Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
İran rəhbərliyi üçün qanun məşğuliyyət olaraq qalmaqdadır S.SƏDRƏDDİN İran hakimiyyətinin insanlara verdiyi boş vədlərə etiraz artmaqdadır. İslam Respublikası rəhbərliyi inadından dönməyərək ölkə vətəndaşlarını çörəklə imtahana çəkir. Bu özünü Güney Azərbaycanda daha aydın göstərməkdədir. "Azadtribun"da "Güneydən xəbərlər" başlıqlı xəbərlərdə də bundan bəhs edilir. "HİZBULLAH"çı DA HAKİMİYYƏTDƏN GİLEYLƏNİR Tehran hakimiyyətinin vuran qollarından biri də "Ənsari-hizbullah" adlı basqı qrupudur. İş o yerə çatıb ki, bu dəstənin təmsilçisi də Güney Azərbaycandakı sosial vəziyyətin ağırlığından şikayət edir. "Ənsari-hizbullah"ın Təbrizdəki təmsilçisinin Şərqi Azərbaycan valisinə ünvanladığı müraciətdə deyilir: "Hər nə olursa olsun, bu məktubu sizə yazıram. Ümid edirəm ki, bunun təsiri olacaq və bu vasitə ilə mən imam Xomeyninin xəttinə, rəhbərə xidmət etmiş oluram. Cənab vali, mən sizə haradan yazım? Mən sizə şəhərin kənarında gecəqondu evlərdə göz yaşı içində gecəni səhərə çıxan, ədalət kəlməsini ac qarına tərcümə edən balaca uşaqlardan yazıram. Ayrı-seçkilik şallağının altında işsiz qalaraq utanıb ölüm arzulayan gənclərdən yazıram. Bilmirəm, bəlkə dövlətin fabrik və zavodlarını idarə edən ədalətsiz, cinayətkar rəhbərlərdən söz açım? Cənab vali, yumurta, kartof, ət, yağ, meyvə-tərəvəz və başqa məhsulların qiymətindən xəbəriniz varmı? Amma bunlardan xəbərdar olsanız, yaxşı olar. Televiziyada ərzaq malları reklamları yayılır. Bu zaman pulsuzluqdan ataların üzləri qızarır. Millətə təriflənən ədalət budurmu? Bu ədalət nəticəsində xalqın inqilaba, ruhanilərə və islama münasibəti bədbinləşib. Əmin olun ki, siz bu məktubu oxuyanda şəhərin kənarında yaşayan yoxsul ailələrin uşaqları bilmirlər aclığa dözsünlər, yoxsa qışın soyuğuna". Təbii qazı ilə dünyanı özünə cəlb etmək istəyən Tehran hakimiyyəti ölkə əhalisini "mavi yanacaq"la bu qış da təmin edə bilmir. Bu günlərdə Ərdəbil əyalətinə yağan qar və şaxtalı hava bölgə əhalisinin yanacaq sarıdan korluq çəkməsinə səbəb olub. Belə bir şəraitdə Meşgin şəhərində də təbii qaz kəsilib. Hakimiyyət təmsilçiləri bunun səbəbini əhalinin bu yanacaqdan çox istifadə etməsi ilə əlaqələndirirlər. Ancaq İslam Respublikasının təmsilçiləri bu il ölkənin soyuq bölgələrində təbii qazın verilməsində fasilələrin yaranmayacağına boyun olmuşdular. Bu kimi faktlar onu göstərir ki, Tehran hakimiyyəti vətəndaşlara verdiyi sözə əməl etməmək ənənəsini davam etdirməkdədir. Belə bir vəziyyətdə olan İslam Respublikası rəhbərliyi insanların ağır sosial durumundan bir toplumu aşağılamaq üçün yararlanır. GƏNC AİLƏNİN AĞIR HƏYATINDAN TEHRAN YARARLANIR "Baybak"ın yaydığı xəbər ölkə televiziyasında nümayiş etdirilən bir film barədədir: "İrqçi Tehran hakimiyyətinin yürütdüyü ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycan ağır iqtisadi durumdadır. Bu isə milyonlarla azərbaycanlının dədə-baba yurdlarını tərk edərək iş dalınca farsdilli adlanan bölgələrə köçməsinə səbəb olur. Bu günlərdə İranda yayımlanan filmlərdən birində çörək pulu qazanmaq ardınca başqa əyalətə köçmüş gənc azərbaycanlı ailəsindən bəhs edilir. 3 nəfərdən ibarət olan bu ailə Kirman yaxınlığındakı Kiyanşəhərə köçüb. Orada onlar mağaraya oxşar bir ev düzəldib ac-yalavac yaşayırlar. Bu dərd azmış kimi, həmin "ev"in yanından keçən farslar onları lağa qoyurlar: "Niyavaran (Tehran yaxınlığında varlıların yaşadığı ərazi, burada şahın sarayı da olub - S.S.) qəsrinə bax!" Filmdə göstərilir ki, həmin ailəni təhqir etmək istəyənlər onlara farsca "qaraçı" da söyləyirlər". Bunu yerli mütəxəssislər belə dəyərləndirirlər: "Güney Azərbaycan türkləri ilə bağlı bu sayaq filmləri nümayiş etdirməkdə hakimiyyətin niyyəti heç də mövcud sosial problemi araşdırmaq və onu həll etmək deyil. Əslində bu yolla hakimiyyət çalışır ki, ölkə vətəndaşlarının ürəyində rəhm hissini artırsın və rejimə bağlı xeyriyyə qurumlarının hesabına pul köçürülsün. Ölkə rəhbərliyi bir güllə ilə dörd hədəfə yetişir: - Azərbaycan türklərini iqtisadi cəhətdən də ayrı-seçkiliyə məruz qoyaraq onları davamlı surətdə çörəyə möhtac edir və yeməklə imtahana çəkir; - Onları televiziyada bu şəkildə göstərir, ağlayıb-sızlamağa məcbur edir; - Azərbaycan türklərinin insani və milli qürurlarını bu yolla sındırır; - Bu vəziyyətdən yararlanan Tehran insanların mərhəmət hissi hesabına varlanır". AZƏRBAYCANA GƏLƏNDƏ PUL TAPILMIR İslam Respublikasının rəhbərliyi Güney Azərbaycan ərazisində bir sıra layihələri maliyyə çatışmazlığı ucbatından dayandırıb. Ancaq bunu farsdilli sayılan bölgələrə şamil etmir. İRİB agentliyinin yaydığı xəbərə görə, yaxın günlərdə Şiraz tərəfdən dəmir yolunun tikintisinə başlanılacaq. 650 km uzunluğunda olacaq bu yol Şiraz - Buşəhr - Asaluyə marşrutudur. Fars əyalətinin başçısı Məhəmmədrza Rzazadə jurnalistlərə bildirib ki, ilkin mərhələdə dəmir yolunun tikintisinə 850 milyon dollar kredit ayrılacaq. Onun sözlərinə görə, əldə edilmiş razılığa əsasən, xərclərin 50 faizini İranın neft şirkəti öz boynuna götürüb. Adıçəkilən layihə başlanğıcını Şiraz - İsfahan dəmiryolundan, Məvrdəştdən götürəcək, sonra Şirazın Maharlu gölünün qərbi ilə Firuzabaddan keçərək Ehrama, Buşəhr əyalətinə doğru davam edəcək. Əyalət başçısının dediyinə görə, Şiraz - Buşəhr - Asaluyə dəmir yolunun tikintisi Fars əyalətinin inkişafı üçün atılan daha bir vacib addımdır. İran hakimiyyətinin təmsilçiləri çətinə düşdükdə Güney Azərbaycan şəhərlərinə səfərlər edir, yerli əhaliyə çeşidli vədlər verərək özlərini Azərbaycan türklərinə doğma göstərməyə çalışırlar. Azərbaycan Milli Hökumətinin yaranmasının 63-cü ildönümü ərəfəsində Təbrizə səfər etmiş İran prezidenti Mahmud Əhmədinijatın çıxışlarında da bu özünü göstərib. O, türkcə danışıb, təbrizlilərə Azərbaycanı vəsf edən şeiri əzbər deyərək bildirib ki, İslam Respublikasının əsas siyasəti milli (İran milləti nəzərdə tutulur - S.S.) və islami birliyi qorumaq, xalq arasında qardaşlığı, vəhdəti, sevgini möhkəmləndirməkdir. "Azərbaycanlılar və türklər bizim qardaşlarımız, dindaşlarımızdır. Bizim aramızı heç bir qüvvə vura bilməz", - deyə İranın hökumət başçısı bəyan edib. Azərbaycan türklərinin İran tarixindəki rolundan danışan Əhmədinijat bunları söyləyib: "Bu yurdun qeyrətli və hər sahədə qabaqcıl insanları ölkəmizin başucalığı uğrunda çox dəyərli xidmətlər göstəriblər. Qəhrəmanlıq dolu bu xidmət, xatirələr heç vaxt unudulmayacaq. İran Azərbaycan xalqı ilə fəxr edir". Hökumət başçısı azərbaycanlıların İran - İraq savaşında qəhrəmanlığını, ölkə həyatının çeşidli sahələrində, eləcə də elm, mədəniyyət, sənaye və başqa sahələrdəki qabaqcıllığını alqışlayıb. Amma baş verənlər bunun əksini, yəni Tehran hakimiyyətinin Güney Azərbaycana, o cümlədən Təbrizə ögey münasibət bəslədiyini sübut etməkdədir. Bunu aşağıda nəzərinizə çatdıracağımız məlumatlar da təsdiqləyir. Uzun sürən fasilədən sonra İslam Respublikası Güney Azərbaycanın Urmiya şəhəri yaxınlığında yerləşən eyniadlı gölün üzərindən körpü açıldığını elan etdi. Ancaq onun bu təntənəsi çox çəkmədi. "Baybak"ın məlumatına görə, Danimarkanın "COWI" şirkəti Urmiya gölünün üstündə körpü tikintisinin monitorinqini aparıb. Şirkət körpünün standartlara cavab vermədiyini bəyan edib. Qurum İran hakimiyyətinin müvafiq məsul şəxslərinə tikintinin düzgün aparılmaması ilə bağlı etirazını bildirib. Şirkət körpünün dayaqlarının təhlükəli olduğunu İslam Respublikası təmsilçilərinə çatdırıb. Ancaq Güney Azərbaycandakı bütün işlərə dırnaqarası baxan hakimiyyət danimarkalıların rəyini nəzərə almayıb. Ona görə də şirkət bölgəni tərk edərək məsuliyyətin İran rəhbərliyinin üzərinə düşdüyünü bildirib. Yerli müşahidəçilər və mütəxəssislər də körpünün standartlara uyğun aparılmadığını, habelə keyfiyyətsiz betonun duzlu suya davam gətirməyəcəyini, istifadə olunan metal məhsullarının çürük olduğunu söyləyiblər. Onların fikrincə, körpünün bir hissəsi istismara verilsə də, bu iş yarımçıqdır. Bu suüstü yol keçidinin istismara verilməsini İran prezidenti Mahmud Əhmədinijat çəkinmədən "zəfər" adlandırıb. Mənbənin məlumatına əsasən, bu körpünün tikintisi üçün 30 il öncə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb. Ancaq ötən illər ərzində həmin maliyyə vəsaiti yarımçıq qalmış başqa işlərə xərclənib. Halbuki hakimiyyət Qərbi Azərbaycan əyalətinin əhalisinə körpünün 23 ilə təhvil veriləcəyini boyun olmuşdu. Xatırladaq ki, ötən ayın ortalarında hakimiyyət bu su hövzəsinin üzərində "iri körpünün inşasının başa çatması" barədə məlumat yayıb. İran mənbələrinin bildirdiyinə görə, bu tikilinin uzunluğu 2276 metr olacaq. Bu körpü Təbrizlə Urmiya arasındakı 245 km-lik məsafəni 120-yə qədər endirəcək. İranın yol və nəqliyyat naziri Həmid Bəhbəhaninin sözlərinə görə, tikilinin başa çatdırılması üçün əlavə olaraq 20 milyon dollar kredit lazımdır. Xatırladaq ki, hələ 2005-ci ilin dekabrında Təbriz - Urmiya şosesi layihəsinin rəhbəri Mahmud Nəvidi bu tikinti obyektində, o cümlədən Urmiya gölünün üzərindən inşa olunacaq körpüdə işlərin gedişatı ilə maraqlanmaq üçün ərazidə olmuş və demişdi ki, layihə çərçivəsində indiyədək 49,5 milyon dollar xərclənib, layihənin 40 faizi yerinə yetirilib və bütövlükdə işlərin başa çatması üçün 115,6 milyon dollara yaxın vəsait lazımdır. M.Nəvidi qeyd etmişdi ki, son zamanlar layihənin gerçəkləşməsi maliyyə vəsaitinin çatışmazlığı ucbatından dayanmışdı. Bununla bağlı Qərbi Azərbaycan əyaləti icra başçısı ölkə prezidentinə bu vacib nəqliyyat layihəsinin maliyyə probleminin həlli barədə müraciət edib. Onun sözlərinə görə, prezident Mahmud Əhmədinijat işlərin qısa müddətdə başa çatması üçün lazımi vəsaitin ayrılması haqda göstəriş verib. M.Nəvidinin o zaman dediyinə görə, bu layihə 2007-ci ilin martınadək hazır olmalıdır və layihənin başa çatması üçün 66 milyon dollar ayrılıb. M.Nəvidi demişdi ki, tikinti işləri sürətlə gedir. Tikintinin sürətləndirilməsi üçün yol beş sahayə ayrılıb. Ən vacib sahə Urmiya gölünün üzərində tikiləcək körpüdür. Hazırda burada daxili beton dayaqların quraşdırılması işi gedir. Tikinti işləri başa çatdıqdan sonra həmin yolla 17 minə yaxın avtomobil hərəkət edəcək. Bu tikintinin iqtisadi cəhətdən önəmi böyükdür. Adıçəkilən marşrutda layihə işləri başa çatdıqdan sonra Qərbi Azərbaycanla Şərqi Azərbaycanı birləşdirən, başqa sözlə, Urmiya ilə Təbriz arasındakı yolun uzunluğu 260 km-dən 121 km-dək qısalacaq. Mütəxəssislərin dəyərləndirməsinə görə, 15 illik istismar müddəti ərzində bu yol 303 milyon dollarlıq yanacağın qənaətinə səbəb olacaq. Bu sahə ilə məşğul olan yerli icraçıların bildirdiyinə əsasən, həmin layihələr maliyyə çatışmazlığı ucbatından tikilib başa çatmır. Təbriz - Urmiya arasındakı yol layihəsi də uzun illərdir öz həllini gözləyirdi. Danimarkalı mütəxəssislərin rəyi isə Tehran hakimiyyətinin "zəfər" adlandırığı işin keyfiyyətini göstərdi. Başqa bir xəbərdə isə bildirilib ki, Hicri-Günəş təqvimi ilə ilin 9 ayı ötəndən sonra Güney Azərbaycanın Ərdəbil əyalətində həyata keçirilən layihələrin çoxu dayandırılıb. Yaxud onların birdəfəlik ləğv olunması təhlükəsi var. "Baybak"ın məlumatına görə, bu layihələri məhrumiyyət içində olan Ərdəbil əyalətinə Əhmədinijat hökumətinin "hədiyyəsi" də adlandırırdılar. Ancaq təəssüflər olsun ki, Miyana - Ərdəbil dəmir yolu, Biləsuvarda neft hasilatı, Xalxalda sement zavodunun bərpası və s. layihələr dayandırılıb. Bu layihələrə ayrılan maliyyə vəsaitinin azlığı və həmin planları həyata keçirən şirkətlərin tələblərinin ödənilməməsi işlərin dayandırılmasına səbəb olub. Bu, Ərdəbildəki neft-kimya zavodunun tikintisi layihəsinin də gerçəkləşməsinin üzərinə kölgə salıb. Halbuki Əhmədinijat hökuməti bununla bağlı geniş təbliğat kampaniyası aparmışdı. Həmin planın həyata keçməsi üçün 50 milyon dollar məbləğində maliyyə vəsaitinin ayrıldığı bildirilirdi. Bundan başqa orada 4 il ərzində 100 nəfərin çalışacağı planlaşdırılmışdı. Amma bu təbliğatın qarşılığında zavodun tikintisinə 3 milyon dollar ayrılıb. Ərdəbil şəhərində yerləşən, Orta Şərqdəki iri parça fabriklərindən biri sayılan "Savalan" adlı müəssisə də artıq müflisləşib. Bu fabrikdə çalışan mindən çox işçi işsiz qalma təhlükəsi ilə üz-üzədir. Onlar gələcək talelərindən narahatdır. "Savalan"da çalışan işçilərdən biri İRNA xəbər agentliyinə bunları deyib: "Təcrübələr göstərir ki, bir fabrik müflisləşəndə oranın rəhbərliyindən qanun əsasında heç nə tələb etmək olmur. Bu isə işçilərin haqqının tapdanması ilə nəticələnir". Məlumata görə, "Savalan" fabrikinin bu ağır vəziyyətə düşməsinə səbəb hakimiyyətin son zamanlar Çindən həddən artıq və ucuz parça almasıdır. Bununla yanaşı, ölkə rəhbərliyi fabrikin müflisləşməsinin qarşısını almaqdan ötrü bir iş görmür.
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio