"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Qabil Hüseynli: "Onlar problemin həlli naminə Ermənistanı hər hansı güzəştə getməyə məcbur etmək istəmirlər" Rusiya və Fransanın xarici işlər nazirləri, ABŞ dövlət katibinin müavini Helsinkidə Azərbaycan və Ermənistana "texniki sənəd" təqdim ediblər. Minsk qrupunun fransalı həmsədri deyib ki, bu sənəd münaqişənin tənzimlənəsinə, əsas prinsiplərin razılaşdırılmasına kömək etməyə imkan verir: "Əvvəlcə sənəd işlənməli və öyrənilməlidir. Sonra onu konflikt tərəfləri bəyənməli, ya da rədd etməlidirlər. Rusiya və Fransanın xarici işlər nazirləri, ABŞ-ın dövlət katibinin müavini Azərbaycan və Ermənistanın xarici işlər nazirləriylə görüşdə konflikt tərəflərinə gələn il ərzində əsas prinsiplərin razılaşdırılmasıyla bağlı qrafik təqdim ediblər". Bu arada məlum olub ki, Brüsseldə Avropa Birliyinin yüksək rütbəli xarici siyasət rəsmiləri ilə Cənubi Qafqaz ölkələrinin xarici işlər nazirlərinin görüşü olub. Ramiz Mikayıloğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda müzakirə edilib. Prezidentlərin Moskva bəyannaməsini, Türkiyənin Qafqazda Sabitlik və İşbirliyi Paktı kimi təşəbbüsləri xatırladan Elmar Məmmədyarov bildirib ki, indi erməni həmkarıyla birlikdə keçmişin pis miraslarının tarixdə qalmasına çalışırlar: "Bütün bu cəhdlər daha sabit və sakit Cənubi Qafqazın əsasının qoyulmasına kömək edir. Ermənistanın xarici işlər naziriylə mən bu fikirdəyik ki, biz bütün pis mirasların geridə, tarixdə qalmasına çalışmalıyıq". Məsələylə bağlı fikirlərini öyrəndiyimiz politoloq Qabil Hüseynli deyir ki, həmsədrlərin təqdim etdikləri texniki qrafik o deməkdir ki, münaqişə tərəfləri Madrid prinsiplərinə uyğun olaraq mərhələ-mərhələ sazişin ayrı-ayrı müddəalarını razılaşdırmalıdırlar. Bununla bağlı Azərbaycan və Ermənistana öhdəlik xarakterli tövsiyələr verilib. Burada da çox prinsipial məqamlar var. Azərbaycanın Madrid bəyannaməsinə düzəliş edilməsi təklifi və bununla bağlı yaydığı bəyanat qəbul olunmayıb. Üstəlik, superdövlətlər sülhyaratma prosesinin sürətlənməsində təkid edirlər: "Məncə, buna görə də 2009-cu il çox çətin il olacaq. Baxmayaraq ki, ATƏT-in səlahiyyətli nümayəndəsi Qoran Lenmarker 2008-ci ili "qızıl il" adlandırıb. Qarabağ münaqişəsinin həlli baxımından 2009-cu ilin də "qızıl il" olacağını söyləyir. Amma məsələ burasındadır ki, onlar problemin həllində Ermənistanı hər hansı güzəştə getməyə məcbur edə bilmirlər, yaxud etmək istəmirlər. Superdövlətlər bütün güzəştləri Azərbaycandan qoparmağa çalışırlar". Onun sözlərinə görə, belə bir şəraitdə Azərbaycanın özü üçün məqbul olmayan sülhə gedəcəyinə və texniki qrafikdə nəzərdə tutulmuş müddətdə sülh şərtlərinin razılaşdırılması prosesinin həyata keçiriləcəyinə inam o qədər də böyük deyil. Bütün pis mirasların tarixdə qalmasına çalışmaqla bağlı Elmar Məmmədyarovun söylədiklərinə gəlincə, Qabil Hüseynli bildirdi ki, nazirin nəyi unudacağımızı nəzərdə tutmasıyla maraqlanır. Azərbaycan-Ermənistan münasibətlərində həmişə ermənilər təcavüzkar rolunda olub. Ya Azərbaycanın torpaqlarını işğal edib, ya da azərbaycanlılara qarşı soyqırım törədiblər, onları doğma torpaqlarından deportasiya edib, didərgin salıblar. Belə əməllərdən hər hansını azərbaycanlıların törətməsi barədə fakt gətirmək olmaz. Düzdür, ermənilər Osmanlı İmperiyası zamanı, 1915-ci ildə 1,5 milyon erməninin qırıldığını iddia edirlər. Amma nə yazıqlar olsun ki, biz 2,5 milyon azərbaycanlının istər Türkiyə ərazisində, istər Urmiya ərazisində, istərsə də Azərbaycanın bütün coğrafi məkanlarında rusların silahlandırdığı erməni daşnak dəstələrinin qırması barədə həqiqətləri dünyaya qəbul etdirə bilməmişik. Heç yaxın tarixdə baş verən Xocalı soyqırımı haqqında həqiqətləri də dünyada tanıtmağı bacarmamışıq: "Ona görə də keçmişi unutmaqdan danışan zaman ermənilər bu məsələdə yalvarış, rica edici mövqedə dayanmalıdırlar. Elmar Məmmədyarovun belə bir məsələdən söz açması xeyli təəccüblüdür. Məsələn, biz Azərbaycanın iki yerə bölünməsinə yol açan Türkmənçay sülh müqaviləsinimi unutmalıyıq? Bu misalı ona görə çəkirəm ki, həmin müqavilədən sonra ermənilərin Azərbaycan torpaqlarına, istər indi Ermənistan adlanan ərazilərə, istərsə də Dağlıq Qarabağa gətirilməsi prosesi başlanılıb. Bunun ardınca da həmin ərazilərdən azərbaycanlıların deportasiyası prosesinə start verilib. Bunu unudaq?" Qabil Hüseynli xatırlatdı ki, rusların fitvasıyla 1905-1907-ci ildə ermənilər dinc azərbaycanlılara qarşı qanlı soyqırım siyasəti həyata keçirib, 1918-ci ilin mart qırğınları olub. Sovet hakimiyyəti illərində də genosidə bənzər deportasiya siyasəti davam etdirilib. Mehri rayonu və ona bitişik ərazilər 1923-cü ildə Ermənistana verilib, 1948-1953-cü illərdə isə 300 minə yaxın azərbaycanlı öz dədə-baba torpaqlarından deportasiya edilib. Azərbaycandan ermənilərin deportasiyası haqqında isə danışmaq mümkün deyil. Yaxud azərbaycanlıların ermənilərə qarşı hər hansı silahlı çıxışından danışmaq mümkünsüzdür. Bizim tariximizdə digər xalqlara qarşı nifrət, yaxud soyqırım, qeyri-humanist hərəkətlərə rast gəlmək mümkün deyil. Ona görə də biz keçmişimizlə, yəni qonşulara, bütün bəşər övladlarına münasibətlə bağlı öyünə bilərik. Qoy o kəslər bu məsələdə başlarını aşağı diksinlər ki, başqa xalqlara divan tutub, torpaqlarını zəbt edib, insanları quyulara doldurub basdırıblar, anaların qarnını yırtıb, uşaqları süngünün ucundan çıxarıblar. Erməni vəhşiliklərinin növlərini sayıb qurtarmaq olmz. Bunları da insan hafizəsindən etmək mümkün deyil. Düzdür, həmişə nifrətlə yaşamaq da olmur: "Amma eyni zamanda necə Türkiyədə ruslarla əlbir olub, arxadan zərbə vurduqlarına görə Osmanlının köç siyasətinə məruz qaldıqlarını, bunu "soyqırım" kimi qələmə verirlər, öz yalanlarını unutmurlar, biz də həqiqətlərimizi unutmamalıyıq. Biz həm də başımıza gətirilən müsibətlərə nə ad, nə də siyasi qiymət verə bilmişik. Bu gün də onları unutmaq barədə danışırıqsa... Onsuz da biz yaddaşsız xalqıq, çox şeyi qısa müddətdə unuduruq. Əslində xalqın sosial hafizəsi çox gülü olmalıdır. Düzdür, xalqlar sosial hafizəsinin hökmüylə hərəkət etmir, reallıqları nəzərə alaraq davranır. Amma eyni zamanda bu və ya digər münasibətləri qurarkən keçmişin ibrət dərslərini nəzərə almadan necə hərəkət etmək olar? Mən bu məsələni başa düşməkdə çətinlik çəkirəm".
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi