Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Dağlıq Qarabağ problemi ətrafında cərəyan edən sülhyaratma prosesi haqda cəmiyyətə çox xəsis və bir-birinə zidd informasiyalar verilir. Bu isə artıq münaqişə ilə bağlı təhlükəli həddin yaxınlaşmasından xəbər verir. Hər halda görünən odur ki, Qərb Azərbaycanı Rusiyaya təhvil verməyə hazırlaşır. Bu baxımdan ABŞ-dan olan həmsədr Metyu Brayzanın bu günlərdə səsləndirdiyi fikirlər maraq doğurur. O bəyanlayıb ki, Rusiya Gürcüstan ərazisində mövcud olan münaqişədən fərqli olaraq, Azərbaycanın Qarabağ probleminə ədalətli yanaşması ilə diqqəti çəkir. Brayza daha sonra Rusiyanın Qarabağ münəqişəsinin həllində vasitəçiliyini dəstəklədiklərini bildirib. Zülfüqar Bu ciddi təhlil tələb edən çoxbaşlı fikirlərdir. Amma bütün hallarda bu fikirlərdən belə bir qənaət hasil olur ki, Qərb Rusiyanın Azərbaycanla bağlı siyasəti qarşısında geri çəkilməyə hazırlaşır. Bəlkə də "siyasət nəhəngləri" Cənubi Qafqazı öz aralarında bölüşdürüb qurtarıblar və ölkəmiz bu bölgüdə Rusiyanın payına düşüb? Sualı qəti cavablandırmaq çətin olsa da, proseslərin əleyhimizə cərayan etməsi şübhəsizdir. Belə dolaşıq məqamlarda isə oyunu pozmaq üçün yeganə yol dominoda olduğu kimi daşların birini götürüb kənara atmaqdır. Hazırda kənara atılmalı yeganə "daş" isə Rusiyadır və Azərbaycan özünün milli maraqlarına zidd olan oyunu pozmaq naminə Rusiyanın Minsk qrupundan uzaqlaşdırılması təklifində təkid etməlidir. Bunun üçünsə əlimizdə kifayət qədər ciddi arqumentlər toplusu mövcuddur. Rusiya bir müddət bundan öncə Cənubi Osetiya və Abxaziya kimi separatçı rejimləri tanımaqla MDB-nin münaqişəli bölgələrinə münasibətdə siyasi balansı birdəfəlik pozmuş oldu. Elə əvvəllər də şimal ölkəsi separatçı rejimlərə xüsusi dəstəyilə seçilirdi. Amma ərazisində münaqişə zonaları olan ölkələr ən azı MDB-də təmsil olunmaqla Rusiyanı neytrallaşdırdıqlarını güman edirdilər. Artıq buz əridi. Daha bundan sonra heç kim Rusiyanın dəstəyinə arxayın ola bilməz. Rusiya etimad limitini tükəndirdi. Birdən-birə iki separatçı rejimi tanımaqla bu ölkə özünün vasitəçilik missiyasını da heçə endirmiş oldu. Amma buna baxmayaraq, hələ də Rusiya Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərir. Hətta bu yaxınlarda Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də keçirildi və görüşün nəticəsi olaraq "Moskva bəyannaməsi" qəbul olundu. Bu, Rusiyanın digər həmsədrlərə və ümumiyyətlə, Qərb dövlətlərinə xüsusi işarəsi sayılmalıdır. Bununla Rusiya vasitəçilik limitinin bitmədiyinə və regionda təsirinin azalmadığına eyham vurur. Rusiya MDB məkanında ədalətli olmadığını Gürcüstan hadisələri zamanı bir daha ortaya qoydu. Gürcüstanın öz ərazisi daxilində qanunları tətbiq etməyə başlaması Rusiyanın həmin ölkəyə hərbi müdaxiləsi ilə nəticələndi ki, bu, bizlər üçün də çox böyük dərs olmalıdır. Aydındır ki, Gürcüstan kimi Azərbaycan üçün də öz ərazi bütövlüyünü təmin etmək üçün öz ərazisində hərbi əməliyyatlar aparması çətinləşib. Çünki Rusiya hələlik Qafqazda söz sahiblərindən biri olduğundan buna imkan verməyəcək. Düzdür, Rusiya dəfələrlə bildirib ki, Dağlıq Qarabağ fərqli münaqişədir. Amma bu fərq özünü nədə büruzə verir? Aydındır ki, Rusiya Qarabağa o vaxta qədər dözümlü yanaşacaq ki, bu problemlə bağlı diplomatik səylər onun ssenarisindən bir qədər kənara çıxsın. Bu zaman biz Rusiyanın əsl "vasitəçiliyinin" əslində nədən ibarət olduğunu görəcəyik. Kosova tanınanda dünyanın siyasət mərkəzləri bəyanladılar ki, bu, universal xarakter daşıyacaq və digər münaqişələrə şamil olunmayacaq. Amma Rusiya hansı yolu seçdi? Kosova təcrübəsini MDB ərazisindəki münaqişələrə tətbiq etməklə dünyaya meydan oxumağa başladı. Əsas odur ki, Rusiya özünü kifayət qədər ifşa edib. Elə bu səbəbdən Minsk qrupunun yenidən formalaşdırılması ideyasının ərsəyə gəlməsi çox yaxşı olardı. Bunun üçün qrupun on altı illik tarixi də əsas verir. On altı il ərzində kiçik bir ərazi belə olsun azad edilməyib. Diplomatlar, ancaq ziddiyyətli bəyanatlar verməklə məşğuldurlar. Məsələnin həllinə ən çox maneçilik törədən də Rusiyadır, çünki məhz o, Ermənistanı silah - sursatla təmin edir. Düzdür, Minsk qrupu çərçivəsində qərarlar konsensus yolu ilə qəbul edilir. Elə bu səbəbdən Rusiyanın bu formatdan uzaqlaşdırılması o qədər də asan məsələ deyil. Hər halda buna cəhd etmək olar. Təəssüf ki, Azərbaycan rəsmiləri daha çox iqtisadi amilləri əsas götürürlər. Hərçənd Gürcüstandakı son olaylar göstərdi ki, Azərbaycan iqtisadiyyatı daha çox strateji baxımdan Gürcüstanla bağlıdır, nəinki Rusiya ilə. Üstəlik, Azərbaycanın müstəqillik balansı Gürcüstanınkından qat-qat çoxdur. Amma buna baxmayaraq Azərbaycan MBD adlı perspektivsiz təşkilatın orbitindən uzaqlaşa bilmir. Artıq heç kimə sirr deyil ki, "balanslaşdırılmış xarici siyasət" səmərə vermir və demək olar iflasa uğrayıb. Aydındır ki, Minsk qrupu bir format kimi özünü tükəndirib. Köhnə formatlarla çox da uzağa getmək olmaz. Belə təəssürat yaranır ki, Azərbaycan öz neftinə həddindən çox aludə olub, bütün vasitələrlə onun maneəsiz nəqlinə çalışır, sanki hər şey neftə və onun maraqlarına tabe etdirilib. Amma unudulmamalıdır ki, neftin özü də nəyəsə xidmət göstərməlidir, ölkəmizin milli maraqlarına dəstəkçi rolunda çıxış etməlidir. Rusiya bizə nə vəd edir? Ancaq ilğımlar! Dağlıq Qarabağ problemini daha da aktuallaşdıra, onun həlli üçün yeni formatlar qurmağa çalışa bilərdik. Amma tələsmirik. regionda yaranmış yeni geosiyasi ab-havadan öz təhlükəsizliyimiz üçün istifadə edə bilərdik. Amma gözləyirik. Rusiya ilə yanaşı addımlamağa çalışırıq. Olsun. Amma bu yol bizi hara aparacaq? Hər halda Minsk qrupu da artıq bir ilğımdır. İlğım isə reallıq deyil, optik aldanışdır. Belə dolaşıq məqamlarda oyunu pozmaq üçün yeganə yol dominoda olduğu kimi daşların birini götürüb kənara atmaqdır. Hazırda kənara atılmalı yeganə "daş" Rusiyadır və Azərbaycan özünün milli maraqlarına zidd olan oyunu pozmaq naminə Rusiyanın Minsk qrupundan uzaqlaşdırılması təklifində təkid etməlidir.
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio