SON XƏBƏRLƏR

KİRMANŞAHDA BİR MƏHBUSUN ƏLİNİ KƏSİBLƏR

2021.10.20, 07:36
KİRMANŞAHDA BİR MƏHBUSUN ƏLİNİ KƏSİBLƏR

Gunaz.tv
KİRMANŞAHDA BİR MƏHBUSUN ƏLİNİ KƏSİBLƏR Oğurluqda günahlandırılaraq Kirmanşah şəhərinin mərkəzi zindanına salınmış iranlı məhbusun əlini kəsiblər. «Media forum» saytının məlumatına görə, əlkəsmə mərasimində iştirak edən Kirmanşah prokuroru Müctəba Məleki oğrulara qarşı bundan sonra da çox ciddi və kəskin tədbirlər görüləcəyini bildirib. Beynəlxalq İnsan Haqları Federasiyasının (Fransa) təmsilçisi Əbdülkərim Lahici jurnalistlərə açıqlamasında əlkəsmənin orta əsrlərə aid cəza olduğunu vurğulayaraq bu kimi cəza növlərinin tətbiqinin tam əks nəticə verəcəyini bildirib: «Son 30 ildə İran İslam Respublikasında vətəndaşlara qarşı orta əsrlərə məxsus cəza növləri - əl kəsmə, daşqalaq etmə, göz çıxarma, dağdan tullamaq cəzaları tətbiq olunmasına baxmayaraq cinayətkarlıq arta-arta gedir». «Media forum»

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar