ABŞ konqresmeni SEPAH-a zərbə endirməyə və İrana qarşı iqtisadi təzyiqi artırmağa çağırıb
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İraq Ceyhan istiqamətində neft ixracının həcmini artırmağı planlaşdırır
Vens: İranın ABŞ-ın iqtisadi təzyiqinə nə qədər tab gətirəcəyini proqnozlaşdırmaq çətindir
Danimarka iranlı mollanın ölkəyə girişinə qadağa qoydu
ABŞ maliyyə naziri: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ehtimalı azdır
Təbrizdə nəqliyyat problemi - Köhnə taksilərin sayı açıqlandı
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına
ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
"Hüsnü Mübarəkin başına pul qoyulması rəsmi Tehranın daha çox təklənməsinə yol açacaq" İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") nəzdində fəaliyyət göstərən "Bəsic" (rejim tərəfdarı olan könüllülər dəstəsi) təşkilatının tələbələr qanadı yanvarın 5-də Misir prezidenti Hüsnü Mübarəki qətlə yetirə bilən şəxsə 1 milyon dollar mükafat verəcəyi barədə bəyanat yayıb. "Bəsic" təşkilatı mükafatın təyin edilməsinin Misir hökumətinin sərhədyanı Rəfəh keçid məntəqəsini Qəzza bölgəsindəki fələstinlilərin üzünə bağlamasıyla əlaqədar olduğunu bildirib. Bəyanatda deyilir: "Beynəlxalq terrorçu Hüsnü Mübarəki dünyanın hər bir nöqtəsində qətlə yetirə bilən şəxsə 1 milyon dollar mükafat veriləcək". Tehranda Qəzzaya göndəriləcək könüllülərin səfərbərliyilə məşğul olan Beynəlxalq İslam Şəhidləri Hərəkatının rəsmisi Fəruz Rəcayi isə jurnalistlərə açıqlamasında Misir prezidenti Hüsnü Mübarəkin qətli üçün mükafat qoyulmasını dəstəkləyərək lazım olsa, mükafat miqdarının daha da artırıla biləcəyini bildirib. Tural Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İranın bu çağırışlarının vəziyyəti gərginləşdirdiyini vurğuladı. Onun sözlərinə görə, belə çağırışlar rəsmi Qahirə ilə Tehran arasında olan soyuq münasibətləri daha da gərginləşdirib pik həddinə çatdıra bilər. Onsuz da, Misir ilə İran arasında olan münasibətlər uzun müddətdir ki, kifayət qədər pisdir. Əgər bu terrorçu çağırışları İran rəhbərləri də dəstəkləsə, demək iki ölkə müharibə həddinə çatacaq: "Mən bu proseslərin arxasında İranın müəyyən hakimiyyət dairələrinin dayandığını, belə bəyanatların daxili ziddiyyətlərdən irəli gəldiyini düşünürəm. Beynəlxalq təzyiqin artması perspektivi, gələn il İranda keçiriləcək prezident seçkiləri bu ölkədə daxili ziddiyyətləri kəskinləşdirib. Həmin ziddiyyətlər isə zaman-zaman müxtəlif formalarda özünü göstərir. Aqtıq 40 ilə yaxındır ki, Misirə rəhbərlik edən, həm Qərb, həm də Ərəb dünyasında böyük nüfuzu olan Hüsnü Mübarəkə qarşı terrorçu çağırışlar qəribə təəssürat yaradır. Sanki rəsmi Tehran özünün sağlam məntiqini itirir. Misir rəhbərliyini öz əleyhinə çevirmək İranın rəhbərlərinə baha başa oturacaq. Qeyd edim ki, iki ölkə arasında münasibətlərinin daha da gərginləşməsini Misir və İran mətbuatında da görə bilərik. Hər hansı bir dövlətin başçısına qarşı belə həqarətli çıxış yeni qarşıdurmaya yol açmış olur. Misirin Qəzza ilə sərhədləri bağlı saxlamasına tənqidi münasibət bəsləmək olar. Çünki bu qərar fələstinlilərə humanitar yardımın çatdırılmasına əngəl oldu. Amma terrorçu çağırışlar edərək Hüsnü Mübarəkin başına pul qoymaq İrana başucalığı gətirməyəcək və belə addımlar rəsmi Tehranın beynəlxalq aləmdə daha çox təklənməsinə yol aça bilər". Elxan Şahinoğlu onu da vurğuladı ki, İranın hakim dairələri istəsəydilər, bu tip açıqlamaların qarşısını ala bilərdi. Deməli, belə fikirlərin səsləndirilməsi rəsmilərin də maraqlarına uyğundur. Görünür Misirin Qərb dünyasıyla əlaqələrinin genişlənməsi və rəsmi Qahirənin Tehrana tənqidi yanaşması belə çağırışların stimullaşdırılmasına rəvac verib. Vaxtilə Salman Rüştü "Şeytan ayələri" kitabını yazanda İranın dini lideri oxşar açıqlama yayıb və onun başına pul qoyub. İslama həqarətlə yanaşan Salman Rüştüdən fərqli olaraq, Misir prezidenti Hüsnü Mübarək haqqında belə sərt fikirlərin səsləndirilməsi düzgün addım sayılmır. Bu daha çox terror çağırışlarına bənzəyir. Fikrimcə, yaxın günlərdə İran prezidenti bu məsələyə rəsmi münasibət bildirməsə, iki ölkə arasında münasibətlər müharibə həddinə çata bilər. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri ərəb dünyasında həmrəylik probleminin hökm sürdüyünü vurğuladı. İsrail Qəzza bölgəsini bombalamağa başlayandan sonra bu addıma ərəb ölkələrindən birmənalı reaksiya gəlmədi. O, dövlətlər, siyasi qüvvələr İsraili çox sərt tənqid etdilər ki, onların terrorçu "Həmas"la iş birliyi var və bu təşkilatı dəstəkləyirlər. Belə ölkələr isə Suriya və İran oldu. Amma Səudiyyə Ərəbistanı, İordaniya rəsmi Təl-Əvivin addımlarına sərt reaksiya vermədilər. Bu da onunla bağlıdır ki, əslində terrorçu "Həmas"ın siyasi meydandan yox edilməsi onların da maraqlarına uyğundur. Bu ölkələr daha çox Fələstin muxtariyyətinin hazırkı rəhbəri Mahmud Abbasla təmaslar qururlar və onu dəstəkləyirlər. Elxan Şahinoğluna görə, terrorçu, İranın nəzarətində olan "Həmas"ın fəaliyyətinin dayandırılması elə "Fəth" hərəkatının, Mahmud Abbasın maraqlarına cavab verir: "Ərəb dünyasında sadə insanlar arasında bu qırğınlar pislənir. Reallıq isə budur ki, "Həmas"ın zəiflədilməsi əksər ərəb ölkələrinin və Mahmud Abbasın xeyrinədir. Dünya bu savaşdan sonra xüsusi bir siyasi mərəhələyə qədəm qoyacaq, bölgədə atəşkəs bərpa olunacaq. Hətta Qəzzaya beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi də aktual ola bilər. Çox güman ki, İsrail hakimiyyəti Qəzza bölgəsində nəzarəti artırsa da, sonradan bu nəzarətin Mahmud Abbas tərəfdarlarına keçməsinə razılaşa bilər. Bu da terrorçu "Həmas"ın əsas rəqiblərindən sayılan Mahmud Abbasın xeyrinə işləyən amildir. Onu da xatırladım ki, Misirin "Həmas"la olan problemləri səbəbindən Hüsnü Mübarək Qəzza bölgəsilə sərhədləri bağlı saxladı. Yəni, ərəb dünyası ilə İsrail arasında 50 illik qarşıdurmada bəlkə də ilk dəfə göründü ki, ərəb ölkələrinin bir qisminin maraqları İsrailin maraqlarıyla üst-üstə düşür".
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Ərdəbildə üç məhbus edam edildi
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
Təbrizli rejissor Babək Xurrəmdinə görə qınanıldı
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəlişlə bağlı bildiriş göndərib
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
Qətər üç iranlı pilotun əsir götürülməsi iddiasını rədd etdi