"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Arnold Nil: “NATO ilə Aşqabad razılaşsa, Azərbaycanın da qazancı olacaq” NATO-nun Əfqanıstandakı hərbi qüvvələrinin təchizatını həyata keçirmək məqsədi ilə Türkmənistan, Ukrayna və Belarusla danışıqlar aparması son günlər bütün dünyanın diqqətində dayanan əsas xəbərlərdəndir. Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) təchizatını həyata keçirən NATO-nun Logistik Qüvvələrinin nəqliyyat karvanlarının Pakistanla sərhəddə Taliban yaraqlıları tərəfindən atəşə tutulması və çoxsaylı itkilər alyansı yeni marşrutlar seçməyə vadar edib. Bir müddət əvvəl “The Guardian” qəzeti NATO-nun tranzit ölkə olaraq Azərbaycan ərazisindən də istifadə etməsi barədə məlumatların olduğunu yazmışdı. NATO mənbələrinin məlumatına görə, 2001-ci ildə Əfqanıstan əməliyyatları başlayandan Azərbaycan Alyansın logistik planlarında yer tutub. 2002-ci ildən başlayaraq, Əfqanıstana uçan NATO təyyarələri Azərbaycanın iki hava limanında – Heydər Əliyev Beynəlxalq Hava Limanı və Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi aerodromdan istifadə edib. Əfqanıstana uçan hərbi və nəqliyyat təyyarələrinin hərəkətini asanlaşdırmaq məqsədi ilə NATO o zaman Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi aerodromun modernləşdirilməsinə kömək edib. Hazırda bu aerodromdan NATO-nun hərbi nəqliyyat təyyarələri istifadə edirlər. Bundan başqa, Əfqanıstandakı beynəlxalq sülhyaratma qüvvələri üçün Azərbaycanın neftayırma müəssisələrində benzin və dizel yanacağı tədarük olunub. Vaxtı ilə NATO-nun müxtəlif strukturlarında çalışmış, hazırda Avropa İqtisadi Strategiya Mərkəzinin eksperti Arnold Nil Lent.az-a açıqlamasında bildirib ki, Şimali Atlantika Alyansı ilə rəsmi Aşqabad arasında Türkmənistan ərazisindən tranzit istifadəsinə dair danışıqlar müsbət nəticə verərsə, bu dəhlizin əsas hissəsi olan Azərbaycanın da “qazancı olacaq”. Xüsusilə də bu, Azərbaycanın tranzit potensialının artması deməkdir: “Qara dəniz limanlarından dəmir yolu və avtomobil karvanları ilə yüklər Bakıya nəql olunacaq. Buradan da gəmi və bərələr vasitəsi ilə Türkmənistana yola salınacaq. Azərbaycan tranzitdən qazanacaq”. A.Nilin sözlərinə görə, tranzit imkanlarını NATO-ya təqdim edən dövlətlər bunun müqabilində alyansdan müəyyən yardımlar əldə edirlər. Bu yardımlar nəqliyyat infrastrukturunun yeniləşdirilməsi, əsas limanlar, depolar, aerodromların modernləşdirilməsi və burada təhlükəsizliyin maksimum təmini və s. formalarda olur. Tranzit imkanlarını alyansa təqdim edəcəyi təqdirdə, Azərbaycan və Türkmənistan NATO-nun bu cür köməyindən daha çox yararlanacaqlar. Ekspertin fikrincə, Ukrayna-Qara dəniz-Gürcüstan-Azərbaycan-Türkmənistan-Əfqanıstan marşrutu məsafə baxımından Kəraçi-Pişəvər-Kabil marşrutundan uzun olmasına baxmayaraq, təhlükəsizliyinə və lazımi infrastrukturun olmasına görə daha səmərəlidir. Belə ki, NATO ölkələri Poti-Bakı-Türkmənbaşı istiqamətində konteyner yüklərin daşınması layihəsini təklif edib və bu layihənin reallaşdırılmasına maraqlı olduqlarını bildiriblər. Ekspertin sözlərinə görə, belə bir layihə ilə bağlı fikirlər TRACECA-nın Bakıda keçirilən son sammitində də səsləndirilib. Sözügedən marşruta qarşı təhlükə mənbələrinin ortaya çıxacağı ehtimalları da istisna olunmur. Məlumatlara görə, bu yaxınlarda bir qrup NATO eksperti tərəfindən Ukrayna-Gürcüstan-Azərbaycan-Türkmənistan-Əfqanıstan marşrutu və gözlənilən təhdidlərə dair təhlil hazırlanıb. NATO ekspertlərinin qənaətincə, İranın NATO, xüsusilə də alyansda aparıcı rola malik ABŞ-la məlum münasibətləri, Rusiyanın NATO ilə getdikcə kəskinləşməkdə olan münasibətləri yeni marşruta qarşı təhdidlərin yaranmasına rəvac verəcək. A.Nil bildirib ki, ehtimallardan sırasında hərbi təhdidlərlə yanaşı terror təhdidləri də var: “Bu təhdidlər əsasən Xəzərdə öz ambisioz iddiaları olan İrandan gözlənilə bilər. Xəzərdəki hərbi donanmasını yeniləşdirməkdə olan İranın yeni dəhlizə qarşı açıq hədələri şübhəsiz ki olacaq. İkinci təhdid isə İran xüsusi xidmət orqanları tərəfindən dəstəklənən terrorçu qrupların fəaliyyətə keçəcəyi ilə bağlıdır. Analoji addımın Rusiya tərəfindən də reallaşdırılması mümkündür. Rusiya tərəfindən açıq güc nümayişi də istisna olunmur”. Ekspert onu da vurğulayıb ki, sadalanan təhdidlər NATO-nun bu istiqamətdə Türkmənistan və Azərbaycana dəstək göstərməsini zərurətə çevirəcək və bu mövcud əməkdaşlığın tərkib hissəsi olaraq reallaşdırılacaq. Hərbi ekspert, ehtiyatda olan polkovnik İldırım Məmmədov isə Lent.az-a bildirib ki, regionda yeni layihələrin reallaşması, eləcə də hərbi-siyasi münasibətlərin dəyişkənliyi yeni təhdidləri meydana çıxarır. Ekspertin sözlərinə görə, bir müddət əvvəl NATO və Rusiya arasında Rusiya ərazisindən Əfqanıstana tranzit kimi istifadə olunmasına dair razılıq əldə edilsə də, Gürcüstan ətrafında baş verənlər, NATO-nun açıq şəkildə Ukrayna və Gürcüstana dəstək göstərməsi münasibətləri kəskinləşdirdi. Bu da şimal dəhlizinin sonu olmadığını ortaya çıxardı. Hərbi ekspertin fikrincə, NATO tranzit imkanlarını açacağı təqdirdə, Azərbaycana çox yardımlar edə bilər: “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı çərçivəsində NATO üzv ölkələrin yardımı ilə Azərbaycanın hərbi aerodromlarının və Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsində iştirak edib. Dəniz Qüvvələrinin gəmiləri yeniləşdirilib, kadrların peşəkarlığının artırılması istiqamətində işlər həyata keçirilib. Xəzərdə gəmilərin hərəkətinə, həmçinin ölkənin hava məkanına nəzarəti həyata keçirmək məqsədi ilə lazımi avadanlıqlar verilib. Bu da həmin nəqliyyat dəhlizlərini tam mühafizə etməyə imkan yaradır”. TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev isə Lent.az-a açıqlamasında bildirib ki, NATO-nun TRACECA dəhlizinə marağı, öz yüklərini bu dəhliz vasitəsi ilə nəql etməsi nəqliyyat dəhlizinin strateji rola malik olduğunu bir daha sübut edir. “Qeyd edim ki, TRACECA dəhlizi vasitəsi ilə 2003-cü ildə Brüsseldən Əfqanıstana NATO-nun humanitar yüklərdən ibarət böyük bir karvanı yola salındı. NATO TRACECA dəhlizi ilə davamlı olaraq yüklərini yola salmasa da bu marşruta daim diqqət göstərib”, - deyə A.Mustafayev vurğulayıb. TRACECA Milli Katibinin sözlərinə görə, qeyd olunan dəhliz həm məsafə, həm də təhlükəsizlik baxımından səmərəlidir. A.Mustafayev hesab edir ki, müzakirələr müsbət yekunlaşarsa, NATO bu marşrutdan sistemli şəkildə istifadə edərsə, alyans tərəfindən dəhlizin inkişafına müəyyən yardımlar göstərilə bilər. Rəşad Süleymanov LENT.AZ
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi