SON XƏBƏRLƏR

KONSTİTUSİYAYA DƏYİŞİKLİKLƏR LAYİHƏSİNDƏ SABİQ DÖVLƏT BAŞÇILARINA EKS-PREZİDENT STATUSU VERİLMƏSİ QAYDASI DA YER ALIB

2021.10.20, 07:36
KONSTİTUSİYAYA DƏYİŞİKLİKLƏR LAYİHƏSİNDƏ SABİQ DÖVLƏT BAŞÇILARINA EKS-PREZİDENT STATUSU VERİLMƏSİ QAYDASI DA YER ALIB

Gunaz.tv
KONSTİTUSİYAYA DƏYİŞİKLİKLƏR LAYİHƏSİNDƏ SABİQ DÖVLƏT BAŞÇILARINA EKS-PREZİDENT STATUSU VERİLMƏSİ QAYDASI DA YER ALIB Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu, insan hüquqları məsələləri komissiyalarının bu gün keçirilən birgə iclasında «Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı» layihəsi müzakirə olunur. «Media forum» xəbər verdiyi kimi, layihə konstitusiyanın 28 maddəsinə əlavə və dəyişiklikləri hədəfləyir. «Trend» dəyişikliklərin mahiyyəti ilə bağlı məlumat yayıb. Məlumata görə, konstitusiyanın 95-ci maddəsinə (Milli Məclisin həll etdiyi məsələlər) edliləcək dəyişiklik bələdiyyələrin parlamentdə hesabat verməsini nəzərdə tutur. 92-ci maddəyə (Milli Məclisin işinin təşkili) parlamentdə daimi komissiyalarla yanaşı komitələrin yaradılması haqda müddəa salınması planlaşdırılır. 96-cı maddədə 50 min nəfər Azərbaycan vətəndaşının qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ özünə yer alacaq. Konstitusiyanın hazırkı müddəalarına görə, qanunvericilik təşəbbüsü ölkə prezidenti, parlament, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və deputatlara məxsusdur. Konstitusiyanın 101- ci maddəsinin (Prezident seçkilərinin əsasları) 5-ci bəndinin çıxarılması və bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə təsbit olunan məhdudiyyətin ləğv olunması təklif olunur. 108-ci maddənin (Azərbaycan Respublikası prezidentinin təminatı) nəzərdə tutulan yeni redaksiyası əvvəllər Azərbaycan prezidenti seçilmiş şəxslərin hüquqlarının konstitusiya ilə təmin edilməsini və onlara eks-prezident statusu verilməsini nəzərdə tutur. Milli Bankın Mərkəzi Bank, Prezidentin İcra Aparatının Prezident Administrasiyası adlandırılması da dəyişikliklər layihəsində yer alıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar