SON XƏBƏRLƏR

YEREVANDA SÜLH PROSESİNƏ MEYDAN OXUDULAR. DAĞLIQ QARABAĞIN ƏTRAFINA 400 MİN ERMƏNİ KÖÇÜRMƏK TƏKLİF OLUNDU

2021.10.20, 07:36
YEREVANDA SÜLH PROSESİNƏ MEYDAN OXUDULAR. DAĞLIQ QARABAĞIN ƏTRAFINA 400 MİN ERMƏNİ KÖÇÜRMƏK TƏKLİF OLUNDU

Gunaz.tv
YEREVANDA SÜLH PROSESİNƏ MEYDAN OXUDULAR. DAĞLIQ QARABAĞIN ƏTRAFINA 400 MİN ERMƏNİ KÖÇÜRMƏK TƏKLİF OLUNDU Azərbaycan torpaqlarının qanlı işğalı hesabına qurulmuş Dağlıq Qarabağ rejiminin keçmiş müdafiə naziri Samvel Babayan bu gün Yerevanda mətbuat konfransı keçirərək işğal olunmuş torpaqların geri qaytarılması əleyhinə bəyanatlar səsləndirib. Babayan bir vaxtlar qondarma Dağlıq Qarabağ rejiminin başçısı Arkadi Qukasyana sui-qəsddə təqsirli bilinərək Şuşa türməsində həbsdə yatıb. Azadlığa buraxıldıqdan sonra Yerevanda yaşayır və ictimai-siyasi fəaliyyətlə məşğuldur. «Media forum» saytının məlumatına görə, keçmiş nazir danışıqlarda Dağlıq Qarabağın iştirakı olmadan münaqişənin həllində hər hansı razılığa gəlinməsini mümkünsüz saydığını bildirib. «DQR»in danışqlar prosesinə qatılmasının vacib olduğunu söyləyən Babayan Dağlıq Qarabağ ətrafındakı bölgələri - keçmiş nazir bu rayonları azad edilmiş ərazilər adlandırıb - 400 min erməni qaçqınıyla məskunlaşdırmağa çağırıb. Azərbaycan torpaqlarının işğalında iştirak etmiş, ən qanlı cinayətlərdə əli olan Babayanın sülh prosesinə meydan oxuması Helsinkidə ATƏT-in Minsk qrupu həmsədrlərinin Fransa, ABŞ, Rusiya xarici işlər nazirləriyələ birgə yaydığı bəyanatla eyni günə təsadüf edir. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli olmadığı vurğulanır, sülh prosesinin Madrid prinsipləri əsasında davam etdirilməsinin zəruri olduğu bildirilir. «ANS press»in məlumatına görə, Minsk qrupunun amerikalı həmsədəri Metyu Brayza Helsinkidə jurnalistlərə açıqlama verərək Dağlıq Qarabağ ermənilərinin hansısa mərhələdə danışıqlar prosesinə qoşulacağına ümid etdiyini söyləyib: «Amma bunun nə vaxt baş verəcəyini deyə bilmərəm. Dağlıq Qarabağ onsuz da prosesdə iştirak edir. Biz tez-tez Qarabağa gedir və orada görüşlər keçiririk».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar