NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İraqda türk dili rəsmi dil kimi qəbul olunur, İranda isə fars rejimi soydaşlarımızın ana dilində danışmasını qadağan edir Son günlər İrandan narahatedici məlumatlar gəlir. Sanki fars rejiminin ömrünün axırıdır və o da qızışdığından heyfini millətdən, xüsusən, Güney Azərbaycan türklərindən çıxır. Fars şovinist rejiminin belə hiddətlənməsinin səbəbi nədir? Niyə yenə Azərbaycan türkləri hədəfə götürülüblər?. Farslar türk qanı tökməkdən, türkü repressiyalara məruz qoymqdan doymayıblar? Axı biz farsa nə etmişik? Təbriz Quzeyli Azərbaycan türkünün qanı- canı bahasına dövlət qurulub farsın dövləti sayılıb, ondan da ən çox fars yararlanıb. Tarix boyu türk təkcə özünü deyil, farsı da xarici hücumlardan qurtarıb. Təkcə XX əsrdə-1906-1911-ci il, 1921-ci il, 1946-cı il, 1952-ci il, 1979-cu illərdə farslar (istər Pəhləvi, istərsə də islamçı adlanan fars şovinizmi) yüz minlərlə Azərbaycan türkünü qətlə yetiriblər, soyqırım siyasəti həyata keçiriblər. Bu dəfə də farsın türkə qarşı repressiyası təkrarlanır. Bunun səbəbi də odur ki, fars rusun, ingilisin dəstəyilə hakimiyyəti türkün əlindən almasını unutmayıb. Düşünür ki, əgər dövran tərsinə çönsə, dünya farsla yox, Azərbaycan türkü ilə dil tapmağa çalışacaq. Məhz buna görə fars rejimi Azərbaycan türkünü, milli fəalları, milli təşkilatları yox etməyə, zəiflətməyə çalışır. ... Demokrat Barak Obamanın ABŞ prezidenti seçilməsi Orta Şərqdə yeni dəyişiklər olacağından xəbər verir. Bu dəyişikliklərin əvvəl-axır İranı da öz ağuşuna alması qaçılmazdır. Hindistan-Pakistan münasibətlərinin kəskinləşməsi fonunda Birləşmiş Ştatların qoşunlarını İraqdan çıxarıb Əfqanıstana yerləşdirməsi göstərir ki, Vaşinqton Orta Şərqdə aktivliyini azaltmayacaq. Bu proseslərin hansı istiqamətdə getdiyini indidən söyləmək çətin olsa da, bir o məlumdur ki, yalnız öz hakimiyyətini uzatmaq haqqında düşünən fars rejiminin Vaşinqtonla gizli danışıqlara getməsi üçün istinadların (məsələlərin, variantların) sayı azalır. Nəticədə isə nə dini rəhbər Əli Xamneyi, nə də ki prezident Mahmud Əhmədinejad respublikaçıların zamanında olduğu kimi Birləşmiş Ştatlarla hədəylə, "Şahab"larla qorxutmaq yolu ilə danışa bilməyəcəklər. Yəqin ki, Xübreqan Bill Klintonun zamanında olduğu kimi "islahatçı" prezident Məhəmməd Xatəmini ortaya çıxardığı kimi indi də oxşar addımlara əl atmaq haqqında düşünür. Yenə də İranın yeni, yəni 2009-cu ilin iyununda seçiləcək prezidenti "mədəniyyətlər arası dialoq" kimi ideyalarla ortaya çıxmalı, Birləşmiş Ştatların təzyiqlərini neytrallaşdırmalıdır ki, fars rejiminin hakimiyyətini uzatsın. "Dişlərində şirə qalıb". Xatırladaq ki, 1997-ci ildə Məhəmməd Xatəminin prezident "seçən" dini rəhbər, ayətullah Xamneyi, Xübreqan, Nəzarət Şurası Vaşinqtonun ağzını dağa saldığını düşünürdülər. Əslində isə fars rejiminin öz hakimiyyətini itirmək qorxusu və buna görə də hər cür gizli razılaşmalara getməyə razı olması Birləşmiş Ştatların həm İraqı, həm də Əfqanıstanı sürətlə işğal etməsinin ən mühüm amillərdən biriydi. Əgər tarixi araşdırsaq, məlum olar ki, Corc Buş İran haqqında verdiyi sərt bəyanatları heç Səddam Hüseynin hökmranlıq etdiyi İraq haqqında söyləməyib. İndi məlum olur ki, Birləşmiş Ştatların hər an İranı vurması, müharibənin başlanması haqqında məlumatlar xalqın dəstəyini itirən fars rejimini qorxutmaq, gizli güzəştlərə razı salmaq üçün ortaya atılıb. Məsələn, İraqdakı şiə qruplaşmalarının müqaviməti neytrallaşdırılıb. Görünən budur ki, Vaşinqton öz vətəndaşlarına qan udduran fars-molla rejimini aldada bilib. Əslinə alsa, fars rejimi Birləşmiş Ştatların İraq və Əfqanıstana hərbi müdaxilələrinə ciddi şəkildə mane olmaq iqtidarında da deyildi. İraqın və Əfqanıstanın bir dövlət kimi məhvini arzulayan fars rejimi əksinin şahidi olmaqdadır. Birləşmiş Ştatların dəstəklədiyi və himayəsi altında olan İraq və Əfqanıstan dövləti formalaşmaqdadır. Daha çox qlobal siyasətlə bağlı fikirləri uzatmaq niyyətində deyilik. Amma yuxarıdakı fikrimizi bir daha təkrarlamaq istəyirik ki, fars rejimi demokratlarla başqa dildə danışmağa məcburdur. İranın daxilindəki hakimiyyət çəkişmələrinin güclənməsi isə məhz bu reallıqla bağlıdır. Düzdür, qapalı sistemə malik İranda gedən siyasi proseslər haqqında mülahizələr söyləmək çox çətindir. Amma qlobal reallıqlardan doğan gəlişmələr və xəsisliklə ortaya çıxan məlumatlar İran hakimiyyəti daxilində ABŞ-la münasibətlər qurulması haqqında ciddi müzakirələrin getdiyini söyləməyə müəyyən qədər əsas verir (Yəqin ki, Barak Obama vəzifəsinin icrasına başlayanda İrandakı müzakirələrin nəticələri daha aydın görünməyə başlayacaq). Məsələn, seçkiqabağı İranla dialoqa hazır olduğunu açıqlayan Barak Obama prezident seçildikdən sonra Mahmud Əhmədinejadın onu tələsik təbrik etməsi, xarici işlər naziri Mənuçöhr Müttəkinin həvəsli bəyanatları gizli müzakirələrin nəticəsidir. Eyni zamanda saxta diplomlu daxili işlər nazirinin istefaya göndərilməsi, Tehranın polis rəisinin əxlaqsızlıqda günahlandırılaraq tutulması, "Sepahi-Pasdaran"ın bütün ölkəyə nəzarəti öz əlində cəmləməyə çalışması və s. hakimiyyətdaxili çəkişmələrdən xəbər verir. Bu çəkişmələrin kökündə "ABŞ hansı qüvvə ilə əməkdaşlıq qursun?" fikrinin durduğunu da söyləmək mümkündür. Amma fars rejimi hakimiyyətdaxili ziddiyyətləri özünün ən böyük düşməni, rəqibi saydığı Azərbaycan türklərinə, milli təşkilatlara, milli fəallara qarşı yönəltməyə çalışır. Bu faktdır və soydaşlarımız kifayət qədər ehtiyatlı olmalıdırlar. Son həftədə Güney Azərbaycan türklərinə qarşı repressiyalar o qədər şiddətlənib ki, sanki fars rejimi soydaşlarımıza qarşı müharibəyə başlayıb. Məsələn, bu günlərdə milli fəallar Əli Sədiqə, Həmid Vəhid Rzainiyaya və Əkbər Hüseynzadəyə Təbriz İnqilab Məhkəməsində hökm oxunub. Tehran İnqilab Məhkəməsinin 8 aylıq həbsə məhkum etdiyi milli fəal Əmirəli Zəbihinin Təbriz şəhər həbsxanasına köçürülsə də onun müxtəlif psixi və fiziki təzyiqlərə məruz qaldığı bildirilir. Azərbaycan Milli Hökumətinin 63-cü ildönümüylə əlaqədar Urmiya şəhərində keçirilmiş mərasimlər zamanı həbs olunmuş fəal Nəvid Soltaninin vəziyyəti ağırdır, o, işgəncə altındadır. "Ettellaat"ın Urmiyada keçirilmiş 21 Azər mərasiminə basqını zamanı Səid Mahmudi, Hüccət Mahmudi, Sitarə Qasımi (Ulduz), Rəhman Qasımi, Humən Qasımi həbs olunublar. "Ettelaat" əməkdaşları Urmiya Sənət Universitetinə də basqın ediblər. Olar Azərbaycan türkcəsindəki bütün kitabları kitabxanadan yığışdırıblar. Güney Azərbaycan Milli Hərəkatının fəalları Abdullah Abbasi Cavan və onun bacısı oğlu Hüseyn Hüseyni Güney Azərbaycan Məşrutə Hərəkatının lideri, milli sərdar Səttarxanı anma mərasimində saxlanılıblar, hazırda Tehrandakı Evin həbsxanasında saxlanılır, ağır işgəncələrə məruz qalırlar. Xoy İnqilab Məhkəməsi 5 milli fəalı bir il müddətinə həbs cəzasına məhkum edib. Onlar "Evrin" qeyri-hökumət təşkilatı mərkəzi şurasının üzvü Salman İraqi, Urmiya Universitetinin tələbəsi Salar İraqi, Qəzvin Azad Universitetinin tələbəsi Pəyam Elm Qolilu və Urmiya Mexanika Texnikumunun tələbələri Höccət İraqi və Əli Əkbər Abdullahidir. Onlar fars rejiminə qarşı təbliğatda, pantürkizmdə və 2006-cı il etiraz aksiyalarının ikinci ildönümündə vətəndaşları toplantılara çağıran yazılı vərəqələr yaymaqda günahlandırıldığı bildirilir. Soydaşlarımızın vəziyyəti o həddədir ki, hətta bir müddət əvvəl prezident Mahmud Əhmədnejadla birgə Güney Azərbaycana səfərə gələn ədliyyə naziri Qulamhüseyn İlham Təbriz həbsxanasında olanda məhbusların sayının çoxluğundan heyrətlənib: "Məndə Təbriz və Azərbaycanın şərqində bir belə məhbusun olduğu haqda təsəvvürüm yox idi. Mən istəmirəm İranın müxtəlif vilayətlərinin məhbusların sayı ilə müqayisə edəm. Amma hiss edirəm ki, Güney Azərbaycanın şərqinin parlaq keçmişi və mədəni, ictimai səbəblərdən gərək bu qədər məhbusu olmayaydı. Təbriz həbsxanasında qadınlara aid olan hissəni görmək məni çox kədərləndirdi. Çünki bir belə qadın məhbusun orda olmasını gözləmirdim". İranın qonşuluğunda, türklərin ana yurdu olan Kərkükdə türk dilinin rəsmi dil olması bölgədə yeni ab-hava yaradıb. Axır ki, türkmən qardaşlarımızın mübarizəsi nəticə verdi. Kürdlərin etirazlarına baxmayaraq, türk dili ərəb və kürd dilləri ilə yanaşı, Kərkük vilayətinin rəsmi dili kimi qəbul olundu. Xüsusən, türk dilinin latın qrafikası ilə qəbul olunması Kərkük türklərinin ən böyük uğurudur. Bu addımın İranda, Güney Azərbaycanda da əks səda yaratması qaçılmazdır. Yəqin ki, məhz bu prosesin qarşısını almaq üçün fars rejimi əks tədbirlər görür. Güney Azərbaycanın şərq vilayətinin Mədəniyyət və İslami İrşad Baş İdarəsinin rəis müavini Nasir Vəhidi Mehr bildirib: "Fars dilinin əsilliyi və gücünü qorumaq" məqsədilə Güney Azərbaycanın Təbriz, Ərdəbil, Miyana, Marağa və başqa yaşayış məntəqələrində fars dilində olmayan elanlar, lövhələr və reklamlara qarşı mübarizə aparılacaq". O deyib ki, 2005-ci ildə qəbul olunan "əcnəbi adlar və ünvanlardan istifadənin qadağan edilməsi" barədə qanunun icrasına başlanılıb. Rəis müavini etiraf edib ki, indiyədək 200-dən çox mağaza və ticarət müəssisəsi adlarını və reklam lövhələrini dəyişdirməyə məcbur edilib. Qeyd edək ki, İran rəsmisi "əcnəbi adlar və sözlər" dedikdə isə öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Azərbaycan türkünün ana dilindəki adlar və sözləri nəzərdə tutur. İran prezidenti Mahmud Əhmədinejad əslində Güney Azərbaycan Milli Hərəkatının güclənməsinin qarşısını almaq üçün Təbriz səfərə gəlibmiş. O, üç toplantıya qatılıb və gizli planlar barədə danışıqlar aparıb. Yığıncaqların birində Güney Azərbaycanda assimilyasiya siyasətinin daha da gücləndirilməsi və Azərbaycan türkcəsindəki adlara qadağaların qoyulması qərara alınıb. Son aylarda İranda Azərbaycan türk dilində nəşr olunan dərgilərə qarşı basqılar getdikcə artır. Dekabrın 14-də Güney Azərbaycanın qərb əyalətində, gəlmə kürdlərin çoxluq təşkil etdiyi Mahabad şəhərində soydaşlarımızın Azərbaycan türkcəsi və fars dillərində nəşr etdirdiyi "Bulud" dərgisi bağlanıb. Bu ilin oktyabrında isə Zəncan Universitetində "Kimlik" və "Yoldaş" adlı tələbə dərgilərinin nəşri dayandırılıb. "Yaşıl Yarpaq" adlı tələbə dərgisinin adı onun farscasına - "Berg-i-Sebz" olaraq dəyişdirilib. Ərdəbildə yayınlanan tələbə dərgisi "Görüş"ün növbəti sayının çapda olarkən əngəllənib. Təbriz Universitetində Azərbaycan türkcəsi və fars dilində nəşr olunan bütün tələbə dərgiləri qapadılıb. Urmiya Universitetinin azərbaycanlı tələbəbələrinin buraxdığı "Yağış" dərgisi qapadılıb. Fars rejimi son aylarda "Araz", "Ülkər", "Oyanış", "Aydın Gələcək", "Qıpçaq", "Günəş", "Çənlibel", "Yaşıl Yol", "Ana Yurd", "Səhər", "Açıq Söz" və "Sayan" adlı Azərbaycan türkcəsindəki tələbə dərgilərini bağlayıb. Güney Azərbaycan iqtisadi cəhətdən də çökdürülür. Bu günlərdə Ərdəbil şəhərində yerləşən və Orta Şərqdə ən böyük parça fabriklarindən biri sayılan "Savalan" fabriki müflisləşib. Fabrikdə çalışan 1000 nəfər işçinin taleyi naməlumdur. Qeyd edək ki, "Savalan" fabrikinin bu ağır vəziyyətə gəlib çıxmasının əsl səbəbi fars şovinist rejiminin son zamanlar Çindən həddindən çox parça almasıdır. qarın yağmasına və havanın soyumasına baxmayaraq, Güney Azərbaycanın Meşkin şəhərinin qazı kəsilib. Halbuki bir neçə ay əvvəl fars şovinist rejimi söz vermişdi ki, bu il soyuq ərazilərdə qaz kəsilməyəcək. ...Bir sözlə, fars rejimi Güney Azərbaycan milli hərəkatına hər tərəfdən zərbə vurmağa çalışır. Milli fəallar isə Güney Azərbaycanın istiqlalı naminə məqsədyönlü siyasət yeritməlidirlər ki, fars molla rejiminin hücumunu mümkün qədər neytrallaşdırmaq mümkün olsun.
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio