Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Anadolu bizimdir. Yəni, bütün türklərindir. Zatən hansı türk dara düşsə, sığındığı yer Anadolu olub. Sadəcə, türklər deyil, bütün qonşu məzlum xalqlar (ləzgi, gürcü, çərkəz, alban, bosniyalı və sair) da nə zaman zülm görsə üzünü Anadoluya tutub. Anadolunun harasına getsəniz Krım türklərindən Əfqanıstan türklərinə, Azərbaycan türklərindən Kazan türklərinə qədər hər bölgənin türkü ilə qarşılaşa bilərsiniz. Yəni, Anadolu Türküstanın açıq bir qucağı kimi hər gələni bağrına basıb. Təbii ki, bu da səbəbsiz deyil. Anadolu nə zaman dara düşübsə, Türküstan türkləri ya Anadolu uğrunda savaşıb, ya da maddi kömək kimi əlindən gələni əsirgəməyib. Anadolu daxili və xarici düşmənlərlə müharibə edərkən ən çox güvəndiyi şərqi türklər olub. Hindistan, Buxara, Daşkənd, Xivədən gələn yardımlarla yanaşı, Azərbaycandan Anadoluya göndərilən maddi kömək də az miqdarda olmayıb. Müstəqillik savaşı özü ilə bərabər qarışıqlıq, acı və yoxsulluq da gətirir. Belə vaxtda insanın ilk yüyürdüyü qapı təbii ki, qardaş qapısıdır. Bizim hamımız (xüsusilə Anadolu türkləri) Osmanlı türklərinin Azərbaycana etdiyi yardımları yaxşı bilsələr də Azərbaycanın Türkiyəyə etdiklərini bilmirlər. Halbuki Azərbaycanda milli hökumət yıxıldıqdan sonra belə, Azərbaycan Türkiyəyə yardımını davam etdirir. Kommunist olmasına baxmayaraq yazılarından, məktublarından və o vaxtın şahidlərindən (bu qəzetdə xatirələrindən bir hissəsini dərc etdiyiniz Rza Nur kimi) öyrəndiyimizə görə, eyni zamanda yaxşı bir türk oğlu olan Nəriman Nərimanov bütün təzyiqlərə baxmayaraq, Anadolu və Atatürklə əlaqəsini kəsməyib və hər yardım istənildikdə onların köməyinə çatıb. Atatürkün 3 may 1920-ci ildə Şərq ordusu komandiri, general Kazım Qarabəkirə göndərdiyi məktubda baxın nə yazır: "Dövlətin pulu qalmadı. İndiki halda heç bir yerdən kömək istəməyə ümid də yoxdur. Başqa çıxış yolu tapana qədər Azərbaycan hökumətindən borc almağınızı rica edirəm". Kazım Qarabəkir Atatürkün xahişini birbaşa Nəriman Nərimanova çatdırır. Nərimanov 19 avqust 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinə bir məktub göndərir. Məktubda deyilir: "Müsəlman kommunistlər sizin istəyinizə çatmağınız üçün bütün gücləri ilə yanınızda olacaqlar. Siz məğlub olduğunuz təqdirdə nə sizin üçün, nə də digər Şərq xalqları üçün qurtuluş yolu qalmayacaq". ( Doğan Avçıoğlu "Milli qurtuluş tarixi", 2-ci cild, səhifə 430). Bu məktubu alandan sonra Atatürk Bakıya bir səfir göndərir. Diplomat olmaqla yanaşı, yaxşı bir yazıçı olan səfir Məhmət Şövkət Esendal Bakıya çatdıqdan sonra Azərbaycan da ilk səfirini - İbrahim Əbilovu Ankaraya göndərir. İ.Əbilovun 1921-ci ilin oktyabr ayında Ankaraya gəlməsi böyük bir sevincə səbəb olur. Səfirlik binasını Atatürk açır və öz əlləri ilə Azərbaycan bayrağını yüksəldir. Anadoluda qazanılan 1-ci və 2-ci İnönü savaşlarından sonra Azərbaycanın xarici işlər naziri Mirzə Davud Hüseynov Ankaraya teleqram vurur. Teleqramda deyilir: "Qazanılan bu böyük zəfər münasibətilə türk xalqını Azərbaycan Sovet Sosialist Respublikası adından təbrik edirik!" Bu teleqramın ardınca Azərbaycanın göndərdiyi yardım Anadoluya çatır. Bu yardım 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosindən ibarət idi. Yardımların arası kəsilmir. Çox keçmir ki, 62 sistern neft göndərilir. Türk səfiri 1921-ci ilin 17 martında Atatürkün N.Nərimanova yazdığı məktubu öz əlləri ilə ona təqdim edir. Məktubda Atatürk borc pul istəyir. Nərimanovun Atatürkə yazdığı məktub gözləri yaşardacaq qədər səmimidir. Nərimanov belə yazır: "Cənab general, bizim türk millətində qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşın əlindən tutar. Biz qardaşıq və hər zaman əlinizdən tutacağıq" (A.Şəmsəddinov "Qurtuluş savaşı illərində Türkiyə-Sovet İttifaqı əlaqələri", səhifə 66). Azərbaycan hökuməti çox keçmir ki, 500 kiloqram qızılı Türkiyəyə göndərir. Qardaş köməyi bununla bitmir. Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl rublu da Türkiyəyə ünvanlayır. 23 mart 1921-ci ildə isə Türkiyənin xəbəri olmadan bu ölkəyə Azərbaycan hökuməti hədiyyə kimi 30 sistern neft, 2 sistern benzin, 8 sistern yağ göndərir. İstiqlal şairimiz Məhmət Akifin də dediyi kimi, Allah bu millətə yeni bir istiqlal savaşı yaşatmasın! İstiqlal savaşı hər bir millətin ölüm-qalım mücadiləsidir. Ölümlə imtahana çəkilmək bir millət üçün heç də asan deyil. Amma bir millətin yaşaması üçün hər zaman ölümə hazır oğulların yetişməsi lazımdır. Harda yaşayırsa-yaşasın türk milləti belə oğulları hər zaman yetişdirib və gələcəkdə də yetişdirəcək. Zəruri qeyd: Türkiyə-Ermənistan münasibətində istiləşmə dövrü başladığından "525-ci qəzet"dən götürülərək adını dəyişdirdiyimiz bu yazının növbəti dəfə dərcini lazım bildik. Orxan Aras (Almaniya)
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio