ölkələrinin Rusiyadan nə dərəcədə asılı olduğunu göstərməyə çalışır. Burada Ukraynanın NATO-ya və ümumilikdə, Qərbə üz tutması da az rol oynamadı". Leyla Əliyeva onu da vurğuladı ki, Avropanın Rusiyaya qarşı ehtiyatlı siyasət sərgiləməsi ona "qorxaq" damğasını vurmayacaq. Qərb bəlkə də Kremlə sərt cavab vermək üçün məqam gözləyir: "Bu gün qloballaşan dünyada siyasi və iqtisadi proseslər o qədər dinamik cərəyan edir ki, hər hansı bir məsələdə proqnoz vermək çətinləşib. Bu mənada Avropanın Rusiyaya nə zaman sərt üzünü göstərəcəyini demək çətindir" .
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio