Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Türkiyədə özünü ziyalı və yazar adlandıran bir qrup şəxsin başlatdığı ermənilərdən 1915-ci il hadisələrinə görə üzr istəmək kampaniyası ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri bir daha yada salmağa məcbur edib. Artıq neçə gündür ki, bu kampaniyaya etiraz edən tanınmış yazarlar, siyasətçilər əslində ermənilərin üzr istəməli olduğunu vurğulayır. Bu zaman ermənilərin çox da uzaq olmayan keçmişdə azərbaycanlılara qarşı törətdiyi soyqırım, eləcə də ötən əsrdə ermənilərin türk diplomatlarına və iş adamlarına qarşı təşkil etdiyi terror kampaniyası xatırladılır. Lakin belə görünür ki, kampaniyanı başladanlar və ona dəstək verənlər ermənilərin bu əməllərini görmək istəmir. Mövzuya marağı nəzərə alaraq ASALA erməni terror təşkilatı və onun Türkiyə diplomatlarına qarşı təşkil etdiyi sui-qəsdlərin, 10 ilə yaxın müddət ərzində davam edən terror hücumlarının xronikasını çatdırmağı qərara aldıq. 1973-cü ildə başlayan erməni terror hücumları 1984-cü ilədək davam edib və bu müddət ərzində 41 türk diplomatı, iş adamı və vətəndaşı qətlə yetirilib. Qeyd edək ki, Türkiyədən başqa heç bir ölkə bu qədər diplomatını terror hücumlarında itirməyib. *** Öz sıralarında bir çox ölkələrdən olan radikal millətçi erməniləri birləşdirən və erməni diasporunun maliyyələşdirdiyi ASALA erməni terror təşkilatının ilk hücumları 1973-cü ildə başlayıb. Həmin il Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Mehmet Baydar və konsul Bahadır Dəmir 78 yaşlı Amerika vətəndaşı, erməni Qurgen Yanikyan tərəfindən qətlə yetirilib. Yanikyan qətli həyata keçirmək üçün ermənilərə xas hiyləgərlik göstərib. O, konsulluğun qarşısına gedərək əlində Sultan Əbdülhəmidə aid tablo olduğunu və bunu Türkiyəyə hədiyyə etmək istədiyini bildirib. Erməni terrorçusunun sözlərinə inanan türk diplomatları onunla görüşmək üçün “Baltimor hotel”ə gediblər. Yanikyan onları qarşılayaraq yaxın məsafədən atəş açıb və hər iki diplomatı öldürüb. Hadisədən sonra həbs edilən və ömürlük həbs cəzası alan Yanikyan 1984-cü ildə əfv olunaraq azadlığa çıxıb. Qısa müddətdən sonra isə ölüb. Bu hadisə zamanı bəlkə də çoxları ASALA-nın türk diplomatlarını hədəfə almaq planlarından xəbərdar deyildi və Yanikyanın əməlini təsadüf hesab edirdilər. Lakin ardınca erməni terrorçularının digər ölkələrdə də türk diplomatlarına qarşı terror hücumları başladı. *** İki il sonra - 1975-ci ildə Türkiyənin Avstriyadakı səfiri Daniş Tunalıgil səfirliyin binasına hücum edən 3 erməni terrorçusu tərəfindən öldürülüb. Səfirliyin Vyanadakı binasına hücum edən avtomatla silahlanmış ermənilər mühafizəçiləri zərərsizləşdirəndən sonra içəri daxil olublar və səfirin kabinetinə giriblər. Onlardan biri D.Tunalıgildən “siz səfirsinizmi” deyə soruşub və “hə” cavabı alan kimi ona atəş açıb. D.Tunalıgil hadisə yerindəcə keçinib. Terrorçular binanı tərk edərək onları gözləyən maşınla qaçıblar. Elə həmin il Türk Hava Yollarının Beyrutdakı ofisi partladılıb. Hadisəyə görə məsuliyyəti ASALA-nın qruplarından biri üzərinə götürüb. Hadisə yerinə qoyulan məktubda göstərilib ki, bu aksiya başlanğıcdır. *** Yenə də 1975-ci ilin oktyabrında Türkiyənin Fransadakı səfiri İsmayıl Eres erməni terrorçularının hücumuna məruz qalıb. Səfirin maşını Parisin mərkəzi küçələrinin birində, Sena çayı üzərindən keçən körpüdə pusquya salınıb. Erməni terrorçuları onun maşınına avtomatdan atəş açıblar, nəticədə İ.Eres və onun sürücüsü Talip Yener hadisə yerində həlak olub. Terror hücumunu “Erməni soyqırımı ədalət kommandosları” adlı qruplaşma öz üzərinə götürüb. Bu qruplaşmanın ASALA-nın bir qolu olduğu müəyyənləşib. *** 1976-cı ilin fevralında Türkiyənin Livandakı səfiri Oktar Cirit erməni terrorunun növbəti qurbanı olub. O, Beyrutda keçirilən toplantıların birində iştirak edərkən zalda əvvəlcədən yerləşmiş erməni terrorçusu diplomata yaxın məsafədən atəş açıb. Hücumu ASALA öz üzərinə götürüb. O vaxta qədər ayrı-ayrı erməni terror qruplaşmaları şəklində fəaliyyət göstərən terrorçular özlərini bu hücumla ilk dəfə ASALA kimi təqdim ediblər. *** 1977-ci ilin iyununda Türkiyənin Vatikandakı səfiri Taha Carım səfirliyin iqamətgahı önündə iki terrorçunun hücumuna məruz qalıb. Terrorçular səfirə yaxın məsafədən atəş açaraq onu öldürüblər. Hücumu bu dəfə “Erməni soyqırımı ədalət komandosları” qruplaşması öz üzərinə götürüb. *** 1978-ci ildə erməni terrorçularının türk diplomatlarına qarşı növbəti hücumu İspaniyanın paytaxtı Madriddə qeydə alınıb. Səfir Zeki Kuneralpın xidməti maşını 3 silahlı erməni terrorçusunun hücumuna məruz qalıb və avtomobildə olan səfir, habelə onun xanımı Necla və istefada olan diplomat Beşir Balcıoğlu hadisə yerində həlak olublar. Bu hücumda ilk dəfə türk olmayan xarici vətəndaş da erməni terroruna qurban gedib. Belə ki, səfirin ispan sürücüsü də həlak olub. Hücuma görə məsuliyyəti bu dəfə də “Erməni soyqırımı ədalət komandosları” öz üzərinə götürüb. *** 1979-cu ildə Hollandiyanın Haaqa şəhərində Türkiyənin səfiri Özdemir Benler və onun oğlu Ahmet Benler ermənilərin silahlı hücumu nəticəsində öldürülüb. Hadisəyə görə məsuliyyəti yenə də “Erməni soyqırımı ədalət komandosları” öz üzərinə götürüb. *** Avropada getdikcə artan erməni terror hücumları 1979-cu ilin dekabrında özünü yenidən Fransada büruzə verib. Türkiyə səfirliyinin turizm müşaviri Yılmaz Çolpan erməni terrorçusunun hücumu nəticəsində həlak olub. Hadisədən sonra xəbər agentliklərinə zəng vuran şəxs özünü “Erməni soyqırımı ədalət komandosları” qruplaşmasının üzvü kimi təqdim edib və Türkiyədən qisas almaq üçün bu ölkənin diplomatlarını öldürdüklərini bildirib. *** 1980-ci ilin yayında Türkiyənin Yunanıstandakı diplomatik missiyasının əməkdaşları hücuma məruz qalıb. Afinadakı türk səfirliyinin attaşesi Qalip Özmen və onun 14 yaşlı qızı erməni terrorçusunun silahlı hücumu nəticəsində öldürülüb. Diplomatın xanımı və oğlu isə yaralanıb. Hücuma görə məsuliyyəti ASALA öz üzərinə götürüb. *** Həmin ilin dekabrında erməni terrorçuları Avstraliyada da zühur ediblər. Türkiyənin Sidneydəki baş konsulu Şarık Arıyak və mühafizəçisi Engin Sever yenə eyni üsulla - silahlı hücuma məruz qalaraq öldürülüb. 1980-ci ildə ermənilərin türk diplomatlarına hücumları bununla bitmir. Həmin il Türkiyənin İsveçrədəki səfiri Doğan Türkmen paytaxt Berndə məruz qaldığı silahlı hücumdan sağ qurtula bilib. Vatikandakı türk səfiri Vecdi Türelin xidməti avtomobilinə atəş açılıb, o və mühafizəçisi yaralanıb. *** 1981-ci ilin martında erməni terrorçuları yenidən Türkiyənin Fransadakı diplomatik missiyasına qarşı terror təşkil edib. Səfirliyin attaşesi Reşat Moralı və din işləri üzrə müşavir Tecelli Arı 2 erməni terrorçusunun hücumuna məruz qalıb. R.Moralı hadisə yerində, T.Arı isə xəstəxanada ölüb. Türkiyə bu hadisədən sonra diplomatlarının təhlükəsizliyini təmin etmədiyi üçün Fransaya nota verib. Həmin ilin iyununda Türkiyənin Cenevrədəki baş konsulluğunun əməkdaşı Savaş Yergüz də konsulluqdan çıxıb evinə gedərkən silahlı ermənilər tərəfindən öldürülüb. ASALA bu hücuma görə məsuliyyəti üzərinə götürüb, hücumu həyata keçirən livanlı ermənini həbs etmək mümkün olub. *** Türk diplomatlarına daha çox Fransada meydan oxuyan erməni terrorçuları 1981-ci ilin sentyabrında Türkiyənin Parisdəki baş konsulluğuna yenidən hücum edib. Binaya daxil olan 4 erməni 56 türk diplomatını və konsulluq əməkdaşlarını girov götürüb, hücum zamanı konsulluğun mühafizəçisi öldürülüb. 15 saatlıq aksiyadan sonra terrorçular polisə təslim olub. ASALA hücuma görə məsuliyyəti üzərinə götürüb, həbs edilən terrorçulara isə sonradan yüngül cəzalar verilib, nəticədə Türkiyə-Fransa münasibətləri gərginləşib. Həmin il ermənilər Türkiyənin Danimarkadakı səfirliyinin attaşesi Cavit Demiri də yaralayıb. Sentyabrda isə Türkiyənin İtaliyadakı səfirliyinin II katibi Roma küçələrində silahlı hücuma məruz qalaraq yaralanıb. *** 1982-ci ilin yanvarında ABŞ-ın Los-Anceles şəhərində yenidən erməni terror aksiyası qeydə alınıb. Bu dəfə də Türkiyənin baş konsulu öldürülüb. Kamal Arıkanı qətlə yetirən erməni terrorçusu həbs edilib və ömürlük həbsə məhkum edilib. ABŞ-da fəallaşan ermənilər həmin ilin mayında Boston şəhərindəki Türkiyə fəxri baş konsulu Orhan Gündüzü qətlə yetirib. İyun ayında isə Türkiyənin Portuqaliyadakı səfirliyinin attaşesi Erkut Akbay öz maşınında silahlı hücuma məruz qalaraq öldürülüb. Onun hadisə zamanı yaralanan xanımı da bir müddət sonra keçinib. *** 1982-ci ilin avqustunda Türkiyənin Kanadadakı səfirliyinin attaşesi Atilla Altıkat erməni terrorunun qurbanı olub. Sentyabrda Bolqarıstanın Burgaz şəhərindəki türk baş konsulu Bora Suelkan öldürülüb. Həmin il həmçinin Türkiyənin Kanadadakı səfirliyinin müşaviri, Rotterdamdakı (Hollandiya) baş konsulu da yaralanıb. Avqustda isə ASALA terrorçuları Ankaranın Esenboğa hava limanına silahlı basqın həyata keçirərək 8 nəfərin ölümünə, 72 nəfərin yaralanmasına səbəb olublar. Bu, ermənilərin Türkiyədəki ilk terror aksiyası olub. *** 1983-cü ilin martında Türkiyənin keçmiş Yuqoslaviyadakı səfiri Qalip Balkar 2 erməni tərəfindən hücuma məruz qalıb, nəticədə diplomat ağır yaralanıb və iki gün sonra ölüb. Hücumu həyata keçirən terrorçular həsb edilib. Həmin ilin iyununda Türkiyənin Belçikadakı səfirliyinin attaşesi Dursun Aksoy öldürülüb. Bir neçə gün sonra Lissabondakı türk səfirliyi erməni terrorçuları tərəfindən tutulub və içəridəkilər girov götürülüb. Hücum zamanı səfirliyin müşavirinin həyat yoldaşı həlak olub. Portuqaliya polisi həyata keçirdiyi əməliyyat zamanı girovları azad edib, bu zaman 5 terrorçu öldürülüb. Ermənilər isə ölkənin baş nazirini ölümlə təhdid edərək ondan qisas alacaqlarını bildiriblər. *** 1984-cü ildə Türkiyənin İrandakı səfirliyinin katibinin əri ASALA tərəfindən öldürülüb. Həmin ilin iyununda Vyanadakı türk səfirliyinin attaşesi Ərdoğan Özənin avtomobilinə bomba yerləşdirilib və diplomat öldürülüb. Oktyabrda isə yenidən Avstriyadakı türk səfirliyinin əməkdaşı terrora məruz qalıb. Həmin il ermənilər Tehrandakı türk diplomatlarına qarşı daha iki hücum həyata keçiriblər. Nəhayət, 1984-cü ildən ASALA türk diplomatlarına qarşı hücumları dayandırıb və terror təşkilatı öz fəaliyyətini dondurub. Təbii ki, ermənilər bunu könüllü etməyiblər, Türkiyə xüsusi xidmət orqanlarının və millətçilərin apardığı gizli əməliyyatlar erməniləri geri çəkilməyə məcbur edib. Fərhad MƏMMƏDOV
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio