"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Novella Cəfəroğlu: "Türkiyə- Azərbaycan münasibətlərinin yüksək olduğu dövrdə ortada "erməni oyunu" olmamalıdır" Sərdar Cəlaloğlu: "Ermənilərin düşüncəsində Qarabağla bağlı dəyişiklik yarandıqca, Azərbaycanla Türkiyə İrəvanla inteqrasiya meyllərini gücləndirməlidir" Türkiyə-Ermənistan münasibətləri maraqlı, amma təhlükəli keçid mərhələsindədir və bununla bağlı gedən proseslər Ermənistanda və Avropada ciddi müzakirə mövzusu olaraq qalmaqda davam edir. İrəvanın Ankaraya elektrik enerjisi satacağı, Ankaranın da Ermənistana hava məkanını açacağı bildirilir. Son vaxtlar bu iki dövlət arasında diplomatik münasibətlərin qurulması istiqamətində ciddi işlər görülür. Türklərin bu işdə favorit rol oynaması və ermənilərlə intensiv əlaqələrin qurulmasında xalq diplomatiyasını da işə salması maraqlı məqamdır. Əvvəlcə Türkiyənin irəli sürdüyü Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq ideyasına qoşulacağını və region ölkələri ilə normal münasibətlər quracağını deyən rəsmi İrəvan sonradan destruktiv fəaliyyətindən də qalmadığını göstərdi. Tural Bədnam qonşumuzun Qarabağ və uydurma soyqırım iddialarından geri çəkilməməsinin fonunda qardaş ölkənin Ermənistanla sıx əlaqələr qurmağa çalışması başadüşülən deyil. Türkiyə-Ermənistan münasibətləri Azərbaycan ictimaiyyətində də əsas müzakirə obyektinə çevrilib. Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Ankaranın İrəvanla yaxınlaşmağa meyl etməsini Türkiyənin daxili siyasəti olduğunu bildirdi. Onun sözlərinə görə, Türkiyə Avropa Birliyinə qoşulmaq yolunda yeganə maneəni Ermənistanla olan soyuq münasibətlərdə görür. Amma ermənilərin uydurma soyqırım iddiasından əl çəkməmələri də qardaş ölkənin İrəvanla münasibətləri düzəltmək cəhdinə mane olmur. Novella Cəfəroğlu türk QHT-lərinin də bu işdə fəallaşmasını yeni məsələ saymadı: "Hesab edirəm ki, Türkiyə Ermənistanla münasibətləri yoluna qoyursa, Qarabağ məsələsinin hələ də həll olunmadığını unutmamalıdır. Bu gün azərbaycanlılar türklərlə qardaş münasibətlərini saxlayıblar. Biz bu ölkəyə öz enerji resurslarımızı sərfəli qiymətlə satırıq və Türkiyə Azərbaycan nefti və qazının sayəsində Avropa üçün tranzit rolunu oynayır. Bütün bu kimi vacib məsələlərin fonunda ortada erməni oyunu oynanılmamalıdır. Amma bizim Türkiyəyə Ermənistanla əlaqələr qurmaq məsələsində yüksək səviyyədə təzyiq etməyimiz də yersiz görünər". Azərbaycan Ziyalılar Hərəkatının (AZN) rəhbəri Eldəniz Quliyev indiki vaxtda ermənilərin türklərlə isti əlaqələr qurmaqda maraqlı olduğunu söylədi. Türkiyənin diplomatik əlaqələrin qurulması istiqamətində səyləri artırması zərurətdən yaranıb. Diplomatik münasibətlərin yaranması ilə paralel "xalq diplomatiyası"nın da işə düşməsi başadüşüləndir: "Ümumiyyətlə, xalq diplomatiyası müharibələrdən zərər çəkmiş xalqlar üçün heç də həmişə arzuolunmaz olmur. Əgər hər hansı bir konflikt bu qədər uzanırsa, bu ondan xəbər verir ki, dövlət bu problemi həll edə bilmir. Hakimiyyət bacarmayanda xalq öz taleyinin tamaşaçısından iştirakçısına çevrilməlidir. Bu da ona gətirib çıxarır ki, istər-istəməz xalq diplomatiyası prinsipləri işə düşür. Türkiyə-Ermənistan münasibətlərində xalq diplomatiyasının xalqın sifarişi olduğunu və ya hakimiyyətin maraqlı olduğunu deyə bilmərəm. Türklərin Ermənistanla əlaqələrin qurulmasında favorit olmasına gəldikdə isə qardaş ölkənin aktivliyi sərhədlərin açılması, ermənilərlə əlaqələrin qurulmasına gətirib çıxaracaqsa, bu Azərbaycanın xeyrinə olmayacaq. Türkiyə Avropa Birliyinə üzvlük üçün bir neçə kompromisə getməlidir. Bu güzəştin biri də Ermənistanla sərhədlərin açılması-qonşu ölkəylə diplomatik, iqtisadi əlaqələrin bərpasıdır". Türkiyənin Ermənistanla aktiv əlaqələr qurmaqda maraqlı olması məsələsində fərqli düşünənlər də var. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu düşünür ki, Ermənistan mövcud reallıqları nəzərə alaraq öz mövqeyində nisbətən geri çəkilib. Ermənistan rəsmilərinin boğazdan yuxarı və qətiyyətli bəyanatlarına baxmayaraq, rəsmilər ciddi təzyiq altına düşüblər. İrəvanın Qarabağ və uydurma soyqırım məsələsində geri çəkildiyi qədər biz də ermənilərlə yaxınlaşmaq istiqamətində addımlar atmalıyıq. Əks halda, bu problemlərin həlli xeyli uzanacaq. Yəni əgər Ermənistan ictimaiyyətinin əksəriyyətində əvvəlki illərə məxsus olmayan yeni düşüncə formalaşıbsa, biz bundan istifadə etməliyik: "Ermənistanda sadə vətəndaşların əksəriyyəti hakimiyyətin təhlükəli siyasət yürütdüyünü bildirir. Küçələrdə divarlara da yazırlar ki, iqtidar Qarabağı Azərbaycana qaytarır. Onlar bir addım geri çəkilirsə, biz də irəli addımlamalıyıq. Azərbaycan və ya Türkiyə Ermənistanla hər hansı bir əlaqə yaratmaq üçün praktiki addımlar atmırsa, məlum problemlərin həlli üçün göstərilən digər səylərin də əhəmiyyəti olmayacaq". Sərdar Cəlaloğlunun sözlərinə görə, müasir konfliktologiya da təklif edir ki, hər hansı bir münaqişəni həll emək üçün o konfliktin üstünə getmək lazım deyil. Əksinə, münaqişənin yanında daha geniş bir əməkdaşlıq zonası yaratmaq lazımdır ki, konflikt öz əhəmiyyətini itirsin: "Bu baxımdan hesab edirəm ki, Dağlıq Qarabağla bağlı ermənilərin düşüncəsində dəyişiklik, fərqlilik yarandıqca, Azərbaycanla Türkiyə İrəvanla inteqrasiya meyllərini gücləndirməlidir. Problemin həlli ilə bağlı son qərar ümumxalq müzakirəsinə çıxarılacaq. Ona görə də, indi atılan addımlara taleyüklü məsələ kimi baxmağımız və özümüzü həddən artıq aqressiv tərəf kimi göstərməyimiz milli maraqlara ziddir".
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi