"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Türkiyədə silahlı terror təşkilatı olaraq göstərilən “Ergenekon” işi ilə bağlı oktyabrın 21-dən başlayan məhkəmə prosesinin dünənki iclasında istefada olan jandarma generalı Vəli Kiçik ifadə verib. Vəli Kiçik bu iş üzrə əsas şübhəli şəxslərdən biridir və Türkiyənin yaxın tarixinin az qala bütün qaranlıq cinayətləri onun adına yazılır. “Ergenekon”un liderlərindən biri olmaqda ittiham edilən Vəli Kiçik ifadəsində bəyan edib ki, dövlətin nə vaxtsa ona tələ quracağını təsəvvürünə də gətirməyib. General deyib ki, Türkiyədəki bəlli qüvvələr uzun müddətdir planlı şəkildə onun üzərinə gəlməkdə idi və onların planının icrasına başlaması nəticəsində bu gün həbsdədir. Vəli Kiçik həbs edilməzdən bir gün əvvəl xəstəliyi ilə bağlı həkimə getdiyini, ertəsi gün də müayinə üçün xəstəxanaya getməli olduğunu bildirib. Lakin qəfildən evinə basqın edən polislər PKK terrorçusunu və ya axtarışda olan təhlükəli canini yaxalayırmış kimi hər yeri alt-üst ediblər, ardınca o, polis idarəsinə aparılıb: “Mən buna heç etiraz etmədim, çünki ömrüm boyu heç səhv etmədim, qanunların xaricinə çıxmadım. Ancaq dövlətin tələ quracağını heç gözləmirdim”. Vəli Kiçik əlavə edib ki, həbs edilərkən guya hərbi komandanlıqdan yardım istədiyi haqda yazılanlar yalan idi. Çünki o, heç kimdən yardım istəməyib və kimsənin yardımına ehtiyacı olmayıb. General deyib ki, iddianamədə terror təşkilatı ifadəsinin türkün Kəbəsi olan Ergenekonla bir yerdə işlədilməsi biabırçılıqdır və buna görə öz adından türk xalqından üzr istəyir. Onun sözlərinə görə, ittiham aktı bütövlükdə türk millətinə qarşı yönəlib. Kiçik ittiham aktında Atatürk cümhuriyyətinin mühakimə edildiyini deyib. Onun sözlərinə görə, bu ittiham aktı komik və eyni zamanda tragikomikdir. General bu cür ittiham aktı ilə üzləşməsindən həm qürur hissi duyduğunu, həm də məyus olduğunu bildirib: “Məmnunam, ona görə ki, hər fürsətdə üzərimə atılan çamurları təmizləmə və məhkəmə qarşısında millətimə həqiqətləri çatdırmaq imkanı əldə edirəm. Bu dava məmləkətini və millətini sevməkdən başqa heç bir suçu olmayan, tamamilə məsum insanların nə cür çevrilişçi, qatil, şantajçı, terrorçu kimi cəmiyyətə təqdim edildiyini ortaya çıxaracaq. Ancaq məyusam ki, bu gülünc oyunda başda Türkiyə Silahlı Qüvvələri olmaqla, cümhuriyyəti ayaqda tutan bütün qurumlar hədəfə alınıb. Ürəyində vətən, bayraq, millət sevgisi olan insanlar bu cür ucuz yalanlarla suçlanmalı deyildi. Cümhuriyyətlə və millətlə barışmaq fikrində olmayan, cümhuriyyətin təməl dəyərlərini həzm edə bilməyən qaranlıq zehniyyətin onlara qarşı müxalifətdə olan hər kəsi susdurmaq üçün dövlətin imkanlarını sağa-sola istifadə etməsinə bu şəkildə fürsət verilməliydi” . General daha sonra çıxışında bildirib ki, uzun müddətdir bəlli qruplarla bağlı media onun haqqında bütün ağlasığmaz iddiaları yerə verərək “virtual Vəli Kiçik” obrazı yaradıb. İndi isə məhkəmə qarşısında əsl Vəli Kiçik dayanır. Onun sözlərinə görə, virtual Vəli Kiçik obrazını yaradanlar bununla əslində silahlı qüvvələri gözdən salmaq istəyib. Vəi Kiçik əlavə edib ki, qazanda qaynadılmaq istəyənlər o və silahdaşları deyil, dünyəvi və demokratik cümhuriyyətdir: “Əgər bunların qarşısı alınmasa, cümhuriyyət rejimi də, dövlət də, millət də tarixin axını içərisində amansızcasına yox olacaq və tarix səhnəsindən silinəcək” . Vəli Kiçik deyib ki, “Ergenekon” əməliyyatı Rəcəb Tayyib Ərdoğan iqtidara gəlməzdən az öncə, 2002-ci ildə hazırlanıb. O, Ərdoğanın “biz hələ iqtidara gəlməzdən əvvəl bunun hazırlığını görürdük” sözlərini xatırladıb. General bildirib ki, görünür, Ərdoğan Amerikaya baş nazir kimi səfər edərkən Buşdan “Ergenekon” əməliyyatının razılığını alıb. O, “Ergenekon”un qara qutusu adlandırılan və şübhəli imicə malik Tuncay Güneylə tanışlığının tarixi haqda da danışıb: “Tuncay Güney istefada olan polkovniklə yanıma gəldi, ”Akşam" qəzetində işlədiyini dedi. Mənə bəzi məxfi məlumatlar gətirirdi. Görünür, bunlar mənimlə yaxın əlaqə qurmaq üçün düşünülmüş oyun idi. Sonradan o, mənə “Seer” hədiyyə etmək istədiyini dedi və açarlarını önümə qoydu. Ona çox hirsləndim və otaqdan qovdum. Əgər o vaxt “Seer”i alsaydım bu əməliyyat da daha əvvəl başlayardı. Hazırlanan ssenari bu adamın iddiaları əsasında qurulub. Ancaq onun adı ittiham aktında yer almır. Mən məhkəmədən tələb edirəm, bunun səbəbini aydınlaşdırsın". Vəli Kiçik deyib ki, ona qarşı ifadə verən və adı gizli saxlanılan şahidlər PKK, “Hizbullah” və DHKP-C terror təşkilatlarının üzvləridir. Hansı ki, özü vaxtilə bu terror təşkilatlarına qarşı mübarizə aparıb. Proses daha sonra prokurorların, vəkillərin və hakimlərin qarşılıqlı sualları ilə davam edib. Vəli Kiçiyin dindirilməsinin bu gün də davam edəcəyi gözlənilir. APA-nın məlumatına görə, Vəli Kiçik məhkəmədə Azərbaycan dilində danışıb. Fərhad MƏMMƏDOV musavat
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi