Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Azərbaycan-Türkiyə münasibətləri göz önündəcə geriyə addımlayır. Bu prosesi Azərbaycan və Türkiyə mediasında son 2 ərzində yer alan yazılardan, eləcə də "Xalq Cəbhəsi" qəzeti əməkdaşlarının ayrı-ayrı yaş qrupları və peşə sahibləri arasında keçirdiyi sorğuların nəticələrində də sezmək mümkündür... Əslində, ötən il Rusiyanın Gürcüstana təcavüzü nəticəsində bölgədə və dünyada baş verən proseslər, qüvvələr nisbətinin və münaqişələrin razılaşdırılmış "dondurulması" nəticəsində mövcud olan status-kvonun kəskin şəkildə dəyişməsi və yaranmış yeni düzənin rüzgarı bir çox məsələlərin, o cümlədən Azərbaycan-Türkiyə, daha doğrusu Türkiyə-Azərbaycan münasibətləri üzərinə salınmış qulaq oxşayan ifadələrdən, dostluq və qardaşlıq mesajlarından ibarət "örtüyü" bir kənara atdı... Elçin Mirzəbəyli Nəinki Türk dünyasının birliyi, türkçülük kimi təbii duyğusal hissələrdən, hətta son illər ərzində formalaşmış dövlətlərarası strateji münasibətlərdən də uzaq olan məqamlar soyuq və amansız bir gerçəkliyin ortaya çıxmasına zəmin yaratdı. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Gürcüstan hadisələri zamanı AKP hakimiyyətinin təşəbbüsünə qədər bir neçə dəfə iflasa uğramış "Qafqaz platforması"nı gündəmə gətirməsi, Ankaranın Moskva, Tiflis və İrəvanla diplomatik təmaslarının müəmmalı cizgiləri, rəsmi Bakının sadəcə soyuq bir təbəssümlə izlədiyi proseslərin iki qardaş ölkənin münasibətlərinə xələl gətirə biləcək bir istiqamətdə inkişaf etməsi barədə mülahizələrin daha qabarıq müstəviyə yol almasına əsas verdi. Türkiyə rəsmiləri Ermənistanla diplomatik təmaslarının hansı məqsədlərdən qaynaqlandığının ciddi izahını vermədilər, daha dəqiq desək, verə bilmədilər. Sadəcə ənənəvi bəyanatlarla öz missiyalarını başa vurmuş hesab etdilər ki, bu da Azərbaycanın ictimai rəyində, xüsusilə də Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında maraqlı olan siyasi dairələrdə və kütləvi informasiya vasitələrində birmənalı qarşılanmadı. Ermənistanla əlaqələrini inkişaf etdirən AKP hakimiyyəti isə öz növbəsində daha çox daxili və beynəlxalq ictimai rəyin formalaşdırılmasına, toplumun Ankara-İrəvan ilişkilərinin gələcək inkişafı üçün hazırlanmasına, Türkiyə siyasətində Azərbaycan faktoruna xüsusi önəm verən mövqelərin mümkün qədər zəiflədilməsinə yönəlik təbliğat mexanizminin işə düşməsinə səy göstərdi... Ermənistan isə mövcud vəziyyətdən öz maraqlarının təmin edilməsi, o cümlədən Türkiyə-Azərbaycan münasibətlərində nəzərə çarpacaq ziddiyyətlərin yaranması üçün qarşılıqlı addımlar atmağa, stimullaşdırıcı bəyantlar verməyə başladı. Hətta Türkiyəyə münasibətdə sərt mövqe nümayiş etdirən neofaşist erməni qrupları, bu sırada liderlik edən daşnaksütunçular belə yumşaq açıqlamalarla kifayətləndilər. Hazırda Yaxın Şərqdə baş verən proseslər Türkiyə-Ermənistan münasibətlərindəki inkişafı ikinci plana keçirsə də, prosesin müəyyən zaman kəsiyindən sonra yenidən vüsət alacağı şübhə doğurmur. Türkiyədə isə fevralın 1-dən TRT-nin erməni dilində internet səhifəsi açılacaq, öncə radio, bir il ərzində isə televiziya yayıma başlayacaq. TRT Fransanın maliyyə dəstəyilə həyata keçirdiyi "İstanbul" layihəsini həyata keçirəcək, Türkiyə, Azərbaycan və Ermənistandan olan ekspertlər bir araya gətiriləcək, müxtəlif problemlər ətrafında fikir mübadiləsi aparacaqlar. Türkiyənin hökumət və qeyri-hökumət qurumlarının Ermənistandan olan həmkarlarıyla həyata keçirdiyi və keçirəcəyi layihələrin siyahısı isə kifayət qədər genişdir. Bu sırada bir çox ortaq layihələrin gerçəkləşdirilməsi də nəzərdə tutulub: Film çəkilişindən musiqi albomlarının hazırlanmasınadək... Hələ qeyri-hökumət qurumlarının, iş adamlarının, kütləvi informasiya vasitələrinin media sahəsində, sosial, iqtisadi, mədəni, ekoloji və s. məsələlər müstəvisində həyata keçiriləcəkləri "proje"lərdən yazmıram... Bütün bunlar Türkiyə-Ermənistan münasibətlərində bir çoxlarımız üçün gözlənilməz olan irəliləyişlərin gün işığına çıxarılan elementləridir. Bəs Türkiyə-Azərbaycan münasibətlərilə bağlı gerçək durum nə yerdədir? Azərbaycan-Türkiyə diaspor qurumlarının birgə fəaliyyətilə bağlı nəzərdə tutulan layihələrin həyata keçirilməsindən başlayaq. Əldə etdiyimiz məlumatlara görə, bu sahədə mövcud olan durum heç də təqdim olunduğu kimi ürəkaçan səviyyədə deyil. Türkiyə-Ermənistan münasibətlərində nəzərə çarpan yeniliklər, diplomatik əlaqələrin inkişafı diaspor qurumlarının birgə fəaliyyətinin əsasını təşkil edən motivlərə ciddi zərbə vurub. Erməni diaspor qurumları isə bu vəziyyətdən yararlanmağa, bilavasitə Türkiyə ilə bağlı olan diaspor qurumları ilə əlaqələri genişləndirməyə çalışırlar. Qeyd edək ki, Türkiyə-Ermənistan əlaqələrin inkişafında maraqlı olan bir sıra xarici dairələr hər iki ölkənin diaspor qurumlarının arasında münasibətlərin qurulması və genişləndirilməsi üçün müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdırlar. AKP hakimiyyəti də bu məsələdə Avropa Birliyinə üzv olan bəzi aparıcı dövlətlərdən və beynəlxalq təşkilatlardan az maraqlı görünmür. Türkiyənin lobbiçilik siyasətini idarə edən bəzi şəxslərin qənaətinə görə, qondarma soyqırım ilə bağlı erməni diasporu rəsmi İrəvandan daha aqressiv mövqe nümayiş etdirdiyi üçün bu istiqamətdə də diplomatiya və "xalq diplomatiya"sı elementlərinin tətbiqinə ehtiyac var. Təbii ki, İrəvanın qondarma soyqırım məsələsində erməni diasporası ilə razılaşdırılmış ikili oyun oynadığını Ankarada da anlamamış deyillər... Görünür, hər kəs sadəcə öz oyununu oynayır. Bir müddət öncə Türkiyə-Azərbaycan münasibətlərinin əsas istiqamətlərindən biri kimi təqdim edilən ortaq türkcə məsələsi də artıq arxa plana keçirilib. Türkiyədən Azərbaycan türkcəsində yayımlanan məlumatların böyük əksəriyyətinin iki qardaş ölkə arasındakı münasibətlərə demək olar ki, heç bir aidiyyatı yoxdur. Nəinki münasibətlərə, çağdaş Türkiyə və Azərbaycan türkcəsinə də həmçinin... Bu internet səhifəsinin dili Osmanlı dövrünü xatırladır: ""Dübarə" (bir daha), "cümhurrəis (prezident)", "Beynəlxalq Pul Fondu" (Beynəlxalq Valyuta Fondu), "BMT Əmniyyət Şurası" (BMT Təhlükəsizlik Şurası), "BMT Əhdnaməsi" (BMT Nizamnaməsi) və s..." Bu internet səhifəsində yer alan cümlələr isə ən yaxşı halda lətifə predmetinə çevrilə bilər: "Beynəlxalq ictimaiyyət bu sahədə təcili addımlar qoymalıdır", "İsrail hava qüvvələri Qəzza Zolağına bir həftə müddətlə bomb yağdırdıqdan sonra, zəmini qüvvələrinin də Qəzza Zolağına daxil olması, bir çox insanı çaşırtdı"... Belə nümunələrin sayını artırmaq olar, ancaq buna, zənnimcə bir o qədər də ehtiyac yoxdur. Dilimizdə işlənməyən fars və ərəb mənşəli sözlərin hesabına "ortaq türkcə" yaratmaq istəyənlərin "kəşf"lərilə tanış olmaq üçün www.trtazerbaycan.com səhifəsinə müraciət etmək yetərlidir. Elə Azərbaycanda da ortaq türkcə ilə bağlı müzakirələr gündəmdən çıxmaq üzrədir. Milli Teleradio Şurasının Türkiyə türkəcində olan seriallara və proqramlara məlum qadağasından sonra bu mövzuda fəallıq nümayiş etdirənlərin sayı xeyli azalıb. Ola bilsin ki, söhbət məhz ORTAQ TÜRKCƏdən getdiyi üçün. Çünki Türkiyə telekanallarında Azərbaycan türkcəsində hər hansı bir filmin yayımlanması faktına hələ ki, rast gəlinməyib... Ola bilsin ki, qeyd olunan məqamlar qardaşlıq və dostluq haqqında verilən bəyanatların fonunda nəzəri baxımdan Türkiyə-Azərbaycan münasibətlərinə təsir edəcək qədər əhəmiyyətli görünməsin. Ancaq yaranmış boşluqlar və xüsusilə də xarici siyasətdə nəzərə çarpmaqda olan uzlaşdırılmamış məqamlar narahatlıq doğurmaya bilməz. Bəlkə də proseslərin daha dərin qatları barədə ətraflı bilgiyə malik olmadığımızdan bir sıra məsələlərə gerçəkliyə tam uyğun gəlməyən münasibət sərgiləyirik. Bütün hallarda "ictimai rəy" olduqca həssas və xüsusi diqqət tələb edən bir anlayışdır. Bu baxımdan, Türkiyə-Azərbaycan münasibətlərində yarana biləcək boşluq siyasi, iqtisadi və mədəni müstəvidə yad orqanizmlərin inkişafını stimullaşdıra, bölgədə hegemonluq iddiasında olan qüvvələrin daha sərbəst nəfəs almalarına imkan yarada bilər. Ermənistanla perspektiv əlaqələr və rəsmi İrəvanla diplomatik ilişkilərin inkişafından Türkiyənin nələrsə əldə edə biləcəyi inandırıcı görünmür. Bu proseslərdən Ermənistanın yararlanacağını xatırlatmağa isə lüzum görmürəm. Avrasiyanın "ortaq dili" barəsində düşünənlərin isə öncə türkcə danışmağı yadırğamaması daha yaxşı olardı. Yoxsa, dədə-babalarına məxsus kəlamları "türkün sözü" kimi təqdim edənlərin sayı öz milli mənsubiyyətilə qürur duyanları üstələyəcək.
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio