"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
"Moskvanın Mojaysk rayon rəhbərliyinin binasının yanında Orta Asiyadan olan işğalçının kəsilmiş başı qoyulub. Moskva məmuolarına sürprizi doğma şəhərimizə yadlarla gəlmələrin axışmasından bezən və yaranımş vəziyyətə laqeyd qalmayan ruslar hazırlayıblar". "Rusiyalı Millətçilərin Döyüş Təşkilatının üzvləri" adından imzalanan və Rusiya İnsan Hüquqları Bürosunun ofisinə elektron poçtlla göndərilən məktubda ölkədəki "dazbaş"larla millətçilərin miqrantlara qarşı yeni "mübarizə yolu" tutmalarından bəhs olunurdu. Moskvanın Tolbuxin küçəsində yerləşən ev 6, korpus 2 ünvanda polietilen paketə bükülmüş kəsik baş tapılıb. Aparılan araşdırmalar göstərir ki, həmin kəllə Tacikistandan Moskvaya işləməyə gəlmiş gəncindir. Bu isə Rusiyada həddən artıq gərgin vəziyyətə çatan ksenofobiya, ekstremizm və milli zəmində dözülməzlik təmayüllərinin artıq olduqca təhlükəli həddə çatdığını göstərir. "Millətin təmizliyi" və "ölkənin xilası" uğrunda rus olmayanları, yəni "gəlmələr"i, miqrantları və "qaralar"I qətlə yetirmək anonim, pis təşkilatlanmış marginalların işi səviyyəsindən çıxır. "Dazbaşlar" kimi tanınan, miqrantlara hücumlar edən bu adamlar indiyədək hakimiyyətə qarşı siyasi iddialarla çıxış etmir, ictimai tanınmaya can atmırdılar. Tacik miqrantı vəhşicəsinə qətlə yetirən "Rus Millətçilərin Döyüş Təşkilatı" isə ekstremizmi yeni səviyyəyə yüksəldib. "Bizim belə sərt aksiyamız yalnız gəlmələrə və yadlara olan nifrətimizlə bağlı deyil. Əsas problem xalqın maraqlarına tüpürmək belə, istəməyən, Moskvaya miqrantları gətirməkdə davam edən və qafqazlı alverçiləri dəstəkləyən hakimiyyətdən olan kəskin narazılığımızdır. Buna görə də "qara"ların cinayətlərinə görə məmurlardan da qisas alacağıq", - qruplaşmanın bəyanatında deyilir. Baş verənlər Rusiyadakı ekstremizmin tarixində misli olmayan hadisədir. Moskva İnsan Haqları İnstitutunun direktor müavini Konstantin Qurçev əməkdaşımızla söhbətində dedi ki, ölkədəki ifrat millətçi hərəkat indiyədək iki düşərgəyə bölünmüşdü: "Onlardan birində millətçi və vətənpərvər şüarlarla çıxış edərək leqal və ya qeyri-leqal fəaliyyət göstərən, amma qanunu kobud şəkildə pozmağa və aşkar zorakılığa can atmayan təşkilatlar cəmlənib. Millətçi hərəkatın digər düşərgəsində isə açıq-aşkar şəkildə faşist ideyalarına sadiq olduqlarını göstərərək ən qəddar, vəhşi və cinayətkar vasitələrlə hərəkət edən gizli, qeyri-formal qruplaşmalar var. Lakin indiyədək həmin düşərgələrin yolları kəsişməyib. Milli dözülməzlik zəminində törədilmiş qətl heç vaxt hakimiyyət qarşısında tələblərlə müşayiət olunmayıb. Moskva şəhər milis idarəsi və Rusiyanın Daxili İşlər Nazirliyi törədilmiş cinayəti çox ehtiyatla şərh edir. "Belə bir təşkilatın gerçəkdən də mövcud olduğuna dəlalət edən heç bir fakt hələ yozdur. Bundan başqa, təşkilat olsa belə, qətlin məhz həmin qruplaşma tərəfindən törədildiyini sübut edəcək faktlar əldə olunmayıb", - Moskva şəhər daxili işlər idarəsinin mətbuat xidmətindən əməkdaşımıza bildirdilər. Di gəl, müraciətin müəllifləri cinayəti törətməyə bilərlər: lakin onların qətldən xəbərləri olub. Ötən həftə vücudu Moskva vilayətinin Lenin rayonunda tapılmış tacik miqrant bıçaqlanandan sonra başı kəsilib. Kəsik kəllə isə məhz "Rusiya Millətçilərinin Döyüş Təşkilatı"nın müraciətində göstərdiyi yerdə olub. Bu təşkilatı olub-olmaması, cinayətin mütəşəkkil dəstə və ya bir dəstə narkoman-sərxoş gənc radikal tərəfindən törədilməsi əsla önəmli deyil. Mühüm olan budur ki, Rusiyadakı radikal millətçiliyin ideologiyasında ciddi dəyişiklik var. Rəsmi Moskva isə "dazbaş"larla mübarizədə hələlik ritorikaya üstünlük verir, konkret iş görmürlər. Bu səbəbdən də Moskvadakı soydaşlarımız da dərin narahatlıq içindədir. "Hər birimizin ailəsi, uşaqları, qohumları var. Səhər tezdən işə gələndən sonra bütün günü fikrimiz onların yanında qalır. O tacikin yerinə azərbaycanlı da ola bilərdi. Belə vəhşiliyin azərbaycanlılara qarşı törədilməyəcəyinə isə kimsə zəmanət vermir və verə də bilməz. Ona görə də qorunmaq, müdafiə olunmaq, haq və hüquqlarımızın təminatına nail olmaq qərarına gəlmişik", - Moskvadakı azərbaycanlıların "Vətən" cəmiyyətinin sədr müavini Eldar Qəhrəmanov əməkdaşımıza söylədi. Onun dediyinə görə, Moskva vilayətinin Lenin rayonunun Jabkino kəndi yaxınlığında əvvəlcə travmatik tapança ilə vurulan, sonra dəfələrlə bıçaqlanan, axırda da başı kəsilərək bədənindən ayrılan tacikin faciəsi Rusiya paytaxtındakı bütün miqrantlarla əndişə yaradıb. Moskvadakı soydaşlarımızın 4 diaspor təşkilatı dünən bir araya gələrək şəhər meriyası, hüquq-mühafizə orqanları, Azərabaycanın Rusiyadakı səfirliyi və digər müvafiq strukturlara bəyanat qəbul ediblər. Bəyanatda "dazbaş"ların vəhşilikliklərinə son qoyulması, miqrantların "canlı hədəf"ə çevrilməsi prosesinin dayandırılması tələb olunur. Bu gün isə Rusiya paytaxtındakı azərbaycanlı, tacik, moldovan, ukraynalı və dağıstanlıların 7 icma təşkilatının birgə toplantısı gözlənilir. Onlar da ekstremizmlə millətçiliyin təhlükəli həddə çatmasının vurğulandığı bəyanatla Rusiya rəhbərliyinə müraciət etmək niyyətindədir. Moskva milisi isə şəhərdəki azərbaycanlıların narahatlığına əsas görmür. "Bəli, ağır cinayət hadisəsi törədilib və bunu danmırıq. Lakin bir konkret faktı ümumiləşdirmək və təşvişə düşməyə lüzumi yoxdur. Cinayətkarlar ən tez zamanda tapılaraq cəzalandırılacaq. Azərbaycanlılar isə həmişəki iş və həyat rejimlərini davam etdirə bilərlər. Narahatlıq üçün heç bir əsas yoxdur", - Moskva şəhər daxili işlər idarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəis müavini Qriqori Belov söylədi. Həsən AĞACAN
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi