SON XƏBƏRLƏR

URMİYALI FƏALLAR XƏBƏR YAYIB: NAXÇIVANLI QARMONÇUYA İRAN ADLANAN YERDƏN ÇIXMAQ ÜÇÜN 24 SAAT VAXT VERİLİB

2021.10.20, 07:36
URMİYALI FƏALLAR XƏBƏR YAYIB: NAXÇIVANLI QARMONÇUYA İRAN ADLANAN YERDƏN ÇIXMAQ ÜÇÜN 24 SAAT VAXT VERİLİB

Gunaz.tv
URMİYALI FƏALLAR XƏBƏR YAYIB: NAXÇIVANLI QARMONÇUYA İRANDAN ÇIXMAQ ÜÇÜN 24 SAAT VAXT VERİLİB blog-urmiya.jpg Urmiyalı fəallara məxsus bloq 6 ildir Urmiyada qarmon tədrisi ilə məşğul olan naxçıvanlı qarmon ustası Kamal Əliyevə ölkəni tərk etmək üçün 24 saat vaxt verilməsi barədə məlumat yayıb. «Media forum» saytı bildirir ki, məlumatda K.Əliyevin İranda bir sıra musiqi mərkəzləri, o cümlədən «Türk müzik», «El səsi» və digər qruplarla əməkdaşlıq etdiyi deyilir. Məlumata görə, ETTELAAT-ın Urmiya idarəsinin əməkdaşları Saaman Ələvi adlı şəxsin rəhbərlik etdiyi «Barış» müəssisəsinə gələrək K.Əliyevə bildiriblər ki, o özünü Urmiyadakı əcnəbi vətəndaşlarla bağlı məsələlərə baxan idarəyə təqdim etməlidir. Məlumata görə, K.Əliyev həmin idarəyə müraciət etdikdə onu qarşılayan ETTELAAT əməkdaşları qarmonçuya ölkəni tərk etmək üçün 24 saat vaxt verildiyini diqqətə çatdırıblar və vurğulayıblar ki, tələb yerinə yetirilməsə, o, həbs olunacaq. Məlumatda ETTELAAT əməkdaşlarının Urmiyada yaşayan və musiqi tədrisi ilə məşğul olan daha bir neçə Quzey Azərbaycan musiqiçisini əcnəbilərlə bağlı məsələlərə baxan idarəyə çağırdığı bildirilir. «Media forum» Urmiyalı fəallara məxsus bloq 6 ildir Urmiyada qarmon tədrisi ilə məşğul olan naxçıvanlı qarmon ustası Kamal Əliyevə ölkəni tərk etmək üçün 24 saat vaxt verilməsi barədə məlumat yayıb. «Media forum» saytı bildirir ki, məlumatda K.Əliyevin İranda bir sıra musiqi mərkəzləri, o cümlədən «Türk müzik», «El səsi» və digər qruplarla əməkdaşlıq etdiyi deyilir. Məlumata görə, ETTELAAT-ın Urmiya idarəsinin əməkdaşları Saaman Ələvi adlı şəxsin rəhbərlik etdiyi «Barış» müəssisəsinə gələrək K.Əliyevə bildiriblər ki, o özünü Urmiyadakı əcnəbi vətəndaşlarla bağlı məsələlərə baxan idarəyə təqdim etməlidir. Məlumata görə, K.Əliyev həmin idarəyə müraciət etdikdə onu qarşılayan ETTELAAT əməkdaşları qarmonçuya ölkəni tərk etmək üçün 24 saat vaxt verildiyini diqqətə çatdırıblar və vurğulayıblar ki, tələb yerinə yetirilməsə, o, həbs olunacaq. Məlumatda ETTELAAT əməkdaşlarının Urmiyada yaşayan və musiqi tədrisi ilə məşğul olan daha bir neçə Quzey Azərbaycan musiqiçisini əcnəbilərlə bağlı məsələlərə baxan idarəyə çağırdığı bildirilir. «Media forum»

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar