SON XƏBƏRLƏR

GÜNEYLİ JURNALİSTİN NARKOMANLIQDA və ƏXLAQSIZLIQDA İTTİHAM OLUNAN QADINLARLA EYNİ KAMERADA SAXLANDIĞI BİLDİRİLİR

2021.10.20, 07:36
GÜNEYLİ JURNALİSTİN NARKOMANLIQDA və ƏXLAQSIZLIQDA İTTİHAM OLUNAN QADINLARLA EYNİ KAMERADA SAXLANDIĞI BİLDİRİLİR

Gunaz.tv
GÜNEYLİ JURNALİSTİN NARKOMANLIQDA və ƏXLAQSIZLIQDA İTTİHAM OLUNAN QADINLARLA EYNİ KAMERADA SAXLANDIĞI BİLDİRİLİR shahnazqulami_12.jpg Bu il noyabrın 9-da Təbrizin Qarağac məhləsindəki mənzilində həbs edilən azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Şahnaz Qulaminin Təbriz zindanında narkotik maddələrin istifadəsində və əxlaqsızlıqda günahlandırılan qadınlarla eyni kamerada saxlandığı bildirilir. Şahnaz Qulami Güney mənbələrinin məlumatına görə, Ş.Qulaminin saxlandığı kamera son dərəcə soyuqdur, ona yatmaq və qızınmaq üçün yalnız çirkli, üfunət qoxuyan nazik yorğan-döşək verilib və bu vəziyyət bir neçə xəstəlikdən əziyyət çəkən jurnalistin həyatını ciddi təhlükə ilə üz-üzə qoyub. Ş.Qulami siyasi fəaliyyətinə görə 1999-cu ildən 2003-cü ilədək həbsdə olub. 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq keçirilən aksiyalarda iştirakına görə bir ay həbsdə saxlanıb. Qeyri-rəsmi mənbələr Ş.Qulaminin bu dəfə dövlət quruluşuna qarşı təbliğatda, ölkə rəhbərlərini, o cümlədən İran prezidenti Mahmud Əhmədinejadı təhqir etməkdə və bir sıra etiraz aksiyalarında iştirakda günahlandırıla biləcəyi ehtimalını irəli sürür. «Media forum»

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar