SON XƏBƏRLƏR

QARABAĞ AZADLIQ TƏŞKİLATI HAKİMİYYƏTİ SÜLH DANIŞIQLARINI DAYANDIRMAĞA ÇAĞIRDI

2021.10.20, 07:36
QARABAĞ AZADLIQ TƏŞKİLATI HAKİMİYYƏTİ SÜLH DANIŞIQLARINI DAYANDIRMAĞA ÇAĞIRDI

Gunaz.tv
QARABAĞ AZADLIQ TƏŞKİLATI HAKİMİYYƏTİ SÜLH DANIŞIQLARINI DAYANDIRMAĞA ÇAĞIRDI Qarabağ Azadlıq Təşkilatı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Avropa Birliyinin təşəbbüsü ilə Brüsseldə keçirilən görüşünü pisləyib. Qurumun yaydığı bəyanatda Brüsseldə əldə olunan razılaşmalar Azərbaycanın birtərəfli güzəştlərə məcbur edilməsi istiqamətində növbəti addım kimi qiymətləndirilir. QAT Azərbaycan hakimiyyətindən sülh danışıqlarının dayandırılmasını tələb edir: «Biz dəfələrlə bildirmişik ki, Ermənistan işğal və terror faktlarının unutdurulmasına, azərbaycanlılara qarşı törətdikləri cinayətlərin üzərindən sükutla keçilməsinə nail olmağa çalışır. Ermənilər XX əsrdə iki dəfə - 1905-1906 və 1918-1920-ci illərdə bu ssenarinin həyata keçirilməsinə nail olublar, indi buna növbəti dəfə cəhd göstərirlər. Beynəlxalq təşkilatlar bu erməni siyasətinin həyata keçirilməsinə yardım edirlər. Azərbaycan hakimiyyətinin bu prosesdə iştirakı milli maraqlara xəyanətdir. Xarici işlər naziri E.Məmmədyarovun «pisliklərin unudulması» ilə bağlı «şad xəbəri» cəmiyyətə çatdırması göstərir ki, bu adamın Azərbaycanın milli maraqları və mənəvi dəyərləri ilə bağlı təsəvvürü belə yoxdur». Qurum hesab edir ki, işğalçı Ermənistanla bu müstəvidə danışıqların davam etdirlməsi yolverilməzdir: «Ermənistan Azərbaycana qarşı törətdiyi işğal aktına, terror hərəkətlərinə, soyqırım siyasətinə, bütün vəhşiliklərə görə cəzasını almalı və yalnız bundan sonra hansısa xoşniyyətli danışıqlara başlanmalıdır. Azərbaycan xalqının qanını içənlərlə «pisliklərin unudulması»ndan danışmaq şərəfsizlikdir».

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar