Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
KM "Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında" layihəyə rəy verdikdən sonra Milli Məclis referendumun vaxtını təyin edəcək Milli Məclisin dünənki iclasında spiker Oqtay Əsədov ötən gün komissiyalarda müzakirə olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin gündəliyinə salınmasını təklif etdi. Bu təklif səsvermədə qəbul olundu. Sənəd barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov məlumat verdi. Ramiz Mikayıloğlu Konstitusiyaya bir neçə dəyişiklik olacaq Qeyd edək ki, bu təşəbbüsü Yeni Azərbaycan Partiyası irəli sürüb. Partiyanın icraçı katibi Əli Əhmədov Milli Məclisin bundan öncəki iclasında Konstitusiyaya dəyişiklik edilərək, bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran müddəanın ləğvini vacib sayıb, bu təklif komissiyalara müzakirə olunub və parlamentə tövsiyə edilib. Əli Hüseynov bildirdi ki, iki komissiyanın iclasında bir sıra təkliflər irəli sürülüb. İşçi Qrupu Referendum Aktı hazırlayıb. Konstitusiyaya dəyişikliklər layihəsi yalnız bir şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsini yasaqlayan müddəanın ləğviylə məhdudlaşmır. Konstitusiyaya Prezident Administrasiyası ilə bağlı müddəanın əlavə olunması, Milli Məclisin səlahiyyətlərinin artırılması, eyni zamanda müharibə vəziyyətində seçkilərin keçirilməməsi kimi müddəalar da daxildir. Parlamentdə komitələr yaradılacaq Əli Hüseynov dedi ki, son vaxtlar Konstitusiyaya dəyişikliklər edilməsilə bağlı cəmiyyətdə ciddi müzakirələr gedir. Müvafiq təklifləri ictimai xadimlər, ziyalılar və deputatlar irəli sürüblər. Onun sözlərinə görə, Azərbaycanın surətli iqtisadi inkişafı, siyasi islahatlar və demokratik irəliləyişlər, əldə olunan nailiyyətlər Konstitusiyanın daha da təkmilləşdirilməsini günün zərurətinə çevirib. Hazırlanmış Referendum Aktında Konstitusiyanın 92-ci maddəsinə təklif olunan dəyişikliklərdə parlamentdə daimi komissiyalarla yanaşı, komitələrin də yaradılması nəzərdə tutulub. Əli Hüseynov nəzərə çatdırdı ki, dünyanın müxtəlif ölkələrinin parlamentlərində komitələr mövcuddur və Azərbaycan Milli Məclisində komitələrin yaradılmasına ehtiyac var. İki dəfədən artıq prezident seçilməyə qoyulan məhdudiyyət ləğv olunacaq Komissiya sədri başqa bir təklifdə 50 min nəfər Azərbaycan vətəndaşının qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququnun irəli sürüldüyünü söylədi. Amma dəyişiklik edilərək, vətəndaşların qanunvericilik təşəbbüsüylə çıxış etməsi bəndinə bu hədd 40 min səviyyəsində müəyyənləşdirilib. Konstitusiyanın hazırki müddəalarına əsasən, qanunvericilik təşəbbüsü ölkə prezidenti, parlament, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və deputatlara məxsusdur: "Konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndinin çıxarılması və bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin ləğvi təklif olunub. Biz hüquqşünaslar buna tərəfdarıq, hər hansı bir məhdudiyyətin tətbiqi düzgün deyil. Müxtəlif ölkələrdə müxtəlif variantdar mövcuddur, amma Azərbaycanın hazırki demokratik islahatları istənilən formal məhdudiyyəti istisna edir". Eks-prezident statusu veriləcək Digər dəyişiklik isə eks-prezident statusunun yaradılmasıyla bağlıdır. Uzun müddətdir ki, bir çox deputatın təklif etdiyi məsələ öz həllini tapır: ""Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsində Konstitusiyanın 108-ci maddəsinə də əlavə nəzərdə tutulur. Hazırda qüvvədə olan Konstitusiyanın 108-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikası prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir. Layihədə bu maddəyə belə bir cümlə əlavə olunub ki, əvvəllər Azərbaycan Respublikasının prezidenti seçilmiş şəxsin təminat qaydaları Konstitusiya qanunuyla müəyyənləşdirilir". Bələdiyyələrin hesabat verməsi vacibdir Əli Hüseynov vurğuladı ki, ictimai müzakirələrin əsas mövzusu olan məsələ prezidentin səlahiyyət müddətini əks etdirən 101-ci maddənin 5-ci bəndi isə yeni redaksiyada təklif olunur. Təklif olunmuş variantda isə həmin bənd belə yazılır: "Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərarı seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qəbul edir". Digər dəyişiklik isə bələdiyyələrlə bağlıdır. Dəyişiklikdə bələdiyyələrin parlament qarşısında hesabat verməsi də nəzərdə tutulur. Əli Hüseynovun sözlərinə görə, Konstitusiyanın 95-ci maddəsinə əsasən, bələdiyyələr xalq qarşısında hesabat verirlər: "Bələdiyyələr müstəqil qurumdur və bu dəyişiklik işə müdaxilə kimi qəbul edilmir. Bələdiyyələrin parlamentdə hesabat verməsi demokratik islahatlar baxımından vacibdir". "Heç kim dini mərasimlərdə iştiraka məcbur edilə bilməz" Əli Hüseynov məlumat verdi ki, Konstitusiyanın 19-cu maddəsinə təklif olunan dəyişikliyə əsasən, Milli Bank Mərkəzi Bank adlandırılacaq. Konstitusiyada azadlıq hüququnu təsbit edən 28-ci maddənin 3-cü bəndinə də bir əlavə təklif olunur: "Azərbaycan Respublikasının ərazisindən kənarda olan Azərbaycan Respublikasının vətəndaşlarının Azərbaycan dövlətinin köməyindən və himayəsindən istifadə etmək hüququ var. 32-ci maddəyə də (şəxsi toxunulmazlıq hüququ) bir sıra dəyişikliklər nəzərdə tutulub. Həmin maddənin ikinci hissəsinə "hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır" sözləri yazılıb. Eləcə də, həmin maddəyə 5-ci bənd əlavə olunur. Həmin əlavədə qeyd olunur ki, heç kəs öz dini-etiqadını və əqidəsini nümayiş etdirməyə, yəni mərasimləri yerinə yetirməyə və dini mərasimlərdə iştiraka məcbur edilə bilməz". Dövlət rəmzlərinə hörmətsizlik edən məsuliyyətə cəb olunacaq Əli Hüseynov nəzərə çatdırdı ki, Konstitusiyada dövlət rəmzlərinə hörməti təsbit edən 75-ci maddəyə ikinci bənd əlavə olunub. Həmin əlavədə göstərilir ki, dövlət rəmzlərinə hörmətsizliyin nümayişi qanunla müəyyənləşdirilmiş məsuliyyətə səbəb olur. Komissiya sədrinin çıxışından sonra sənədin müzakirəsi gözlənilsə də, bu, baş vermədi. Spiker Oqtay Əsədov layihənin rəy almaq üçün Konstitusiya Məhkəməsinə göndərilməsini, Konstitusiya Məhkəməsinin rəyindən sonra Milli Məclisdə müzakirə aparmağı məqsədəuyğun saydı. Pənah Hüseyn ayağa qalxaraq etiraz etdi. Ancaq sənəd səsverməyə qoyuldu və 95 nəfər lehinə, 4 nəfər əleyhinə olmaqla qəbul edildi. Beləliklə, "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi Konstitusiya Məhkəməsinə göndərildi. Konstitusiya Məhkəməsi layihəyə rəy verdikdən sonra Milli Məclisə göndəriləcək. Parlament isə referendumun vaxtını təyin edəcək.
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio