"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Birinci Dünya savaşının ilk günlərində, 1914-cü ilin dekabrın sonlarında Osmanlı dövlətinin Rusiyaya qarşı açdığı növbəti cəbhədə Qars və onun ətrafında Anadolu türkünün soyqırımı başladı. Rus və erməni hərbi birləşmələri Qarsda, Ərzurumda, Ərdəhanda Anadolu kəndlərinə basqın etdi, evlər yağmalandı, ələ keçirilənlər qətlə yetirildi. Qars və onun ətrafında əsl qan hamamı quruldu, minlərlə türk cocuğu atasız, anasız qaldı. Erməni-rus vəhşətindən yaxasını qurtaran Anadolu insanı Azərbaycana üz tutdu, Qazaxda, Gəncədə, Şəkidə, Bakıda qan və din qardaşlarına sığındılar. Həmin dönəmdə erməni zülmündən tək canını qurtarmış insanların faciəsini "İqdam" qəzeti 1914-cü il dekabr ayının 25-də belə təsvir edirdi: "Qardaşlar! Qars fəlakətzadələrinin əhvalı çox fənadır". Ömər Faiq Nemanzadə Anadoluda zülmlərə tab gətirməyənlərin sokaklarda donaraq öldüyünü yazır və deyirdi: "Qadın və cocuqların çoxu xəstədir, onlara yardım olunmalıdır, əgər bu olmasa, onlar həyatda qalmayacaqlar. Çün onlar qarlı dağları aşıb gəlmişlər". Anadolu türkünün harayı Azərbaycan zənginlərini, ziyalıları bir araya gətirdi, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti öz nizamnaməsinə dəyişiklik etdi, "Qardaş köməyi" Cəmiyyəti yaradıldı. Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Səfərəlibəyov, Ələkbər bəy Rəfibəyli Anadoluda ermənilərin törətdikləri qətliamlara son qoyulması, küçələrdə qalan yetim uşaqların toplanaraq Azərbaycana gətirilməsi, köçkünlərə yardım edilməsinə razılıq verilməsi üçün Tiflisdə Qafqaz canişinliyinə getdilər. Canişin təklifləri qəbul etməyəndə Ələkbər bəy Rəfibəylinin türk qanı coşdu: "Cənab canişin, Rusiya ilə Osmanlı İmperiyası savaşır, ortada qalan, qanı tökülən günahsız soydaşlarımızdır. Məgər bizim Rusiya qarşısındakı xidmətlərimiz soydaşlarımıza, o məsum Anadolu cocuğuna yardım üçün əsas verməzmi?" Canişin bu məntiqin qarşısında aciz qaldı, Anadolu türkünə Azərbaycan yardımı üçün razılıq verdi. Qarsdan, Ərzurumdan, Ərdəhandan Azərbaycana pənah gətirmiş insanların üz cizgilərinə erməni vəhşiliyi öz mənfur möhürünü vurmuşdu. Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin nümayəndələri Anadoludan evsiz-eşiksiz qalmış ahılları, xəstələri, 3 yaşından 14 yaşınadək olan yüzlərcə türkü Batum yolu ilə Bakıya gətirdi, kimsəsizlər və yetimlər evi açıldı. Bu hadisələr 1914-cü ildən ta 1918-ci ilə qədər Anadolu türkünün tarixi yaddaş bioqrafiyasıdır. * * * Qars indi də öz tarixi və təzadlı günlərini yaşayır. Bir zamanlar bu bölgəni türksüzləşdirmək üçün qətliamlar həyata keçirən, ancaq bütün dünyaya türklərin ermənilərə qarşı genosid həyata keçirdiklərini bəyan edib, bir sıra Avropa dövlətlərinin parlamentində qanun qəbul etdirənlərin şərəfinə Qars qalası ilə üz-üzə 36 metr hündürlüyündə "Barış" abidəsi ucaldılır. Bu abidəyə "Barış" adı ilə yanaşı, "Dostluq anıtı" adı verənlər də var. Elə Qars bələdiyyə başqanı, ofisi Türkiyədə bir sıra Avropa ölkələri səfirlərinin məşvərət yeri olan Naif Əlibəyoğlu "Yeni şəfəq" qəzetinə verdiyi açıqlamada deyir: "Keçdiyimiz günlərdə 50 min imza topladıq. Bütün qarslılar Doğu qapının açılmasını istəyir". Bölgəni dialoq adı altında siyasi alver məkanına çevirən, Türkiyəni, o cümlədən Azərbaycanı təhlükəli diplomatik gedişlərə sövq edən AKP iqtidarına sərt təpki göstərən Milliyyətçi Hərəkat Partiyası üzvlərinə üz tutan Naif Əlibəyoğlu deyir: "Mən boş Vətən və torpaq ədəbiyyatına cavab vermirəm". Əlbət ki, Naif Əlibəyoğlunun Vətən anlayışı bitkin ola bilməz, onun soy-kökünün özündə də bəlli etnik genetik kodun işartıları yaşayır. * * * İki il öncə "525-ci qəzet"in təşəbbüsü ilə Qarsa səfərimiz zamanı Naif Əlibəyoğlu Ermənistanla sərhədlərin açılması üçün heç bir təbliğat aparılmadığını, türk dünyasının, məxsusi olaraq Azərbaycanın Dağlıq Qarabağ problemi çözülməyincə belə bir iddiada bulunmağın az qala şərəfsizliklə eyniləşdirildiyinin şahidi olmuşduq. Hətta bizə bu məzmunda verdiyi müsahibələrinin albomunu da təqdim etmişdi. Onda Ermənistandan görünən "Barış" abidə kompleksinin boş postamenti var idi, tikinti işləri dayandırılmışdı. İndi isə abidə tam başa çatmaq üzrədir. Təəssüfləndirici məqam ondan ibarətdir ki, bu abidənin artıq yekunlaşmaq üzrə olduğunu görən Azərbaycanın bir çox kütləvi informasiya vasitəsi yanlış olaraq guya, MHP-nin yerli özəyinin məhkəməyə müraciəti ilə tikintinin dayandırıldığını xəbərlədilər. Əfəndilər, kimi aldadırıq və bir də ki, jurnalistikamız həqiqəti, faktı işıqlandırmalı olduğu təqdirdə niyə səhv informasiya yaymalıyıq? Abidənin qarşısında tikintisi davam etdirilən şüşəbəndli birmərtəbədən ibarət erməni-türk dostluq muzeyi Qars qalasının ətəyindən görünmürmü? * * * Bu muzey də, erməni silueti də Ərdoğan-Gül siyasətinin məntiqi nəticəsidir. Qorbaçovun sovetlərdə oynadığı yenidənqurma roluna bənzər Türkiyədə barış oyununa qərar vermiş Gül-Ərdoğan siyasətinin sonucunda təhlükəli nəticələr dayanır. Təbii ki, barış lazımdır, gərəklidir. Ancaq tarixin və proseslərin hansı məqamında bu addımın atılmalı olduğunu düzgün müəyyənləşdirməyənlər nəfəsi tövşiyən Ermənistana hava verib, onu dirçəltmək yolunu tutub. Azərbaycanın Dağlıq Qarabağ problemini bir kənara qoyub, Türkiyənin özünün bu barış və dialoq oyununda nələr qazanacağını öncə müəyyənləşdirmək lazımdır. Məgər Ermənistan Ana Yasa qanunundan "Türkiyə Ermənistanı" iddiasından, soyqırım təhdidlərindən əl çəkdimi? Ermənilər bu gün Qarsda olan Ani xarabalıqlarını qədim erməni dövlətinin əsası saymırlarmı? Gül Ermənistana futbol oyunu seyr edib gəldikdən sonra erməni milli komandası yaxalarında olan Ağrı dağın emblemini yenidən sinələrinə taxmadılarmı? Biz kimi aldadırıq? * * * Azərbaycanın İqdırda bir dostu var idi. İsmi Nurəddin, soyadı Aras. Bir millət, iki dövlət arasında məxsusi roluna görə Azərbaycan dövləti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunan Nurəddin bəy həm də Cəfər Qiyasinin layihəsi əsasında ermənilərin türklərə qarşı törətdikləri soyqırımı tarixiləşdirərək Anıt abidəsi ucaldılmasının əsas təəssübkarı idi. Bir neçə dəfə onunla görüşümüz zamanı milliyyətçi dünyagörüşünün sübutu üçün "Ermənistanla sərhədlər açılsa, iqdırlılar sinələrini sərhəd sipəri edəcəklər" söyləyirdi. İndi Nurəddin Aras MHP-dən AKP-yə tərəf addım atır və bölgədə barışdan, anlaşmadan söhbət açır, Osmanlı dövlətində "sadiqi millət" adını almış ermənilərin baş vəzirliyini məxsusi şəkildə çıxışlarına əlavə edir. Hansı ki bir zamanlar Qərbi Azərbaycandan Nurəddin Arasın əqrəbalarını, ata-analarını ermənilər soyqırıma məruz qoymuşdular. Nurəddin bəyin atası erməni çeteləri ilə döyüşüb Araz çayını keçən zaman aldığı yaradan suda boğularaq ölmüşdü. Budur Qars fəlakəti. * * * Uzaqgörən siyasətçi, ümummilli lider Heydər Əliyev nə vaxtsa, siyasi proseslərdən asılı olaraq Türkiyə-Ermənistan sərhədlərinin açılmasının gündəmə gələcəyini gözəl anlayaraq Qarsda Azərbaycan konsulluğunun yaradılmasına qərar vermişdi. Baş konsul Həsən Zeynalov təyinatla Qarsa göndəriləndə artıq ermənilərin "Qafqaz günləri" adı altında bölgədə məxsusi qüvvələrin dəstəyi ilə fəallığını hiss etdi. Bacardığı qədər çalışdı, erməni-türk dostluğunu təbliğ edənlərə qarşı müqavimət göstərdi. Qıpçağa, tərəkəməyə, azəriyə bölünən Qars və İqdırdakı azərbaycanlıları bir araya gətirmək, onların vahid lider ətrafında seçkilərdə iştirak etmələrinə çalışdı. İndi Həsən Zeynalov Türkiyənin rəsmi siyasətinin yanlışlığını sübut etmək üçün və bölgədəki yerli strukturların təmsilçilərinin fəaliyyətinin qarşısında tab gətirməkdən ötrü yenə çalışır. Artıq Qarsda, İqdırda 10 nəfərin 7-si sərhədlərin açılmasını tələb edir, çünki aparılan barış təbliğatı Anadolu türkünün sosial sıxıntılarını aradan qaldıracağı istiqamətində qurulduğundan, çoxları şirniklənib özlərinə Ermənistanda bazar arzulayır. * * * Qarsa, İqdıra etdiyimiz səfərdən yalnız bir qənaət hasil etdim. Artıq Türkiyə həllini tapmamış bir çox problemləri göz önünə almadan, yaxud bu problemlər ətrafında gəlişmələr etməklə Ermənistanla sərhədləri açmaq niyyətindədir və hadisələrin axarı bunu göstərir. Bu qənaətdən fərqli olaraq çoxları düşünür ki, Türkiyə bir çox məsələlərdə Ermənistandan təminat almayınca dialoq, barış söhbətini ortaya atmaz. Kaş ki, elə olaydı. Ancaq unutmaq lazım deyil ki, hələlik siyasətdə erməni məkrliyinə qalib gələsi bir güc qalmayıb. Ermənilərlə yalnız və yalnız sərt danışmaqla, şərtlərə əməl etməsini tələb etməklə, Türkiyəyə və Azərbaycana qarşı yürütdüyü ərazi və genosid iddialarını qismən ortadan qaldırmaq olar. Bir də ki, Türkiyə Ermənistana yönəlik siyasətində Qarabağ çözümünü axırıncı şərt olaraq irəli sürür. Bu da aydın bir faktdır. Çünki Ermənistanla barış siyasəti Türkiyənin Avropa Birliyi üzvlüyünə hesablanmış çoxgedişli addımdır. Təbii ki, mənim bir səfər təəssüratlarımdan doğan fikirlər Abdullah Gül-Ərdoğan hakimiyyətinin yeritdiyi siyasətdən qaynaqlanır və bu fikirlərin varlığım qədər sevdiyim, özümün də mənsub olduğum uca türk millətinə heç bir aidiyyəti yoxdur. Bildiyim odur ki, türk milləti kamalizim irsindən imtina yolunu qəbul etməyəcək, zamanında ay-ulduzlu bayrağa bükülərək bu yanlış siyasətə etiraz edib, siyasətçilərin iradəsini qıracaq. Bunun baş verəcəyinə varlığım qədər inanıram. * * * Qarsda Azərbaycanın Baş konsulluğunun açılışı zamanı uca Qars qalası ilə üz-üzə dayanan və İrəvana boylanan, ermənilərə dostluq mesajı kimi göylərə ucalan heykələ baxıram. Qars ətrafında 1914-cü ildən ta 1918-ci ilə qədər ermənilərin bu torpaqları Anadolu türklərinin qanına boyadıqlarını xəyalımda canlandırmaq istəyirəm. Qars qalası sanki üzüntü içindədir. Məşhur Kazım Qarabəkir Paşanın ruhunun dolandığı bu yerlərdə Qars bələdiyyə başqanı Naif Əlibəyoğlunun qəzetlərə verdiyi bir ifadə gözlərim önünə gəlir: "İndi ermənilər, ruslar, türklər gözəl dans edirlər". Hardasız, Kazım Qarabəkir Paşa? Hardasız ey cəsur və qəhrəman türklər? Akif Aşırlı
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi