Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
“Rusiya istəyir ki, Azərbaycan onların layihəsini dəstəkləsin. Amerika isə “Nabucco”da iştirakımıza tərəfdardır” Rusiya ilə Ukrayna arasında Avropaya ötürülən təbii qazla bağlı yaranan gərginlik “Nabucco” layihəsini daha da aktuallaşdırıb. Artıq Xəzər hövzəsindən çıxarılan təbii qazın Avropanın enerji təhlükəsizliyindəki rolunu ön plana çıxarıb. Maraqlı tərəflər çoxdur və bütün Avropa bu layihəni reallaşdırmaq üçün imkanlar axtarır. Yanvarın sonunda Budapeştdə Azərbaycan, Türkiyə, Türkmənistan, Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan, Almaniya və ABŞ-ın hökumət nümayəndələrinin iştirakı ilə beynəlxalq enerji sammiti keçiriləcək. Sammitdə “Nabucco” ilə bağlı danışıqların sürətlənməsi, maliyyələşmə və qaz nəqli məsələləri müzakirə olunacaq. Tanınmış neft mütəxəssisi, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov Lent.az-a müsahibəsində Avropanı bürüyən qaz böhranı və onun həllində Azərbaycanın mümkün iştirakı barədə danışıb: - Əslində, Ukraynadan başlayan qaz böhranının kökü çox dərindir. Bu məsələ təkcə Ukraynanın özünün üzləşdiyi problemindən yox, həm də geosiyasi problemlərdən ibarətdir. Artıq Azərbaycan enerji daşıyıcılarının Avropaya çatdırılması əsas istiqamətlərdən birinə çevrilir. Bu isə təbii olaraq, “Nabucco”nun tezləşdirilməsi məsələsini gündəmə gətirir. - Sizcə, Yaxın Şərqdəki müharibənin bu proseslərə təsiri varmı? - Əlbəttə, var. Qəzzadakı vəziyyət xüsusən son vaxtlar neftin qiymətinin bahalaşmasına bir qədər təkan verir. - Bəs, Avropadakı qaz böhranı, problemin həlli istiqamətindəki danışıqlar Azərbaycanın iqtisadi siyasətində hansısa dəyişikliyə gətirib çıxara bilərmi? - Elə də ciddi dəyişiklik olmayacaq. Lakin Avropadakı qaz böhranı Azərbaycanın “Şahdəniz” yatağından nəql edilən mavi yanacağın həcminin artırılması məsələsini də gündəmə gətirib. Bu isə Azərbaycanın Avropanın enerji bazarlarında iqtisadi rolunu artıra bilər. Artıq Ukrayna-Bolqarıstan marşrutu ilə Türkiyəyə ötürülən qazın nəqli 2 gündür dayandırılıb. İndi alternativ vasitələr axtarmağa başlayan Türkiyə “Şahdəniz” yatağından əlavə qaz almaq istəyir. Yəqin ki, digər ölkələr də Azərbaycandan qaz almaq imkanlarına yenidən baxacaq. - Sənaye və energetika naziri Natiq Əliyev mətbuata açıqlamasında “Nabucco”nun reallaşmasının bir qədər çətin olduğunu deyib. Siz necə fikirləşirsiniz? - Kimin razı, yoxsa narazı olmasından asılı olmayaraq, “Nabucco” layihəsi reallaşacaq. Çünki bu layihədə varlı və güclü Avropanın böyük marağı var. Amma “Nabucco” kəmərinin hansı ölkənin qazı ilə təchiz ediləcəyi məsələsi sual doğurur. Azərbaycan bu layihədə hətta iştirak etsə belə, bizim təbii qaz ehtiyatımız “Nabucco” üçün kifayət etmir. Lakin Türkmənistan, Qazaxıstan, hətta İraqın da iştirakı ilə bu layihəni reallaşdırmaq mümkündür. Bu yaxınlarda İran da “Nabucco” layihəsinə qoşula biləcəyinə dair təkliflərini verib. Yəni konkret olaraq hansı mənbədən qazın bu boruya daxil olacağı sual doğurur. Ancaq mənə elə gəlir ki, bu layihənin reallaşma ehtimalı çox böyükdür. - Hətta Azərbaycan layihədə iştirak etməsə də? - Azərbaycan bu layihədə iştirak etsə belə, bu qaz xəttinin doldurulması üçün böyük miqdarda qaz verə bilməyəcək. Təhlillər onu göstərir ki, ən yaxşı halda “Nabucco” 2013-cü ilin birinci yarısında istismara verilə bilər. O zaman isə Azərbaycan ən çoxu 3-5 milyard kubmetr qaz vermək imkanına malikdir. Bundan artığına gücümüz çatmayacaq. Çünki Azərbaycanda hasilat qrafikləri var. İşlərin genişləndirilməsi belə planlaşdırılır ki, Azərbaycan əvvəlcə öz tələbatını ödəməlidir. Üstəlik, Gürcüstan və Türkiyənin təbii qaza olan tələbatını da Azərbaycan ödəyəcək və bu tələbat böyük miqdarda təmin edilməlidir. Çünki Azərbaycan hökumətinin Gürcüstan və Türkiyə ilə müvafiq razılaşmaları var. Ona görə də “Nabucco”ya ötürüləcək qazın həcmi o qədər də böyük ola bilməz. - Bəs, onda Rusiya və Amerika Azərbaycanı niyə öz tərəfinə çəkmək istəyir? - “Nabucco” daha çox iqtisadi deyil, siyasi layihədir. Məqsəd Xəzər regionunun enerji resursları üzərində nəzarəti ələ almaqdır. Ona görə də Rusiya istəyir ki, Azərbaycan onların layihəsini dəstəkləsin. Amerika isə əksinə, Azərbaycanın “Nabucco”da iştirakına tərəfdardır. - Son proseslər göstərir ki, Azərbaycan hökuməti “Nabucco”dan imtina edib, Rusiyanın layihəsində iştiraka üstünlük verir. Bu, realdırmı və nəyə gətirib çıxara bilər? - Sualınızın birinci hissəsinə belə cavab vermək olar ki, Azərbaycanın öz qazını Rusiyaya satması realdır. Çünki Azərbaycanı iqtisadi cəhətdən Rusiyaya bağlayan çoxlu amillər var. Bu ölkə ilə Azərbaycanın ticarət dövriyyəsi Amerikadakından çoxdur. Sualın ikinci hissəsinə gəlincə, məncə, “Şahdəniz” qazının Rusiya bazarlarına çıxarılması Azərbaycanın xeyrinədir. Ona görə ki, bu, diversifikasiyadır, yəni satış bazarının şaxələnməsi. Şaxələnmiş bazar isə indi vəziyyətdə manevr etmək üçün əlavə imkanlar yaradır. - Türkiyə də Avropa Birliyini “Nabucco”ya vaxtında dəstək verməməkdə qınayır... - Mən də bu fikirlərlə qismən razıyam. Avropa İttifaqı “Nabucco” layihəsini vaxtında dəstəkləsəydi, indi Rusiyadan bu qədər asılı vəziyyətə düşməzdi. Son hadisələr Avropanın qaz konsepsiyasının düzgün olmadığını göstərir. Halbuki, “Nabucco”nun reallaşması ilə bağlı demək olar ki, çatışmayan heç nə yoxdur. Sadəcə, oturub, hər şeyi bir daha konkret müzakirə etmək və tikintiyə başlamaq üçün razılığa gəlmək lazımdır. Bunun üçün lazımi miqdarda pul tapmaq da olar. Lakin əsas məsələ oradan göndəriləcək qazın qiymətlərini Rusiyanın tarif siyasəti ilə uzlaşdırmaqdır. Layihənin reallaşması üçün lazım olan siyasi iradə nümayiş etdirilməlidir. Amma həm də nəzərə alaq ki, bəzi ölkələr belə bir siyasi iradə nümayiş etdiriblər. ABŞ-ın dövlət katibi Kondoliza rays “Nabucco” layihəsini reallaşdırmaq üçün bir neçə ay əvvəl Qazaxıstana gəlmişdi. Amerikanın başqa rəsmiləri, “Nabucco”da iştirak edən dövlətlərin nümayəndələri də Bakıda danışıqlar aparıblar. Lakin bütövlükdə Avropa ölkələrinin “Nabucco”ya verdiyi dəstək kifayət deyil. - Beynəlxalq Valyuta Fondu 2009-cu ildə neftin orta qiymətinin 75 dollar olacağını proqnozlaşdırır. Bu, nə dərəcədə realdır? - Hamı bilir ki, dünyada baş verən qlobal iqtisadi böhran 2009-cu ilin sonunadək davam edəcək. Elə beynəlxalq iqtisadi təşkilatların da proqnozu belədir. Ona görə də 2009-cu il ərzində neftin qiymətinin 75 dollaradək bahalaşması inandırıcı görünmür. Amma OPEK-in siyasətindən asılı olaraq, bu mümkün ola bilər. Yəni OPEK son aylardakı kimi, birjalarda gedən proseslərə operativ reaksiya versə və qərarlarını buna uyğunlaşdırsa, neftin orta illik qiymətinin 75 dollara satması mümkündür. Bunun üçün OPEK neft hasilatını da davamlı olaraq azaltmalıdır. Elxan SALAHOV LENT.AZ
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio