"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Misir və Səudiyyə Ərəbistanınının Amerika maraqlarını müdafiə etməsi və İsrail ilə əməkdaşlıq etməsi ilə bağlı İranın ittihamları Yaxın Şərqdə sünni və şiəyönlü rejimlərin maraqları arasında ziddiyyətlərin davamıdır. Çərşənbə günü İranın Misirdəki nümayəndəsi iranlı tələbələrin etiraz aksiyasının müzakirəsi üçün Qahirədə Xarici İşlər Nazirliyinə çağırılıb. İran KİV-in verdiyi məlumata görə, müsəlmanların Qurban bayramı günlərində Qum şəhəri dini ali təhsil müəssisələrinin iranlı tələbələri Tehranda Səudiyyə Ərəbistanı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Bazar ertəsi isə, İranın müxtəlif şəhərlərindən olan tələbələr Misirin İrandakı diplomatik nümayəndəliyi qarşısında mitinq keçiriblər. Tələbələr ərəb ölkələrini İsrail ilə əməkdaşlıqda və Fələstin əraziləri – Qəzzə Zolağı ilə sərhədləri bağlamaqda ittiham ediblər. İranın FARS agentliyinin verdiyi məlumata görə, binanın qapısına yandırıcı qatışıqlı bir neçə şüşə atılıb. Misirin Xarici İşlər Nazirliyi tələbələrin etiraz aksiyası ilə bağlı İranın rəsmi şəxslərinə etirazını bildirib və Tehranı İranın mətbu nəşrlərində Misir prezidenti Hüsnü Mübarəki tənqid edən yazıların dərcində ittiham edib. «İranın Misir hökuməti və Səudiyyə Ərəbistanının ünvanına ittihamları Yaxın Şərqdə sünni və şiə hökumətləri arasında köhnə mübahisənin davamıdır», - deyə TrendNews - a Londondan telefonla Durham Universitetinin (University of Durham) Yaxın Şərq siyasəti üzrə elmi əməkdaşı Kristofer Devidson bildirib. Tehran - Qahirə münasibətlərində gərginlik 1978 - ci ildə Misir ilə İsrail arasında sülh imzalanandan sonra yaranıb. İran Misiri müsəlman maraqlarına xəyanətdə itiham edərək, onun ünvanına kəskin tənqidlə çıxış edib və ərəb ölkələrini Misirin Yaxın Şərqdə yürütdüyü siyasəti dəstəkləməməyə çağırıb. Misir və İranın münasibətləri İranda 1979-cu ildə imam Xomeyninin rəhbərlik etdiyi din xadimlərinin hakimiyyətə gəlməsindən sonra korlanıb. Qahirənin hakimiyyət çevrilişindən sonra ölkədən qaçmış İran şahı Məhəmməd Rza Pəhləvini qəbul etməsi münaqişəni daha da kəskinləşdirib və iki ölkə arasında bütün əlaqələr pozulub. Tehranda mərkəzi küçəyə Misir prezidenti Ənvər Sadatın qatili Xalid İstanbulinin adı veriləndən sonra, Qahirə İranla əlaqələri pozmaq istəyirdi. Qahirə bunu beynəlxalq hüququn pozulması hesab edərək və Yaxın Şərqdə sülhə əngəl kimi qiymətləndirərək, Tehranın hərəkətini şiddətli tənqid edib. Misirli politoloq Əl Sayed Hani hesab edir ki, Misir İsrail ilə sülh müqaviləsi imzalayanda təkcə İsrail ilə müharibədə öz maraqlarını müdafiə etməyib, həm də bütün Yaxın Şərqdə sülhün əldə olunmasına can atıb, lakin İranın tənqidi buna mane oldu. «İran Yaxın Şərqdə müsəlmanlar arasında sonradan vətəndaş müharibələrinə çevrilən ziddiyyətlərin səbəbkarıdır. İsrail ilə sülhdən boyun qaçırmaq bütün ərəb ölkələrinin siyasətində mənfi şəkildə əks olundu», - deyə TrendNews -a Misirin Ə l- Cumhuriyyə qəzetinin siyasi icmalçısı Hani bildirib. Hani hesab edir ki, buna görə bu gün İranın nüvə proqramı ətrafında Qərb ilə ciddi fikir ayrılığı var, Tehran istənilən ölkəni, hətta qeyri -müsəlman ölkələrini Qərb ilə əlbir olmaqda ittiham edəcək. «İttihamlar şiə İranının birinci rəqibləri olan və iranlıların ərəblərin istənilən probleminə qarışmasına qarşı çıxan sünniyönlü Misir və Səudiyyə Ərəbistanına yönəlib», - deyə misirli politoloq bildirib. İranın Misirin ünvanına sonuncu kəskin tənqidi, Fələstin qruplaşmaları İsrailin əhali yaşayan məntəqələrini raket atəşinə tutandan sonra, Qahirənin Qəzzə Zolağı sərhədlərini bağlaması ilə bağlı olub. İran Parlamenti yanında Dövlət Təhlükəsizlik Komissiyasının üzvü İsmail Kosari hesab edir ki, region əhalisinə belə münasibət Misirin İsrail və ABŞ -ın maraqlarını müdafiə etdiyini və fələstinlilərə ədalətsiz yanaşdığını göstərir. «Amerimka siyasətinə dəstək, sonda müsəlmanlar və ərəb ölkələri arasında parçalanmaya gətirib çıxaracaq», - deyə Trend -a Tehrandan Kosari bildirib. Rəsmi Tehran Qəzzə Zolağı və Fələstin əhalisinin təcridinə qarşı çıxır və bunu «sionizm rejimi»nin hücumu adlandırır. Haninin rəyinə görə, İran Yaxın Şərqdə sünni və şiələr arasında düşmənçilik toxumu səpən ilk ölkə olub. Şiə baxışlarının tərəfdarı olan İran hökuməti İraqda hökumət əleyhinə çıxan şiə hərəkatını və İsrail əleyhinə fəaliyyəti ilə tanınan Livanın Hizbullah təşkilatını dəstəkləyib. Həm İraqda, həm də Livanda sünnilər və şiələr arasında zidiyyətlər dəfələrlə vətəndaş müharibələrinə gətirib çıxarıb. «Livan və İraqdakı siyasi vəziyyət İran dəstəyinin mənfi nəticələrinə parlaq nümunədir, çünki Tehran regionda vahid sülhü yox, yalnız şəxsi maraqlarını düşünür», - deyə Hani hesab edir. Onun fikrincə, Misirin İsrail və Qərb ilə əlaqələri bütün Yaxın Şərqdə sülhün bərqərar olmasına yönəlib. Bu yaxınlarda Səudiyyə Ərəbistanında ərəb dövlətlərinin iclası keçirilib, gizli mənbələrin məlumatlarına görə, İsrail də bu görüşə dəvət olunub. Mətbuatda Səudiyyə Ərəbistanı kralı Abdulla ibn Səudun İsrailin rəsmi şəxsləri ilə görüş keçirməsi barədə də informasiya var idi. Bu görüş Tehranın rəsmi dairələrində narazılıq doğurub. İarn politoloqu Əlirza Nurizadə hesab edir ki, İran Misir və Səudiyyə Ərəbistanının Yaxın Şərqdə yürüdülən siyasətə mənfi təsir göstərən qərbyönlü mövqeyindən narahatdır, Tehran buna görə ərəb ölkələrinin ünvanına kəskin tənqidlə çıxış edir. «İran Yaxın Şərqdə antiiran mühitinin yaradılmasından narahatdır. Bu, Tehranı onun yeganə ərəb müttəfiqi – Suriyadan məhrum edə bilər», - deyə Trend News -a İran - Ərəb Araşdırmalar Mərkəzinin sədri Nurizadə bildirib. Nurizadənin fikrincə, siyasi hadisələrin gedişatına böyük təsir qüvvəsinə malik Səudiyyə Ərəbistanı və Misir antiiran əhval-ruhiyyənin yayılmasında mühüm rol oynayıblar. İran politoloqu hesab edir ki, buna görə Qahirə və Ər-Riyadın ünvanına səslənən ittihamlar Tehranın Yaxın Şərqdə öz nüfuzunu saxlamaq istəməsindən irəli gəlir. İran Misiri müsəlman birliyi ideyasını reallaşdırmamaqda ittiham edir. Bu, qərb siyasətçilərinin Yaxın Şərqdəki problemlərə müdaxiləsidir. Hani bildirib ki, İranın tənqidi Tehranın təkcə Qahirə və Ər-Riyad ilə deyil, həm də bütün müsəlman dünyası ilə münasibətlərinə mənfi təsir göstərə bilər. Çünki Yaxın Şərq regionu onsuz da daxili çəkişmələrdən, xüsusilə də dini əsasda baş verən ziddiyyətlərdən əziyyət çəkir. «Misir, Türkiyə, İran, Pakistan kimi güclü müsəlman ölkələri, müsəlman problemlərini həll etmək üçün birləşməlidir və o zaman Qərbin dəstəyinə ehtiyac qalmaz», - deyə Hani bildirib. Misirli politoloq əlavə edib ki, buna görə, İran müsəlman maraqlarını təmsil edən Misir və Səudiyyə Ərəbistanını islam dəyərlərinə xəyanətdə ittiham etməməli, əksinə, dəstəkləməlidir. Məqalənin yazılmasında A.Namdari (Tehran), T.Cəfərov (Bakı) iştirak ediblər.
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi