"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hüseynbala Səlimov, müstəqil analitik Ukraynanın və Gürcüstanın təmsilçiləri siyasi cəhətdən nə qədər nikbin görünməyə çalışsalar da NATO-nun Buxarest sammitindən bu günə qədər yaşanılan ümidlər özünü tam doğrultmadı. Dekabr sammiti ilə bağlı gözləntilər böyük idi, xarici işlər nazirlərinin toplantısından çox şey umulurdu. Amma Buxarest sammitindən sonra baş verən prosesləri şərti olaraq iki hissəyə ayırmaq olar: Rusiyanın Gürcüstana təcavüz etdiyi dövrə qədər ki zaman və bundan sonrakı vaxt. Əvvəlcə anti-Rusiya ovqatı özünün maksimumuna çatdı, hətta iki keçmiş sovet respublikasının NATO-ya inteqrasiyası ilə bağlı tərəddüd edən Almaniya kansleri fikrini tam dəyişdi, NATO-Rusiya Şurası öz fəaliyyətini dayandırdı, NATO üzvü olan ölkələr Rusiya ilə münasibətlərinə yenidən baxacaqları haqqında bəyanatlar verməyə başladılar, ABŞ özünün Rusiya ilə hərbi əməkdaşlığını tamamilə dondurdu. Sonradan isə həm Rusiyanın güclü təbliğatı nəticəsində, həm də bəzi Avropa dövlətlərinin məsələyə münasibətinin dəyişməsi sayəsində vəziyyət mürəkkəbləşdi – Almaniya, Fransa, İtaliya kimi dövlətlər yenidən Ukrayna ilə Gürcüstanın Alyansa qəbul edilməsinin əleyhinə çıxış edərək Blok daxilindəki ziddiyyətləri dərinləşdirdilər. ABŞ məsələyə münasibətdə yeni NATO üzvləri ilə birlikdə, demək olar ki, tək qaldı və Alyans daxilindəki ziddiyyətlərin daha da qabarmasına rəvac vermək istəmədi. Amma bilavasitə ABŞ-la bağlı başqa ehtimal da var ki, hakimiyyəti başa çatmaqda olan Buş komandası bu mürəkkəb məsələnin həllini yeni prezident Barak Obamanın öhdəsinə buraxdı. Dekabrın 2-də başlayan toplantını Rusiya çox sərt qarşıladı. Gürcüstanın ərazisinin artıq bir hissəsini işğal edən Rusiya açıq mətnlə bildirdi ki, Ukrayna NATO-ya üzv olarsa, parçalanacaq! Bu hədələri nəzərə almamaq qeyri-mümkün idi. Hər iki ölkənin – Gürcüstanın və Ukraynanın daxilində siyasi vəziyyət həqiqətən də mürəkkəbdir. Düzdür, Gürcüstanla bağlı bir qədər şişirtmə var. Amma Ukraynada siyasi vəziyyət o qədər də sadə deyil-Gürcüstandan fərqli olaraq burada Rusiyameylli siyasi qüvvələr heç də zəif deyil və ümumiyyətlə «böyük şimal ölkəsi»nə rəğbət böyükdür, həm də bu ölkədə «qərb» və «şərq» məfhumları ciddi siyasi məna daşıyır. Son vaxtlar Qərbin tərəddüdləri bir çox ölkələrə və məsələlərə münasibətdə özünü ciddi şəkildə büruzə verir. Adi bir fakt unudulur ki, yeni yaranmış demokratiyaların həqiqətən də müdafiəyə ehtiyacı varMəsələnin prinsipial həllinə təbii ki, Avropanın enerji maraqları da imkan vermir. Bu asılılıq hələ də azalmayıb. Eləcə də hiss olunur ki, bəzi geosiyasi məsələlərdə «qoca» Avropa ABŞ-ı tam yamsılamaq istəmir, daha çox öz təhlükəsizliyini düşünür, «geosiyasi eqoizm»ə qapılır. İndi toplantıya bir neçə aspektdən qiymət verilir. Bəzilərinin fikrincə, Qərb Rusiyanı ciddi geosiyasi faktor kimi qəbul etdi. Amma hələ son nöqtə qoyulmayıb. Ukrayna və Gürcüstan nümayəndələri Buxarest sammitində olduğu kimi bu toplantıda da irəli getdiklərini israr edirlər. Elə Alyans üzvləri də məsələnin yekunlaşmadığını qeyd edirlər. İndi komissiyalar səviyyəsində iş davam edəcək. Növbəti ildə yeni sammit olacaq. Necə deyərlər, proses davam edir. Son vaxtlar Qərbin tərəddüdləri bir çox ölkələrə və məsələlərə münasibətdə özünü ciddi şəkildə büruzə verir. Adi bir fakt unudulur ki, yeni yaranmış demokratiyaların həqiqətən də müdafiəyə ehtiyacı var. Rusiyanın müəyyən «imtiyazları»nın etiraf olunması, əvvəllər deyildiyi kimi, «maraq və nüfuz sferası»na müdaxilə edilməməsi, digər dövlətlər üçün acı nəticələr yaradır. Bu nəticələr ərazi bütövlüyündən tutmuş daxili siyasi sistemə qədər böyük bir spektri əhatə edir. Rusiya yaxşı presedent və nümunə deyil. Təsadüfi deyil ki, yeni kiçik avtoritar rejimlər hər şeydə onu yamsılamağa çalışırlar. Hətta Azərbaycanda prezidentlik müddətinin uzadılması və ya iki dəfəlik seçim haqqındakı məhdudiyyətin götürülməsi ilə bağlı planlar da müəyyən mənada Rusiyanın təcrübəsini təqlid etmək cəhdi kimi yozulur. NATO-nun hər toplantısını yerli hakim partiyanın nümayəndələri təşvişlə qarşılayır və sevinclə yola salırlar. Hər dəfə Azərbaycan rəhbərliyinin daha müdrik və praqmatik siyasət yürütdüyü qeyd olunur. Azərbaycan-NATO əməkdaşlığı nümunə kimi göstərilir. Hərçənd, Alyans rəhbərliyi belə düşünmür. Bu, təkcə NATO ilə bağlı məsələ deyil. Avropa Birliyi ilə də eyni siyasət aparılır. İki il bundan əvvəl AB ilə Qonşuluq Siyasəti haqqında sənəd imzalanmışdı. Gürcüstan və Ermənistan da bunu etmişdilər. Artıq bu iki ölkə AB-yə azad ticarət zonasına daxil olmaq və siyasi islahatlarla bağlı yeni əməkdaşlıq planına qoşulmaq haqqında müraciət ediblər. Azərbaycan isə gözləmə mövqeyindədir. Bunun bir səbəbi də hakim partiyanın mümkün qədər siyasi islahatları ləngitmək istəyidir. Elə NATO-ya münasibəti formalaşdıran amillərdən də biri də budur. Az qala monarxiya qurmaq arzusu ilə yaşayan hakim siyasi qüvvə daha bir demokratik klubun üzvü olmaq, hansısa yeni siyasi öhdəliklər qəbul etmək və kiməsə hesabat vermək fikrində deyil. Bütün yüksək səviyyəli görüşlərdə bəyan edilir ki, «heç bir kreditə və maliyyə yardımına ehtiyacımız yoxdur». Bu, o deməkdir ki, daha kreditlərin və maliyyə yardımlarının müqabilində struktur islahatları, iqtisadi və siyasi dəyişikliklər aparmaq fikrimiz yoxdur. Təbii ki, hakim partiya Rusiyaya da tam arxayın deyil, amma Rusiya modeli və siyasi təcrübəsi bəzi yerli məmurların ruhunu daha çox oxşayır. Qərb isə tərəddüd etməkdə davam edir. Son illərdə Qərb ancaq bir iş görüb: şərqli məmurların psixologiyasını gözəl mənimsəyib. Tərif sarıdan heç bir kasadlıq yoxdur – elə təriflər deyirlər ki, adam bu ölkədə yaşamaq və bir də yaşamaq istəyir! Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi