"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Ermənistanla bağlı Türkiyəyə qarşı həmişə böyük təzyiqlər olub Hüseynbala Səlimov, müstəqil analitik Rusiya Gürcüstana təcavüz edərkən Türkiyənin regional siyasətində bir fəallıq dövrü başladı. Prinsipcə, xarici siyasət baxımından bu, təbii hal idi – hər bir normal və dinc dövlət özünü «təhlükəsizlik zolağı» ilə əhatə etməyə, dövrəsində sülhün və sabitliyin bərqərar olmasına çalışır. Amma Türkiyənin irəli sürdüyü ilk diplomatik təşəbbüs – «Cənubi Qafqazda sülh və əməkdaşlıq platforması» onun özünün yaxın müttəfiqləri, xüsusən də ABŞ və Qərb dövlətləri tərəfindən soyuq qarşılandı, çünki həmin dövrdə Rusiyaya qarşı kəskin etiraz notları daha çox üstünlük təşkil edirdi. Türkiyə isə Rusiyanı Cənubi Qafqazda sülhün və əməkdaşlığın bərqərar olmasına cəlb etməyə cəhd edirdi. Səfərlər, danışıqlar, müzakirələr oldu – fəqət diplomatlar və ekspertlər indi bu haqda sadəcə uğursuz təşəbbüs kimi danışırlar. Ancaq həmin vaxtdan Türkiyənin Ermənistanla bağlı siyasətində bu günə qədər davam edən fəallıq və dialoq da müşahidə olunmağa başladı. Türkiyə prezidenti Ermənistana özünün ilk «futbol səfəri»ni etdi, diplomatlar arasında dialoq intensivləşdi. Sözsüz ki, Türkiyə Ermənistanla bağlı bütün təmaslarını özünün ən yaxın və təbii müttəfiqi Azərbaycanla bölüşürdü – bu ölkənin Xarici İşlər naziri tez–tez Bakıya gəlir və yerli rəsmiləri əmin edirdi ki, Türkiyənin Ermənistana münasibəti əvvəllər olduğu kimi, Azərbaycanın problemləri ilə şərtlənəcək, işğal olunmuş ərazilər azad edilməyənə qədər onun ölkəsi Ermənistanla sərhədləri açmayacaq, diplomatik münasibətləri bərpa etməyəcək. Amma Azərbaycanda müəyyən narahatlıq yaşanırdı. Hətta bir neçə millət vəkili bununla bağlı parlamentdə məsələ qaldırmağa cəhd etmişdi. Düzdür, son proseslər göstərdi ki, hələlik ciddi bir hadisə baş verməyib. Amma narahatlıq üçün əsaslar tam aradan qaldırılmayıb. İndi Türkiyədə maraqlı tendensiyalar müşahidə edilir. Bunlardan biri də son günlər bu ölkədə aparılan «ermənilərdən üzr istəyək!» kampaniyasıdır. Türkiyə–Ermənistan ziddiyyətləri təkcə Azərbaycanın ucbatından yaranmayıb. Ermənistanın Türkiyənin özünə qarşı müəyyən iddiaları olub, indi də var və bu, böyük spektri əhatə edir...Artıq dövlət rəsmiləri də buna münasibət bildiriblər. Hətta Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu kampaniyanı təqdir etmədiyini bəyan edib. Türkiyədə belə hallara əvvəllər də təsadüf olunub.Güman ki, jurnalist Qrant Dinkin ölümü hamının yadındadır. İstənilən insanın, xüsusən də jurnalistin, həm də Türkiyə vətəndaşının, qətli pislənilməlidir, qətli törədən cinayətkar cəzalandırılmalıdır. Amma həmin vaxtda da Türkiyədə bəzi adamlar bu qətli siyasi kampaniyaya çevirməyə cəhd etdilər, hətta «hamımız erməniyik!» kimi qəribə şüarlar səslənməyə başladı. Dinkə qədər də türkiyəli jurnalistlər təqiblərə məruz qalmışdılar. Amma onlara qarşı belə ictimai diqqət olmamışdı. Sözsüz ki, hər şey bir jurnalistin qətlindən başlamadı. Türkiyədə Ermənistan məsələsinə münasibət uzun müddət mürəkkəb və ziddiyyətli olub. Qarabağ münaqişəsi başlanandan Türkiyə Azərbaycanın yanında olsa da, onun haqlarını müdafiə etsə də, bəzi siyasətçilər, xüsusən də sərhədə yaxın bölgələrin təmsilçiləri vaxtaşırı sərhədlərin açılması, Ermənistanla sərhədyanı ticarətin inkişaf etdirilməsi haqqında çağırışlar ediblər. Onu da etiraf etmək lazımdır ki, Azərbaycanla sıx müttəfiqlik bu ölkəyə heç də asan başa gəlməyib, Ermənistanla bağlı Türkiyəyə qarşı həmişə böyük təzyiqlər olub. Türkiyə bunu ilk növbədə üzv olmağa çalışdığı Avropa Birliyi tərəfindən hiss edib və indi də etməkdədir. O da aydındır ki, Türkiyə müstəqil dövlətdir, özünün siyasi və iqtisadi maraqları var. Ermənistanla münasibətlərin normallaşmasının ona hətta müəyyən siyasi və iqtisadi dividendlər verə biləcəyi də istisna olunmur. Ancaq burada kiçik bir nüans var. Türkiyə–Ermənistan ziddiyyətləri təkcə Azərbaycanın ucbatından yaranmayıb. Ermənistanın Türkiyənin özünə qarşı müəyyən iddiaları olub, indi də var və bu, böyük spektri əhatə edir. Onları necə, Türkiyə cəmiyyətinə unutdurmaq olacaqmı? Bəlkə türk siyasətçiləri Ermənistanın həmin iddialardan əl çəkəcəyinə ümid edir? İndi Ermənistan çox çətin vəziyyətdədir. Gürcüstan–Rusiya münasibətləri korlanandan sonra blokadadan çıxmaq üçün Yerevan Türkiyə ilə münasibətlərində müəyyən korrektələr etməyə cəhd edir. Sözsüz, bu da Rusiyanın razılığı ilə baş verir. Əks təqdirdə Rusiya Cənubi Qafqazdakı «forpost»unu belə niyyətlərdən çox asanlıqla çəkindirərdi. Hər halda Azərbaycan diplomatiyası sayıq olmalıdır. Bölgədə Azərbaycanın etibarlı müttəfiqi yoxdur. Türkiyə Azərbaycanın ən yaxın və hətta təbii müttəfiqidir. Düzdür, xarici siyasət çox mürəkkəb fenomendir, bəzən sırf dövlət maraqları hətta etnik, mədəni və dini yaxınlıq kimi amilləri arxa plana keçirir. Bunun baş verməməsi üçün isə Azərbaycanın xarici siyasət idarəsindən böyük səy, fəal siyasət və eləcə də prosesləri daim nəzarətdə saxlamaq əzmi tələb olunur. Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi