SON XƏBƏRLƏR

ATƏT-in toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul olunub

2021.10.20, 07:36
ATƏT-in toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul olunub

Gunaz.tv
ATƏT-in toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul olunub atet.jpg «Biz inadla münaqişə tərəflərini ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesini davam etdirməyə çağırırıq» ATƏT Xarici İşlər Nazirləri Şurasının Helsinki toplantısı başa çatıb. ANS PRESS-in Helsinkiyə ezam olunmuş əməkdaşının məlumatına görə, toplantının yekununda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul olunub. Sənəddə, iyulun 6-da Sankt-Peterburqda, noyabrın 2-də Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü, o cümlədən, «Moskva bəyannaməsi»nin imzalanması alqışlanır. ATƏT hesab edir ki, bu, münaqişənin dinc yolla üçün bir vasitə olacaq və problemin yoluna qoyulması üçün geniş imkanlar yaradır: «Biz inadla münaqişə tərəflərini ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesini davam etdirməyə, «Moskva bəyananməsi»nə əməl etməyə çağırırıq. Hesab edirik ki, tərəflər 29 noyabr 2007-ci il tarixdə Madriddə myəyyənləşdirilmiş prinsiplərə əsaslanan baza razılaşmasının hazırlanmasını sürətləndirməlidirlər». Sənəddə qarşılıqlı etimadın artırılmasının münaqişənin həlli üçün ən vacib şərtlərdən biri olduğu da bildirilir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar