SON XƏBƏRLƏR

Fətullah Gülən Fələstinə 10 min dollar yardım etdi

2021.10.20, 07:36
Fətullah Gülən Fələstinə 10 min dollar yardım etdi

Gunaz.tv
Fətullah Gülən Fələstinə 10 min dollar yardım etdi Türkiyədə "Kimse Yokmu?" dərnəyinin Qəzza üçün təşkil etdiyi kömək kampaniyasına Fəthullah Gülən də qatılıb. O, kampaniyaya 10 min dollar pul verib. QayNar: "Kimse Yokmu?" dərnəyi İdarə heyəti başçısı Mehmet Özkara, yaralıların təcili əməliyyat edilməsi üçün nəğd pula ehtiyac olduğunu bildirib. Özkara, dərnəyin başlatdığı kampaniyaya www.kimseyokmu.org.tr ünvanından kredit kartıyla hədiyyə edilə biləcəyini də bildirib. Türkiyədə mobil telefonlardan da sms göndərib, Fələstinə yardım etmək də mümkündür. Qurumun rəsmi internet saytında Türkiyə vətəndaşlarına müraciət də edilib: ""Kimsə Yokmu?"" dərnəyi bir daha fədakar Türk insanını, bombalar altındakı Fələstinli qardaşlarımız üçün köməyə çağırır." deyə, yazılıb. Artıq kampaniyaya xeyli sayda insan qoşulub. Dərnək artıq ilk yardımlarını Qəzzaya göndərib.// Şəmsi Abbasov, QayNar

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar