"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Qulamhüseyn Əlibəyli: “Aydınlar Partiyasının 6-7 rayon təşkilatında keçmiş cəbhəçilər fəaliyyət göstərir” Azərbaycan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin Lent.az-a müsahibəsi - Sədri olduğunuz partiya Azərbaycanın durğunluq dövrünü yaşayan siyasi həyatına nə isə gətirəcəkmi? - Gətirəcəyinə ümid edirik. Azərbaycanın siyasi həyatında olan durğunluq, iqtidarla müxalifətin bir hissəsinin faktiki olaraq bir-birini qəbul etməməsi, bir-birinə düşmən kimi baxması Azərbaycanın siyasi həyatında bir növ durğunluq, ümidsizlik yaradıb. Aydınlar Partiyası olaraq hesab etdik ki, bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Cəmiyyətə elə bir qüvvə, güc təklif olunmalıdır ki, o nə ənənəvi iqtidar siyasəti, nə də ənənəvi müxalifət siyasəti yeritmiş olsun. Sadəcə, cəmiyyətdə düşmənçilikdən bir-birini başa düşmək, bir-birini qəbul etmək siyasəti istiqamətində dönüş yaratmaq istəyirik. Buna nə dərəcədə nail olacağımızı gələcək göstərəcək. - Yəni partiya bolluğunda olan Azərbaycana yenilik gətirdiyinizi düşünürsünüz... - Yox, gətirmək istəyirik. Gətirmək istədiyimiz ondan ibarətdir ki, hakimiyyət-müxalifət münasibətlərində düşmənçiliyi, şəxsi barışmazlığı aradan qaldıraq. Şəxsi münasibətlərdə olan prinsiplərin siyasətə keçməsini aradan qaldırmaq istəyirik. Nə dərəcədə nail olacağımızı zaman göstərəcək. Hələ partiya təzə yaranıb. - İqtidar-müxalifət münasibətlərindəki “düşmənçilikdən” söz düşmüşkən, mətbuatda Sizin “Nar çiçəyi” restoranında AXCP sədri Əli Kərimli ilə gizli görüşdüyünüz iddia olunurdu... - Vallah, o restoranın – “Nar çiçəyi”nin harada olduğunu bilmirəm. Ancaq yerini desəydilər, gedib orada oturub çörək yeyərdim. - Yəni Əli Kərimli ilə heç bir gizli görüş olmayıb? - Mən Əli Kərimli ilə görüşmək istəsəm, açıq görüşəcəyəm, hansısa xəlvəti yerdə yox. Ümumiyyətlə, Azərbaycan jurnalistikasında çox qəribə bir meyl var. Guya restoranda gizli görüş keçirilib. Restoranda da gizli görüş olar? Restoran camaatın gəldiyi yerdir, hamı görür ki, kim gəlir, kim gedir. Elə bir yerdə gizli görüş olmaz. Gizli görüş başqa yerdə olar. - Azərbaycanda xüsusən son illərdə təşkilatlanma problemi var. İnsanlar müxtəlif səbəblərdən partiyalara qoşulmaq istəmir. Aydınlar Partiyası belə bir problem yaşamayıb ki? - Bəli, Azərbaycanda bu problem var. Deməzdim ki, bizdə hər şey yüksək səviyyədə olub. 30 rayonda təşkilat yaratmağa müvəffəq ola bilmişik. 3 ay üçün bu, uğurlu göstərici sayıla bilər. Eyni zamanda, hesab edirəm ki, bu, zəif fəaliyyətdir. Azərbaycan insanının siyasilərə ümidinin itməsi də bunda rol oynayıb. Hər halda, 30 rayon təşkilatına müəyyən qədər adam toplaya bilmişik. Qurultayda da onların hamısı iştirak etdi. Azərbaycan cəmiyyətində ola bilsin ki, ənənəvi iqtidar-müxalifət münasibətlərindən, söyüş və təhqirlərdən bezən insanlar bizim ətrafımıza toplaşıblar. - Hansısa partiyadan kütləvi axın olubmu? - İndiyə qədər topladığımız adamlar arasında əvvəllər siyasi partiya mənsubiyyəti olanlar da var. Yəni partiyasını dəyişib biz tərəfə üz tutanlar var. Daha çox vaxtilə Xalq Hərəkatında iştirak edən, sonradan aktiv siyasətdə iştirak etməyən şəxslər, yaxud ümumiyyətlə indiyə qədər siyasi fəaliyyətlə məşğul olmayan gənc insanlardır. Proses ləng getsə də, məndə olan məlumata görə, cəmiyyətdə bizim partiyaya ümid, inam var. Bu inamı nə qədər doğruldacağımızı zaman göstərəcək. Bu, partiyanın sonrakı fəaliyyətindən asılı olacaq. - Partiya üzvlərindən təxminən neçə faizini əvvəllər başqa siyasi təşkilatlarda olan şəxslər təşkil edir? - Sözün düzü, bunu saymamışam. Ancaq haradasa 6-7 rayon təşkilatında keçmiş cəbhəçilər fəaliyyət göstərir. Bir neçə rayon təşkilatında isə vaxtilə Xalq Hərəkatının iştirakçısı olmuş, lakin siyasətdən uzaqlaşmış şəxslərdir. Ancaq üzvlərimizin yarıdan çoxu yeni adamlardır. Yəni onlar indiyədək siyasi fəaliyyətlə məşğul olmayıblar. - Ətrafınıza təxminən neçə nəfər yığa bilmisiniz? - Dünənki qurultayda verilən məlumata görə, 1500-dən çox partiya üzvü, 30 rayon təşkilatı. Həmçinin ayrıca gənclər təşkilatı və qadınlar təşkilatı var. Artıq 5 rayonda bizim təşəbbüs qrupu formalaşıb. Yaxın zamanlarda onlarla konfrans keçiriləcək. - Yəqin ki, partiyanın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə, daha sonra qərargah üçün müvafiq quruma müraciət etməyə hazırlaşırsınız. - Partiyanın təsis qurultayı dünən keçirilib. Qeydiyyat üçün protokol və digər sənədləri hazırlamaq lazımdır. Ən azı 1000 nəfərin imzası lazımdır ki, artıq bizdə ondan da artıq imza var. İnşallah, sağlıq olsun, texniki məsələlər həll olunandan sonra, həftənin axarınadək müraciət edəcəyik. Hazırda bir neçə QHT var ki, onların ofisindən qərargah kimi istifadə edirik. Ancaq bu, daimi xarakter daşımır. Partiya qeydiyyatdan keçəndən sonra “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq müvafiq dövlət qurumundan qərargah da tələb edəcəyik. - Bəziləri deyir ki, “Qulamhüseyn Əlibəyliyə qurultay keçirmək üçün yaxşı bir otel ayrıldı, ancaq eləsi var, heç bir toplantı keçirməyə yer tapmır”... - Təsis qurultayını keçirmək üçün “Ambassador” otelinə müraciət etdik. Bu otelin həm qiymətləri, həm də xidmətləri bizi təmin etdi. Kənarda oturub “bizə yer vermirlər” bəyanatını vermək düz deyil. Əvvəlcə gərək müraciət etsinlər. - Siz həm də ona işarə edirsiniz ki, hakimiyyət Aydınlar Partiyası ilə digər partiyalar arasında fərq qoymur? - Hələ ki, hansısa fərq hiss etmirəm. İndi müəyyən partiyaların qərargahı var, bizimki yoxdur, müəyyən partiyaların qərargahı oxdur, ancaq bizim dostlarımızın qərargahı var. Hesab edirəm ki, hakimiyyət bizim aramızdakı münasibətlər digər müxalifət partiyaları ilə olan münasibətlərlə təxminən eynilik təşkil edir. Pərvin ABBASOV LENT.AZ
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi