Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Türkiyədə "Ermənilərdən üzr istəyək" kampaniyası ilə bağlı siyasi gərginlik səngimək bilmir. "Hürriyət" qəzetinin yaydığı məlumata görə, gərginlik artıq Türkiyə Böyük Millət Məclisinə keçib. Parlamentdə gələn ilin büdcə müzakirələri zamanı kürdləri təmsil edən Demokratik Toplum Partiyasından olan deputat Osman Özçelik ermənilərdən üzr istənilməsi kampaniyasına dəstək verib. Hətta kürdcə "erməni qırımı" ifadəsini də səsləndirib: "Nə yazıq ki, ermənilər öldürüldü. Üç qitəyə hakim olan imperiya necə quruldu? Heç xətaya yol verilmədimi, acı çəkdirilmədimi?" O, doğulduğu Mardinin Derik qəsəbəsində yaşayan ermənilərin qətlə yetirildiyini iddia edib: "Mardində erməniləri öldürdülər. Bir hissəsi öldürülərkən bir hissəsi də Suriyaya qaçmaq məcburiyyətində qaldı. Aralarında mənim babamın da olduğu bəzi insanlar erməni ailələrini himayələrin götürərək onları qətllərdən xilas etdi". İclasa sədrlik edən Nevzat Pakdil bu sözlərə sərt reaksiya verib: "Millətə iftira atırsınız. Bu kürsü əziz millətimizə iftira yeri deyil". Milliyyətçi Hərəkat Partiyasının millət vəkilləri ayağa qalxaraq N.Pakdilin bu sözlərini alqışlayıblar. Ancaq DTP üzvü Sırrı Sakık sədrlik edənə müraciətlə "Hörmətli sədr, siz Kahramanmaraş millət vəkilisiniz, qətlləri yaxşı bilirsiniz, adam olun" - deyə qışqırıb. Türkiyə prezidenti Abdulla Gül isə onun anasını erməni adlandıran millət vəkili Canan Arıtmanı məhkəməyə verib. "CNN Türk"ün yaydığı məlumata görə, A.Gül müxalifətçi millət vəkilindən simvolik olaraq bir yeni türk lirəsi mənəvi təzminat tələb edir. Bəlli olduğu kimi, A.Gül ermənilərdən üzr istəməklə bağlı kampaniyanı cəmiyyətdəki fikir plüralizminin təzahürü kimi qiymətləndirdikdən sonra CXP-çi deputat C.Arıtman onun anasının erməni əsilli olduğunu söyləyib. Onu da qeyd edək ki, A.Gül həmçinin CXP-dən olan qadın millət vəkili C.Arıtmanın onun nənəsinin erməni mənşəli olmasına dair iddiasına cavab olaraq mətbuat üçün bəyanat yayıb. Bəyanatda deyilir ki, A.Gül ailəsinin əsrlərə uzanan və qeydə alınmış keçmişi müsəlman və türkdür. Türkiyə dövlətinin başçısının ana tərəfindən mənsub olduğu Satoğlu, ata tərəfindən isə Gül ailəsinin türk mənşəli olduğuna dair şəcərə cədvəli və həmyerlilərinin şahidliyi vardır. Bütün insanların etnik mənşəyinə, dini etiqadına və ailə bağlarına hörmət etdiyini və onların hamısının bərabər hüquqlara malik olduğunu bidirən Türkiyə prezidenti özünün etnik mənşəyi barədə məqsədli şəkildə yayılan yalanların təkzib edilməsinə ehtiyac duyduğunu da vurğulayıb. MHP sədri Dövlət Baxçalı isə bir qrup ziyalının internetdə başlatdığı "Ermənilərdən üzr istəyək" kampaniyasına münasibətini bildirib. Kampaniyanı başlayanlardan utandığını deyən D.Baxçalı qondarma erməni soyqırımı iddialarının uzun müddətdir Türkiyə dövlətini məşğul etdiyini deyib. D.Baxçalı Türkiyə dövlətinin hər zaman bu iddialar qarşısında tab gətirdiyini, ancaq bütün bunlara baxmayaraq, erməni diasporunun xüsusilə ABŞ və Fransada bununla bağlı təbliğatını davam etdirdiyini bildirib: "Bəzi qondarma ziyalılarımız qondarma erməni soyqırımı iddialarına sanki cavab verilməsi lazım imiş kimi üzr kampaniyası başladıblar. Səmimi olaraq deyirəm, bu kampaniyanı başlayanlardan utanıram. Türk milləti olaraq bu kampaniyanı başlayanlardan utanmalıyıq". MHP sədri kampaniyanın yersiz olduğunu və bundan imtina edilməsinin vacibliyini daha öncə də qeyd etdiyini deyərək, cəmiyyətin bütün təbəqələrində bu kampaniyaya qarşı milli ruh nümayiş etdirilməsinin ölkə üçün sevindirici olduğunu bildirib. MHP sədrinin ardınca onun başçılıq etdiyi partiyanın da etiraz bəyanatı yayılıb. Qeyd edilib ki, MHP "Ermənilərdən üzr istəyək" kampaniyasına qarşı hazırladığı bəyanatı imzalamaq üçün açıq elan edir. MHP İdarə Heyətinin üzvləri Mehmet Şandır, Oktay Vural və MHP sədrinin müavini Atilla Qaya parlamentdə keçirdikləri mətbuat konfransında bəyanatı ictimaiyyətə təqdim ediblər: "Türk millətinin şərəfli tarixində utanacağı bir səhifə, üzr istəniləsi bir hadisə yoxdur. Tarixi təhrif edərək əcdadlarımızı ləkələmək, cinayət törətmiş kimi göstərməyə çalışmaq və üzr tələb etmək heç kimin haqqı və həddi deyil. Anadolu coğrafiyasında baş verən erməni vəhşiliyi, şəhid olan diplomatlarımız və ermənilərin Azərbaycandakı qətliamlarının acı izləri yaddaşlardan silinməyib. Türkiyəni ən ağır insanlıq cinayəti törətməkdə məhkum etməyə çalışan və ermənilərin saxta soyqırımı yalanının vəkilliyini edənlərə bu həqiqətləri xatırlatmaq istəyirik". M.Şandır mətbuat konfransında bu kampaniyaya qoşulanları kəskin şəkildə qınadıqlarını və qondarma ziyalılardan utandıqlarını deyib: "Bu bəyanatı bütün millət vəkilləri, imzalamaq istəyən ziyalılar üçün açıq elan edirik". M.Şandır bəyanata ilk imzanı MHP sədrinin çəkdiyini qeyd edib. MHP İdarə Heyətinin üzvü O.Vural bu bəyanatın yalnız partiya ilə bağlı məsələ olmadığını, bunun milli məsələ olduğunu deyib. Bir məsələni də qeyd edək ki, Türkiyədə ermənilərdən üzr istəmək məqsədilə internet kampaniyası təşkil edənlərə etirazlar şiddətlənir. İnternetdə ermənilərdən üzr istəyənlərin siyahısına adları yazılan şəxslərin bir çoxunun bundan xəbərsiz olduğu aşkarlanıb. 1975-ci ildə Parisdə erməni terrorçuları tərəfindən qətlə yetirilmiş Türkiyənin Fransadakı səfiri İsmayıl Erezin adının da siyahıda olması mətbuatda böyük rəzalət kimi qiymətləndirilib. Üzr istəyənlərin siyahısında İ.Erezin vəzifəsi səfir kimi göstərilərək bu kampaniyaya Parisdən qoşulduğu yazılıb. Saytda kampaniyaya 13 mindən çox adamın qoşulduğu qeyd edilib, amma bu adların nə qədərinin saxta, nə qədərinin həqiqi olduğu bəlli deyil. Özlərindən xəbərsiz adları siyahıya salınmış bəzi insanların prokurorluğa müraciətindən sonra saytdakı "Qatılanlar" və "Qatılmaq üçün tıklayın" bölmələri çıxarılıb. Xatırladaq ki, Türkiyənin Fransadakı səfiri İ.Erez Parisdə avtomobili ilə hərəkət edərkən 3-4 erməni terrorçusunun silahlı hücumuna məruz qalıb. İ.Erez ürəyindən və boynundan aldığı güllər yaraları nəticəsində yerindəcə keçinib. Onun sürücüsü Talib Yenər də hadisə yerində həlak olub. Azər NURİYEV
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio