SON XƏBƏRLƏR

Nalbandyan: “Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırıq”

2021.10.20, 07:36
Nalbandyan: “Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırıq”

Gunaz.tv
Nalbandyan: “Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırıq” nalbendyan.jpg Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyə ilə heç bir ilkin şərt olmadan diplomatik əlaqələr qurmağa hazır olduqlarını təkrar edib. Lent.az-ın “PanARMENIAN.NET” saytına istinadən verdiyi məlumata görə, Nalbandyan bu barədə ATƏT üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının Helsinkidə keçirilən iclası zamanı bildirib. Nalbandyan son zamanlar iki ölkə arasında yaxınlaşma olduğunu xatırladıb: “Türkiyə və Ermənistan prezidentləri Abdulla Gül və Serj Sarkisyan siyasi iradə, irəli getməyə hazır olduqlarını nümayiş etdirdilər. Əlbəttə, heç kim möcüzə də gözləmir. Biz problemin bir günə həll olunacağını düşünmürük. Amma biz nəticələr əldə etməkdə maraqlıyıq və danışıq naminə danışıqlar aparmaq istəmirik”. Nalbandyan Ermənistanın heç bir ilkin şərt olmadan diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazır olduğunu da bəyan edib: “Biz Ankaradan da belə bir addım gözləyirik. Biz işləməkdə davam edirik, danışıqlar aparırıq və əminik ki, ümumi məqsədimizə çatacağıq”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar