SON XƏBƏRLƏR

GÜRCÜSTANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏYƏ TÜRK DİLİNDƏ SÖZ VERİB

2021.10.20, 07:36
GÜRCÜSTANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏYƏ TÜRK DİLİNDƏ SÖZ VERİB

Gunaz.tv
GÜRCÜSTANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏYƏ TÜRK DİLİNDƏ SÖZ VERİB 280px-grigol_mgalobachvili__1.jpg Dekabrın 4-də Tbilisidə iqtisadi məsələlər üzrə Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın 5-ci iclasından sonra baş tutan mətbuat konfransında maraqlı hadisə baş verib. Gürcüstanın baş naziri Qriqol Mqalobilişvili azərbaycanlı həmkarı Artur Rasizadəyə tər-təmiz türk dilində müraciət edərək sözü ona ötürüb. Türk dilini ötən əsrin 90-cı illərində İstanbul Universitetində öyrənən 35 yaşlı Q.Mqalobilişvili sonralar uzun müddət bu ölkədə çalışıb, 2004-2008-ci illərdə Gürcüstanın Türkiyədəki səfiri olub. AzərTAc-ın məlumatına görə, Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın iclasında A.Rasizadənin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti qatılıb. Baş nazirlərin təkbətək görüşündən sonra iclas geniş tərkibdə öz işini davam etdirib. Azərbaycanın hökumət başçısı deyib ki, iki qonşu ölkənin əlaqələrinin qədim tarixi var və çoxlarına nümunə ola bilər: «Azərbaycan bir çox ölkələrlə iqtisadi əməkdaşlıq komissiyaları yaradıb və onlar səmərəli fəaliyyət göstərir. Həmin komissiyalara baş nazirin müavinləri, nazirlər rəhbərlik edirlər. Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyaya isə hər iki tərəfdən baş nazirlər rəhbərlik edirlər. Bu, təsadüfi deyil. Biz fəaliyyətimizi elə qurmalıyıq ki, başqa komissiyalara nümunə olsun». Baş nazir həmkarını Azərbaycana səfərə dəvət edib: «Münasib bildiyiniz vaxtda sizi Azərbaycanda görməkdən çox şad olardım». Komissiyanın iclası qapalı davam etdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar